Əsla unutmayın!
"Daxil ol" düyməsini sıxın.
"Daxil ol" düyməsini sıxın.
"Daxil ol" düyməsini sıxın.
Əksər insan elm adamlarından eşitdiyi hər şeyi mütləq doğru hesab edər. Elm adamlarının bəzi fəlsəfi və ya ideoloji ön mühakimələrə qapılmış ola biləcəklərini düşünməzlər.
Halbuki bu aldanmadır, çünki elm adamlarının bir hissəsi, sahib olduqları bəzi ön mühakimələri və ya bağlı olduqları fəlsəfi fikirləri, elmi görünüş altında cəmiyyətə təlqin edərlər. Məsələn, təsadüflərin qarışıqlıq və nizamsızlıqdan başqa şey meydana gətirmədiyini gözləriylə gördükləri halda, kainatdakı və canlılardakı nizamın təsadüfən meydana gəldiyi müddəasını müdafiə edirlər.
Məsələn, ateist bir bioloq, bir zülal molekulunun quruluşunun çox mürəkkəb olduğunu gözləriylə görər. Bu mürəkkəblikdə inanılmaz nizam olduğunu və bu nizamın təsadüflərlə öz-özünə meydana gəlmə ehtimalının olmadığını çox yaxşı bilər. Lakin buna baxmayaraq, canlıların özül elementi olan zülalın, milyardlarla il əvvəl primitiv dünya şərtlərində təsadüflər nəticəsində meydana gəldiyini iddia edər. Bu ağlasığmaz bir iddiadır. Həmin bu insan bununla da kifayətlənməz, yalnız bir deyil, milyonlarla zülalın təsadüflərlə meydana gəlib, sonra inanılmaz plan və nizam içində birləşərək ilk canlı hüceyrəni meydana gətirdiklərini də çəkinmədən iddiasına əlavə edər. Hətta bu iddiasını kor-koranə inadla da müdafiə edər. Bəhs etdiyimiz insan "təkamülçü" bir elm adamıdır.
Halbuki eyni elm adamı, boş bir ərazidə hərəkət edərkən üst-üstə düzülmüş üç kərpic görsə, bunların təsadüfən meydana gəlib sonra yenə təsadüfən üst-üstə düzüldüklərinə əsla ehtimal verməz. Hətta bunu iddia edən insanın əqli çatışmazlığı olduğunu düşünər. Bəs aid hadisələri normal qiymətləndirə bilən bu insanlar, necə olur ki, mövzu özlərinin və ətrafındakıların varlığını araşdırmaya gəldikdə, bu qədər ağılsızlıq edə bilirlər?
Bu hərəkətin elm üçün edildiyini söyləmək qeyri-mümkündür. Çünki elm, ehtimalları eyni olan bir hadisədə belə, hər iki ehtimal üzərində düşünməyi, hər ikisindən də şübhə etməyi tələb edir. Halbuki nəinki canlı bir hüceyrənin, onun milyonlarla zülalından təkcə birinin belə təbii şərtlər altında təsadüflərlə əmələ gəlməsinə imkan və ehtimal yoxdur.
Bu təqdirdə geriyə tək bir ehtimal qalır. Canlılar təsadüfən yaranmamışdır, yəni "yaradılmış"dır. Bütün canlı varlıqlar, üstün güc, bilik və ağıl sahibi Yaradanımız olan Allahın sonsuz elmi ilə yaranmışlar. Bu həqiqət təkcə bir inanc forması deyil; ağıl, məntiq və elmin gəldiyi ortaq nəticədir.
O zaman hər şeyin Yaradanın Rəbbimiz olan Allah olduğunu və yer üzündəki hər şeyi qaydaya salanın təkcə O olduğunu əsla unutmayın.
O, Allahdır, Özündən başqa İlah yoxdur. Əvvəldə də, axırda da həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 70)
Həyatımızdakı tək məqsədin Allaha qulluq etmək olduğunu,
Şərqdən-qərbə qədər Allahın hər yeri əhatə etdiyini,
Bütün təbiət hadisələrinin Onun nəzarəti altında baş verdiyini, göydən yerə qədər hər işi yoluna qoyanın Allah olduğunu,
Anamız, atamız, məktəb və iş yoldaşlarımızın, bir sözlə, bütün insanların Allahın nəzarəti altında olduğunu,
Həqiqi dost və köməkçinin təkcə Allah olduğunu,
Heç bir şəkildə və heç bir yolla məğlub edilməsinin mümkün olmadığını, həmişə qalib gələcəyini,
Qarşımıza çıxan hər cür çətinliyi təkcə onun yox edəcəyini,
Hər hadisənin iç üzündən, gizli tərəflərindən bütün təfsilatları ilə xəbərdar olduğunu,
Hər kəsin həyatı boyu etdiyi bütün əməlləri (incəliyinə qədər) bildiyini,
İstədiyini istədiyi kimi etməyə qadir olduğunu,
Hər mövzuda bütün incəlikləri bildiyini, sezilməyən yollardan ixlaslı qullarına müxtəlif faydalar verdiyini,
Özünə sığınanları qoruyan, rahatlıq verən olduğunu,
Çətinlikləri yüngülləşdirən, asanlaşdıran olduğunu,
Başımıza gələn hər cür hadisənin Onun məlumatı daxilində baş verdiyini,
Sahib olduğumuz bütün nemətləri verənin O olduğunu,
Bütün mülkün (yaxtaların, evlərin, avtomobillərin, mebellərin, geyimlərin, ləl-cəvahiratların və sairənin) və pulun əsil sahibininin O olduğunu,
Bütün canlıların ruzisini, istədiyi miqdarda təkcə Allahın verdiyini,
İstədiyinə bəxş etdiyi nemətləri artıracağını,
Etdiyimiz hər cür işi, təkcə Onun rizasını qazanmaq üçün etməli olduğumuzu,
Onun rizasını axtararaq edilən işlərə qat-qat qarşılığını verəcəyini,
Bildiyimiz hər şeyi Onun öyrətdiyini,
Bizi doğru yola yönəldənin O olduğunu, hər birimizin mömin olmasını Onun istədiyini,
Biz insanların sahib olduğu hər cür çatışmazlıqdan Onun uzaq olduğunu, heç nəyə ehtiyacı olmadığını,
Yer üzündəki hər varlığın, hər mövzuda Allaha möhtac olduğunu,
Sonsuz vicdan sahibi olduğunu,
İçimizdə gizlətdiyimiz və ya aşkar etdiyimiz hər şeyi ən incə nöqtələrinə qədər bildiyini,
Dininə kömək edənə mütləq kömək edəcəyini,
Gördüyümüz iş və olduğumuz mühit nə olsada, harada olsaq da, Allahın bizə şahid olduğunu,
Sonsuz ədalətli olduğunu, zərrə qədər belə olan hər şeyin əvəzini tam verəcəyini,
Allahın insanlara zülm etməyəcəyini,
Yaratdığı hər şeyi nümunəsiz olaraq, yoxdan və “ol” deməsiylə yaratdığını,
Bizim bilmədiyimiz bütün məlumatların sahibi olduğunu,
Allahın bizim üçün istədiklərindənbaşqa başımıza heç nəyin gələ bilməyəcəyini,
Bunları (yəni Allahın bizim üçün istədiklərini), heç kimin dəyişdirə biləyəcəyini, müsibət və ya yaxşılıq göndərdikdə bunlara heç kimin mane ola bilməyəcəyini,
Həm öz nəfsimizdə, həm də ətrafımızda bizə göstərdiyi ayələrini görməyi və üzərlərində düşünməyi,
Göylərdə və yerdə olan hər şeyin heç təkəbbürlənmədən Allahı təqdis etdiyini,
Təkcə Allahın təriflənməyə layiq olduğunu,
Qətiyyən heç nəyi unutmadığını,
Həmişə diri olduğunu, Allahı əsla yuxu və mürgü tutmadığını,
Köməyi ilə möminlərin qəlbinə şəfa verəcəyini,
Möminlərin hər anında onlara dəstək verdiyini,
Çox bağışlayan və tövbələri qəbul edən olduğunu,
Allahın günahların cəzasını dərhal vermədiyini, tövbə etmə və bağışlanma diləmək üçün möhlət verdiyini,
Qullarına qarşı çox mərhəmətli olduğunu,
Mömin bəndələri üçün cənnəti istədiyini,
Möminlərin etdikləri əməllərin əvəzini həm dünyada, həm də axirətdə nöqsansız şəkildə və Öz lütfündən də artıraraq verəcəyini,
Səbr edənlərin əməllərinin əvəzini, ən gözəli ilə verəcəyini,
Canımızı bəxş edən, sağlamlığımızı verən olduğunu,
Xəstələndiyimiz zaman bizə şəfa verdiyini,
Bizi həqiqi imana nail etmək üçün həmişə xəbərdar edib qorxutduğunu və müxtəlif vəsilələrlə Özünü xatırlatdığını,
İmanı bizə sevdirən və küfrü də çirkin göstərənin Rəbbimiz olduğunu,
Dinindən kim dönsə, onun yerinə ondan daha da xeyirlisini gətirəcəyini,
Möminlərin etdikləri pis əməllərin üstünü örtdüyünü,
Özündən qorxub çəkinənə, doğrunu yanlışdan ayırdetmə bacarığını verəcəyini,
Bizə hər kəsdən və hər şeydən daha yaxın olduğunu,
Sonsuza qədər Rəbbimizlə dost ola bilmək üçün dua etməyi ƏSLA UNUTMAYIN.
Həqiqət budur ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən hesab edin. O, öz tərəfdarlarını təkcə qızğın şəkildə yanan odun sakinlərindən olmağa çağırır. (Fatir surəsi, 6)
Şeytanın bizim ən böyük düşmənimiz olduğunu,
Hər an, səbirlə bütün insanları yanıltmaq üçün gözlədiyini,
Nemətləri görməyimizə imkan verməyərək şükr etməyimizə əngəl törətməyə çalışacağını,
Xüsusən ani hadisələrdə fürsət gözləyib hər işdə bir xeyir olduğunu sizə unutduraraq, təvəkkülsüz davranmağınızı istədiyini,
Üzərinizə tənbəllik, qəzəb, laqeydlik, diqqətsizlik, eqoitslik, qısqanclıq, unutqanlıq verməyə çalışacağını,
Bütün ibadətlərinizə, gözəl əxlaqlı olmağınıza mane olmaq istədiyini,
Həqiqi möminlər üzərində heç bir təsirinin ola bilməyəcəyini,
Şeytandan gəldiyini hiss etdiyiniz ən kiçik bir vəsvəsədə belə dərhal Allaha sığınmağı,
Ən çox istifadə etdiyi tələlərdən birinin UNUTDURMAQ olduğunu,
Sizi Allahı zikr etməkdən və 5 vaxt namazı qılmaqdan da uzaq tutmaq istədiyini,
Haqqa qarşı müqavimət göstərməyin və təkəbbürlənməyin, Allah dərgahından qovulmuş şeytanın xüsusiyyəti olduğunu,
Sizi ən ağlagəlməz xülyalara salmağa çalışacağını,
Sizin Allaha dua etməyinizi, Onu razı salmağınızı, cənnətə getməyinizi əsla və əsla istəmədiyini,
Ən böyük hədəfinin, sizin də özü kimi sonsuz əzaba məhkum olmağınız olduğunu,
Heç bir məcburedici gücünün də olmadığını, təkcə insanları dəvət etdiyini ƏSLA HEÇ UNUTMAYIN.
Ey iman gətirənlər, Allahı çox-çox zikr edin! (Əhzab surəsi, 41)
Rəbbimizi hər an zikr etməyi,
Hər an, ayaqda olarkən, uzanarkən, oturarkən düşünərək Allahın adını zikr etməyi,
Üzərimizdəki çətinliklərin, işlərimizdəki qarışıqlıqların yox edilib, üzərimizə qəlb rahatlığı gəlməsinin təkcə Allahı zikr etməklə mümkün olacağını,
Heç nəyin (alış-verişin, ticarətin) Allahı zikr etməyimizə mane ola bilməyəcəyini,
Allahı zikr etməyin etdiyimiz hər şeydən daha böyük iş olduğunu,
Şeytanın Allahı zikr etməyi unutdurmağa çalışdığını və bunu bacarmaq üçün hər fürsəti qiymətləndirəcəyini,
Bir cəmiyyətlə üz-üzə qaldığımız zaman, bizə asanlıq təmin edəcək şeyin Allahı zikr etmək olduğunu ƏSLA UNUTMAYIN.
Hər nəfs ölümü dadacaq. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik və siz Bizə qaytarılacaqsınız. (Ənbiya surəsi, 35)
Özümüz də daxil olmaqla, ailəmizdəki hər kəsin, dostlarımızın, tanıdığımız bütün insanların mütləq öləcəyini,
Öləcəyimiz zamanı təqdir edənin Rəbbimiz olduğunu,
Hamımız üçün vaxtı təyin olunmuş bir əcəl olduğunu və bu an gəldikdə buna qətiyyən mane ola bilməyəcəyimizi,
Ölümlə birlikdə Rəbbimizə qaytarılacağımızı,
Öldükdən sonra vücudumuzun heç bir dəyərinin olmayacağını,
Məzara, torpağın altına qoyulan vücudun qısa müddətdə çürüyüb yox olacağını,
Ölüm anındakı peşmançılıqla edilən tövbənin qəbul olunmayacağını, buna görə də, gec olmadan tövbə etməyi,
Dünyadakı bütün acizliklərin bizə ölümü xatırlatmaq üçün verildiyini,
Ölümü düşünməyin insanı bütün hərisliklərindən xilas edəcəyini,
Allahdan "müsəlman kimi ölməyi" istəməyi UNUTMAYIN.
Həqiqətən dünya həyatı yalnız bir oyun və (əyləncə növündən) ehtiraslı yayındırmadır... (Məhəmməd surəsi, 36)
Dünya həyatının uzun kimi görünsə də, əslində tanış olma vaxtı qədər qısa olduğunu,
Dünyadakı bütün "cəlbedici bəzəklər"in imtahan olduğunu,
Hər kəsə, öyüd ala biləcək kiməsnin öyüd alıb özünü düzəldəcəyi qədər möhlət verildiyini,
Kimin daha gözəl davranacağının sınanması üçün həyatın və ölümün yaradıldığını,
Dünya həyatının müvəqqəti və axirətlə müqayisədə faydasının çox az olduğunu,
Dünyadakı nemətlərin, cənnətdəki əsil nemətlərin çox əskik surəti olduğunu, axirəti xatırlatmaq məqsədiylə xüsusi olaraq yaradıldığını,
Allahın diləməsiylə qiyamət günü bütün dünyanın tamamilə yox olacağını,
Dünya həyatının yalnız (əyləncə növündən) ehtiraslı yayındırma olduğunu, əsil yurdun isə axirət olduğunu,
Dünya nemətlərinin öyünmə vasitəsi hesab edilməməsinin lazım olduğunu,
Həqiqi möminlərin axirəti dünya həyatı ilə heç vaxt dəyişməyəcəklərini UNUTMAYIN.
İnsanlar səndən Qiyamət saatı barədə soruşurlar; de: "Onun məlumatı təkcə Allah yanındadır". Nə bilirsən, bəlkə də, Qiyamət saatı çox yaxındadır. (Əhzab surəsi, 63)
Qiyamət saatına hər an bir az daha yaxınlaşdığımızı,
O gün indiyə qədər heç görünməmiş və heç eşidilməmiş hadisələrin baş verəcəyini,
Heç kim anlamadan qəflətən gələcəyini,
Heç bir yerə qaçmağın mümkün olmayacağını,
O gün hər kəsin Allaha haqq-hesab verəcəyini, verilən hər nemətə görə sorğu-sual ediləcəyini,
Bu günə qədər yaradılmış bütün insanların olduqları yerdən dikəlib Rəbbimizə doğru süzülərək gedəcəklərini,
O gün yer üzünün və dağların yerlərindən oynadılıb qaldırılacağını və təkcə bir dəfə toqquşdurularaq parça-parça olacağını,
Göyün yarılıb çatlayacağını, sallanıb zəifləyəcəyini,
Ulduzların sönəcəyini,
Dağların kökündən söküləcəyini,
Dağların hərəkət etdirilib ilğıma çevriləcəyini,
Darmadağın olub ufalanacağını, toz duman halında dağılıb sovrulacağını,
Göyün ərimiş metal kimi olacağını,
Dağların ətrafa uçmuş rəngbərəng yun kimi olacağını,
Yerlərinin bomboş və lüm-lüt qalacağını,
Uşaq əmizdirən qadınların uşaqlarını tərk edəcəyi qədər qorxulu bir gün olacağını,
Tək-tənha və tək başımıza Rəbbimizin hüzuruna çıxacağımızı,
O gün Allahın istədiyi kəslər istisna olmaqla, göylərdə və yerdə olan hər kəsin qorxacağını,
Günahkarların simalarından tanınıb, alınlarından (kəkillərindən) və ayaqlarından yaxalanacağını,
Allahın icazə verdiklərindən başqa heç kəsin danışa bilməyəcəyini,
İman gətirməyənlərin o gün bədbəxt olacaqlarını,
O gün Allaha qarşı yalan söyləmiş kimsələrin üzlərinin qapqara olacağını,
Rəhmana qarşı bütün səslərin qısılacağını, hırıltıdan başqa şeyin eşidilməyəcəyini,
İki yaxın dostdan birinin digərinin halını soruşa bilməyəcəyini (anası, atası, qardaşı da daxil olmaqla),
O gün günahkarların bir-birlərini günahlandıracaqlarını,
Hər kəsin etdiyi yaxşılıqları yaxınlığında görəcəyini, etdiyi pisliklərlə arasında uzaq məsafə olmasını istəyəcəyini,
Kafirlərin üzlərindən tanınacaqlarını,
Alınlarından (kəkillərindən) və ayaqlarından yaxalanacaqlarını,
Möminlərin üzlərinin çox aydın olacağını, gülərüzlü və sevinc içində olacaqlarını,
Haqq-hesab günündəki son peşmançılığın fayda verməyəcəyini,
Əsla, heç nə üçün geri dönüşün mümkün olmayacağını,
Təkcə səmimi möminlər üçün qorxu və kədərin olmayacağını QƏTİYYƏN UNUTMAYIN.
İman gətirib yaxşı işlər görənlər isə cənnət sakinləridir və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 82)
Allahın möminlər üçün xüsusi olaraq cənnəti yaratdığını,
Canlarını və mallarını Allah yolunda satmış olanlara əvəz kimi cənnətin veriləcəyini,
Cənnət üçün sevinib bir-birini müjdələməyi,
Möminlərin cənnətdə əbədi qalacaqlarını,
Cənnətdə mələklərin möminləri ən gözəl şəkildə qarşılayacağını,
Əmin-amanlıq içində cənnətə giriləcəyini,
Tərtəmiz həyat yoldaşlarının olduğunu,
Hara baxılsa böyük nemət və mülk görüləcəyini,
Möminlərin cənnətdə atlazdan döşəklər üzərində söhbət edəcəklərini,
Orada dərilməsi asan meyvələrin olduğunu,
Nə isti, nə də soyuq, tam ölçüsündə kölgəlik bir yer olduğunu,
Diqqətlə işlənmiş ləl-cəvahiratlı taxtlarda üzbəüz oturulacağını,
Ətraflarında qızıldan qədəhlərlə dolaşılacağını,
Orada nəfslərin arzuladığı və gözlərin ləzzət aldığı hər şeyin olduğunu,
Heç kimə heç bir mövzuda haqsızlıq edilməyəcəyini,,
Rəbbimizin mükafat olaraq nur və sevinc verəcəyini,
Günaha girmə qorxusunun da olmayacağını,
Qəlblərdəki bütün kinin çəkilib alınacağını,
Möminlərin cənnətdə Rəbbimizə həmd etdiklərini,
Cənnətdə olmağın Allahın lütfü sayəsində mümkün olduğunu,
Cənnətdə heç yorğunluq toxunmadığını,
Möminlər üçün cənnətdə heç bir qorxunun olmadığını və kədərlənməyəcəklərini,
Allahın kədəri yox etdiyini,
Cənnətdə yeni biçimdə yaradılacağımızı,
Bütün nemətlərdən də üstün olaraq, Onun rizası və məmnuniyyətinin olduğunu ƏSLA UNUTMAYIN.
...And olsun, cəhənnəmi, cinlərdən və insanlardan inkar edənlərin hamısı ilə dolduracağam. (Səcdə surəsi, 13)
Allahın Özünə şirk qoşanlara cənnəti haram etdiyini, onların sığınma yerinin cəhənnəm olduğunu,
Cəhənnəm odunun əbədi olduğunu,
Cəhənnəm əhli üçün oddan paltarlar biçildiyini, geyimlərinin qatrandan olduğunu,
Üzlərini od bürüdüyünü,
Başlarının üstündən qaynar su töküləcəyini,
Alınlarının, böyürlərinin və kürəklərinin dağlanacağını,
Allahın ayələrinə qarşı təkəbbürlənənlərin əsla (kəndir iynə dəliyindən keçənə qədər) cənnətə girə bilməyəcəklərini,
Allaha ibadət etməyib təkəbbürlənənlərin cəhənnəmə təslim olmuş kimsələr olaraq girəcəklərini,
Cəhənnəmə qınanmış və qovulmuş şəkildə girildiyini,
Cəhənnəm odunan alçaldıcı şəkildə sürükləniləcəyini,
Cəhənnəmə girəcək kimsələrin yaradılmışların ən pisləri olduğunu,
Oradakı əzabın əbədi olduğunu,
Cəhənnəmdəkilərin boyunlarındakı dəmir halqalar və zəncirlərlə sürüklənəcəklərini,
Qaynar sudan və irindən başqa içkilərinin olmadığını,
Yeməklərinin də irin və qan qarışığından, boğazı tıxayıb qalan yemək olduğunu,
Həmçinin dari tikanından ibarət yeməyin də olduğunu, bunun nə doyuran, nə də aclıqdan qoruyan yemək olduğunu,
Günahkarların yeməyi olan zəqqum ağacının, əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayayacağını,
Cəhənnəmdəkilərin uzunluğu yetmiş arşın olan zəncirə vurulacağını,
Dəmir qamçıların olduğunu,
Kafirlər üçün hazırlanmış cəhənnəm odunun yanacağının insanlar və daşlar olduğunu,
Cəhənnəm odunun uğultusunun uzaqdan eşidiləcək qədər şiddətli olduğunu,
Cəhənnəm odunun qorxunc xortultu ilə qaynayıb fəvvarə vurduğunu,
Orada sümükləri çatırdadan inləmələr olduğunu,
Həddi aşıb azanların çatacağı son yerin cəhənnəm olduğunu,
İnkarçıların, əlləri boyunlarına bağlı vəziyyətdə cəhənnəmin dar yerinə atılacaqlarını,
Oradakıların əzab qarşısında yox olmağı, ölümlə hər şeyin bitmiş olmasını istəyəcəklərini,
Lakin insanın orada nə öləcəyini, nə də diriləcəyini,
Hər yandan ölümün gələcəyini, lakin ölünməyəcəyini,
Orada kömək istənildikdə qatı su kimi üzləri qovurub yandıran su ilə kömək ediləcəyini,
Cəhənnəmin qapqara dumanlı və kölgəli bir yer olduğunu,
Nə sərin, nə də xoşagələn bir yer olmayıb, qorxunc sıxıcı yer olduğunu,
Cənnətdəkilərlə aralarında qapısı olan bir sədd çəkildiyini,
Əbədiyyən bu surun içində qalınacağını,
Əzabın yüngülləşdirilməyəcəyini və onlara fikir verilməyəcəyini,
Əzabdan çıxmaq istəyəcəklərini, lakin oradan əsla çıxa bilməyəcəklərini,
Onların üzərində qapıları qapanmış odun olduğunu,
Yandırıcı əzab nəticəsində dəriləri yanıb töküldükcə, əzabı dadmaları üçün yerlərinin başqa dərilərlə dəyişdiriləcəyini,
Gözlərinin qorxu və dəhşətdən aşağı düşəcəyini, üzlərini isə zillət bürüyəcəyini,
Hər kəsin o gün günahlarını etiraf edəcəyini,
Cəhənnəm əhlinin; "əgər dinləmiş və anlamış olsaydıq, bu qızğın şəkildə yanan odun sakinləri arasında olmazdıq" deyəcəklərini,
Odun üstündə saxlanıldıqları zaman; "kaş ki, dünyaya qaytarılaydıq ki, möminlərdən olaydıq" deyəcəklərini,
Üzlərinin odda oyana-buyana çevriləcəyi gün; "kaş ki, Allaha və Rəsuluna itaət edəydik" deyəcəklərini,
O gün heç bir yaxın dost və şəfaətçinin olmadığını etiraf edəcəklərini,
"Bizi buradan çıxart ki, saleh əməllər edək" deyərək qışqıracaqlarını,
Cənnət əhlindən su və ruzi istəyəcəklərini, lakin bütün bunların onlara haram edildiyini,
O gün bir-birləriylə mübahisə edəcəklərini, bir-birlərinə lənət edəcəklərini, bir-birlərinin əzab çəkmələri üçün dua edəcəklərini,
O gün bütün gücün təkcə Allaha məxsus olduğunu,
Məhv edən peşmançılıq və çarəsizlik içində içlərinin yanacağını,
Allahın onlarla danışmayacağını ƏSLA VƏ ƏSLA UNUTMAYIN.
Əlif, Ləm, Ra. Bu bir Kitabdır ki, Rəbbinin icazəsi ilə insanları qaranlıqdan nura, O güclü və tərifəlayiq Olanın yoluna çıxartmaq üçün sənə nazil etdik. (İbrahim surəsi, 1)
Həmişə vicdanınızın səsini dinləyərək hərəkət etməyi,
Özünüz, ananız, atanız və yaxınlarınızın əleyhinə belə olsa, həmişə ədalətli olmağı,
Tolerant və bağışlayıcı olmağı,
Möminlərə qarşı şəfqətli və mərhəmətli olmağı,
Böyüklənməkdən qaçmağı,
Əmanət əhli olmağı,
Salama ən gözəl şəkildə cavab verməyi,
Qəzəbinizi boğmağı,
Bilmədiyiniz mövzularda mübahisə etməməyi,
İnsanlara göstəriş etməkdən qaçmağı,
Üstünlükdəki tək meyarın təqva olduğunu,
Nəfsin həmişə pisliyi əmr etdiyini,
Hər an bir xeyir qazanmağa çalışmağı,
Allahdan gücümüzün çatdığı qədər qorxmağı,
Allahın rizasını və razılığını hər şeydən üstün tutmağı,
Təkcə Allahdan qorxub çəkinməyimizin lazım olduğunu,
Yaxşılığı əmr edib pislikdən çəkindirməyi,
Bir insanın digər insanın günahını boynuna götürə bilməyəcəyini,
Allahın lovğalananları sevmədiyini,
Namazlara diqqət yetirməyi,
Lağ etməməyi,
Qeybət etməməyi və edilməsinə icazə verməməyi,
Allaha qarşı qəlbən bağlı olmağı,
Allah üçün səbr etməyi,
Sağımızdakı və solumuzdakı katiblərin hər şeyi yazdığını,
Zənndən qaçmağı, zənn və təxminlə hərəkət etməməyi,
Həmişə Quranı meyar qəbul edərək düşünməyi,
Möminlər üçün kədərlənəcək, ümidsizliyə və sıxıntıya qapılacaq heç nəyin olmadığını,
Nemətlərlə qürrələnməməyi,
Hər biləndən daha yaxşı bilən olduğunu və bilənlərdən öyrənməyi,
Parçalanmamağı, möminlər arasındakı birliyin çox mühüm olduğunu,
Dində məcburiyyət olmadığını, möminlərə düşənin təkcə öyüd verərək xatırlatmaq olduğunu,
Mühit və şərtlərdən asılı olmayaraq, əxlaqınızdan, dinə və ibadətlərinizə olan dəqiqlikdə güzəştə getməməyi,
Hər işinizdə Allaha yönəlməyi,
Haminizin Allah olduğunu, bütün bunları Onu razı etmək üçün etdiyinizi və mükafatınızı verməyin təkcə Allaha aid olduğunu SİZ HEÇ UNUTMAYIN.
Sən öyüd verib xatırlat; çünki həqiqətən öyüd verib xatırlatmaq möminlərə fayda verər. (Zəriyət surəsi, 55)
Allah dünya həyatında insanlara öyüd ala biləcəkləri qədər müddət verər və bu müddətdə onlara müxtəlif yollardan xatırlatmalar edər. Xüsusən insanın gündəlik həyatında qarşılaşdığı bir çox hadisə bu xatırlatmaların əhatə dairəsinə daxil olar. Məsələn, hər gün bir çox ölüm hadisəsinin baş verməsi, bunlardan xəbərdar olmağımız, hətta şahid olmağımız Allahdan gələn bir xatırlatmadır. Allah bu hadisələrlə bizə də ölümlə hər an qarşılaşa biləcəyimizi xatırladar. Eynilə dünyada insanların sahib olduğu fiziki çatışmazlıqlar da Rəbbimizin bir xatırlatmasıdır. İnsan öz çatışmazlıqları ilə gün ərzində təmasdadır və bunları görməzlikdən gəlməsi qeyri-mümkündür. Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah bu çatışmazlıqları insanlara dünyada verərək, buradakı həyatın ehtirasla bağlanılacaq tərəfi olmadığını xatırladar həmişə. Yenə Allahdan insanlara xatırlatma mahiyyətində çatan digər bir hadisə də, əldəki nemətlərin itirilməsi və bəlaya uğramaqdır. Bir insan çox gözəl və ya çox zəngin ola bilər. Lakin Allah istəsə hər hansı bir hadisəni səbəb edərək bu gözəlliyi də, malı-mülkü də bu insanın əlindən ala bilər. Belə ki, bunun nümunələrinə ətrafımızda çox tez rast gələrik.
Məhz bütün bunların Allahın bəndələrinə rəhmət kimi etdiyi xatırlatmalar olduğunu, bunları düşünüb Allahın bizi dəvət etdiyi doğru yolda irəliləməli olduğumuzu əsla unutmayın. Lakin Quranda da bildirildiyi kimi, bu xatırlatmalar möminlərə fayda verdiyi halda, Allaha qarşı təkəbbürlənənlərə xeyli ağır gələr:
O zaman, əgər “öyüd və xatırlatma” fayda verəcəksə “öyüd verib xatırlat”. Allahdan “içi titrəyərək qorxan” öyüd alıb düşünər. “Bədbəxt” olan isə bundan qaçar. (Əla surəsi, 9-11)
Yenə unutmayın ki, Quranı, Allah insana, rəhbər və özlüyündə öyüd və xatırlatma kimi nazil etmişdir. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
And olsun, Biz bu Quranda müxtəlif açıqlamalar verdik, öyüd alıb düşünsünlər deyə. Halbuki bu, onların təkcə daha da uzaqlaşmalarını artırır. (İsra surəsi, 41)
Necə ki, Quranda insanlara çox xatırlatma və xəbərdarlığın gəldiyinə dair bir çox ayə var. Bunun müqabilində kim bu xatırlatmaları qulaqardına vurub üz döndərsə artıq bu insan əzaba layiq olar. Quranda bu mövzuda qeyd olunan ayələr aydındır:
(Onlara) xatırlatma (edilmişdir), Biz zülm edən deyilik. (Şuəra surəsi, 209)
Halbuki, and olsun, şiddətli yaxalamağımıza qarşı onları xəbərdar etmişdi. Lakin onlar, bu xəbərdarlıqlara şübhə edib inkar etməkdə israr etdilər. (Qamər surəsi, 36)
Edilən bütün xatırlatmaların Allahdan gəldiyini unutmayın. Allah qullarına, elçiləri və onlara göndərdiyi kitablar vasitəsilə əmrlərini bildirmiş, razı qalacağı rəftarları xatırlatmışdır. Möminlərə də, bir-birlərini yaxşı əməllər işləməyə dəvət edib pis əməllər işləməyi qadağan etmək və doğrunu xatırlatmaq vəzifəsini vermişdir. Elə isə mömin üçün, özünə edilən hər xatırlatma olduqca dəyərlidir. Quranda insanlara bir-birlərinə həmişə yaxşı əməllər işləməyi tövsiyə edib, pis əməllər işləmələrinə mane olmağı və bir-birlərinə bu mövzuda xatırlatma etmələri nəsihət edilir. Xüsusən Allahın göndərdiyi elçilər ətraflarındakı xalqı, böyük əzabdan qorumaq üçün həmişə xəbərdar edərlər:
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdar edən peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-birlərinə olan “azğınlıq və qısqanclıqları” üzündən ixtilafa düşdülər. Beləliklə Allah iman gətirənləri, Öz icazəsi ilə ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini haqqa yönəldər. (Bəqərə surəsi, 213)
Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və xəbərdar edən kəs gəlmədi” deməyəsiniz (buna fürsət qalmasın) deyə açıq-aydın bəyan edən Elçimiz gəldi. Artıq sizə müjdələyən və xəbərdar edən gəldi. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)
Buna görə də, Quranda elçilərə itaət etməyin əhəmiyyəti çox sıx vurğulanmışdır. Belə ki, elçinin təbliği, yəni Kitabı və dini insanlara açıqca bəyan etməsindən sonra artıq insanların Allaha qarşı irəli sürə biləcəkləri heç bir bəhanələri qalmır:
Elçilər; müjdə verən və xəbərdar edən kəslər olaraq (göndərildi). Belə ki, insanların elçilərdən sonra Allaha qarşı (müdafiə edəcək) dəlilləri olmasın. Allah, üstün və güclü olandır, hikmət və hökm sahibidir. (Nisa surəsi, 165)
Məsələn, Nuh peyğəmbərin təbliği, bunun müqabilində qövmünün inadkarlıq etməsi və sonunda uğradıqları qorxunc aqibət, özlərindən sonra yaşayan insanlara ibrət olması üçün Quranda çox ətraflı şəkildə izah edilmişdir:
Şübhəsiz ki, Biz Nuhu; "qövmünü, onlara şiddətli əzab gəlməmişdən əvvəl xəbərdar et" deyə öz qövmünə (peyğəmbər kimi) göndərdik. O da dedi: "Ey qövmüm, həqiqət budur ki, mən sizə (göndərilmiş) açıq-aşkar bir xəbərdar edənəm. Allaha qulluq edin, Ondan qorxun və mənə itaət edin ki, günahlarınızı bağışlasın və sizə təyin edilmiş əcələ qədər möhlət versin. Əlbəttə ki, Allahın təyin etdiyi əcəl gəlib çatdıqda, o təxirə salınmaz. Kaş biləydiniz". O dedi: "Rəbbim, həqiqətən qövmümü gecə-gündüz dəvət etdim. Lakin dəvət etməyim, təkcə qaçmalarını artırdı. Həqiqətən mən, onları bağışlamağın üçün hər dəfə dəvət edəndə, onlar barmaqlarını qulaqlarına tıxadılar, örtüklərini başlarına çəkdilər və təkəbbürlənib inadkarlıq etdilər. Sonra onları açıq şəkildə dəvət etdim. Daha sonra (davamı) onlara açıq-aşkar elan etdim və özlərinə gizlin-gizlin yollarla yaxınlaşmaq istədim". Bundan belə" dedim. "Rəbbinizdən bağışlanmağınızı diləyin; çünki həqiqətən O, çox bağışlayandır". (Nuh surəsi, 1-10)
Onlar dedilər: "Ey Nuh, bizimlə mübahisə etdin və bu mübahisədə irəli də getdin. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir (görək)". O (Nuh) dedi: "Əgər istəsə, onu sizə Allah gətirər və siz (Ona) aciz qoya bilməzsiniz". "Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə öyüd vermək istəsəm də, öyüdümün sizə faydası olmaz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız". Onlar: "Bunu özündən uydurdu!" deyirlər? De: "Əgər mən onu özümdən uydurmuşamsa, günahı mənim boynumadır. Lakin mən, sizin cinayət törətdiyiniz günahlardan uzağam". Nuha belə vəhy olundu: "Həqiqətən iman gətirənlərdən başqa, qətiyyən heç kim iman gətirməyəcək. O zaman onların etdikləri əməllərə görə kədərlənmə". (Hud surəsi, 32-36)
Ayələrdə Allahın bildirdiyi kimi, hz. Nuhun qövmü özlərinə gələn bütün xatırlatmalara qarşı qulaqlarını tıxamış, müqavimət göstərmiş və sonunda Allahdan gələn çox böyük əzaba düçar olmuşlar.
Yenə İsrail oğulları da özlərinə xatırladılan şeyləri üzərlərinə götürüb özlərini düzəltmədikləri üçün, qəlbləri hər cür həssaslıqdan məhrum hala gəlmiş sanki daş kimi olmuşdur:
And olsun ki, Allah İsrail oğullarından qəti söz (əhd) almışdı. Onlardan on iki etibarlı nəzarətçi göndərmişdik. Həmçinin Allah onlara: "Həqiqətən Mən sizinləyəm. Əgər namaz qılar, zəkat verər, elçilərimə iman gətirər, onlara müdafiə edib dəstəkləyər və Allaha gözəl borc versəniz, şübhəsiz ki, pis əməllərinizin üstünü örtər və sizi həqiqətən, altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim inkar edərsə, həqiqətən dümdüz yoldan azmışdır". Əhdlərini pozduqlarına görə onları lənətlədik və qəlblərini daş kimi etdik. Onlar, kəlmələrin yerlərini dəyişdirirlər. (Tez-tez) Özlərinə xatırladılan şeydən (faydalanıb) pay almağı unutdular. İçlərindən bir qismi istisna olmaqla, onlardan həmişə xəyanət görərsən. Yenə də onları bağışla, fikir vermə. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Maidə surəsi, 12-13)
Quranda daha bir çox ayədə peyğəmbərlər və onlarla birlikdə olan möminlərin, insanları Allahın yoluna yönəltmək üçün müxtəlif üsullar istifadə edərək dini izah etdikləri bildirilmişdir. Allah, hidayət rəhbəri olan Kitabında daha əvvəlki xalqlara üz verənlərdən ibrət alınmasını əmr etmişdir:
Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis surəsi, 102)
Unutmayın ki, bütün bu xatırlatmalar təkcə Allahdan qorxanlara təsir edər. Allahdan qorxmayanlar, bu xatırlatmalar üzərində düşünərək özləri üçün dərs çıxarda bilməzlər. Allah inkarçıların bu vəziyyətini bizə belə bildirmişdir:
Şübhəsiz ki, inkarçıları xəbərdar etsən də, etməsən də, onlar üçün fərqi yoxdur; iman gətirməzlər. Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuşdur; gözlərində də pərdələr vardır. Həmçinin onları böyük əzab gözləyir. (Bəqərə surəsi, 6-7)
Özünə Rəbbimizin ayələri öyüd verib xatırladıldığı zaman, üz döndərən və etdikləri əməlləri unudanları, Allah ayədə "zalım" kimi təsvir edir. Belə davrandıqları üçün də Allah onların qəlblərini, xəbərdarlıqları qavrayıb anlamalarına maneə törədərək, nemətlərindən məhrum buraxmışdır. Çünki onlar nə qədər doğru yola çağrılsalar da, əbədiyyən əsla doğru yola gəlməyəcək kəslərdir:
Rəbbinin ayələri öyüd verib xatırladıldığı zaman, üz döndərən və əllərinin öndən göndərdikləri (əməlləri)ni unudandan daha zalım kim ola bilər? Biz həqiqətən, qəlbləri üzərinə onu qavraya anlamalarına mane olan bir pərdə (çəkdik), qulaqlarına tıxac vurduq. Sən onları doğru yola çağırsan belə, onlar əbədiyyən əsla doğru yola gələ bilməzlər. (Kəhf surəsi, 57)
Lakin Allah yenə də Quranda onlara bəlkə çəkinərlər deyə müxtəlif xatırlatmalar etmişdir. Çünki qarşılaşacaqları əzab təxmin etdiklərindən çox böyük olacaq. Lakin xatırlatmaları dinləməməkdə israr edənlərin vəziyyətinin aşağıdakı ayədə bildirildiyi kimi, olacağını unutmayın:
Özlərinə xatırladılanı unutduqları zaman isə, Biz də pis əməllərdən çəkindirənləri xilas etdik. Zalımları isə etdikləri günahlardan ötrü çox çətin əzabla yaxaladıq. (Əraf surəsi, 165)
Quranı bizim üçün fərz buyuran Allah, bəndələri üçün heç bir çətinlik istəməmiş, əksinə Özünə itaət edənlərin həm dünyadakı həyatını asanlaşdırıb gözəlləşdirmiş, həm də qısa müddət sonra gedəcəkləri əsil yurdun, yaradılmış ən gözəl məkan olan cənnət olacağını müjdələmişdir. Sonsuz şəfqət və mərhəmət sahibi olan Allah, Özünə dua edən bəndələrinin unudaraq və yanılaraq etdikləri səhvləri bağışlayacağını da bildirmişdir. O zaman insana düşən gücünün çatdığı qədər Allahdan qorxub çəkinərək Ona lazımınca qulluq etməkdir:
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun. Sonra sizə kömək edilməz. Əzab sizə xəbəriniz olmadığı halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! İnsanın(yana-yana)belə deyəcəyi (gün): “Allah yanında (qulluqda) etdiyim nöqsanlardan ötrü (mənə) ayıb olsun! Həqiqətən, mən (Allahın dininə) lağ edənlərdən idim!” (Zumər surəsi, 54-56)
Əslində insan hər nə etsə də, belə ki, özünə xatırladılanları yadda saxlayıb qulluq etsə və ya bütün öyüdləri unudub bir kənara atsa da, bu heç nəyi dəyişdirməyəcək. Hər kəs Rəbbimizə haqq-hesab verəcəyi günə doğru sürətlə irəliləyir. Əsla unutmayan və yanılmayan Allah, bütün insanları hüzurunda toplayacaq və sorğu-sual edəcək:
...Yaxında qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir. (Tövbə surəsi, 105)
Elə isə siz də qarşınıza çıxan hər xatırlatmanın Allahdan son xəbərdarlıq, son fürsət ola biləcəyini unutmayın. Əgər əbədi əzabla qarşılaşmaq istəmirsinizsə, yeganə qurtuluş yolunuzun da dərhal tövbə edib, Allaha qulluq etmək olduğunu əsla unutmayın.
Allahı unutmuş üçün, beləliklə də, O da onlara öz nəfslərini unutdurmuş olanlar kimi olmayın. Məhz bunlar əsil fasiqlərdir. (Həşr surəsi, 19)
"Budur sizə söylədiklərimi yaxında xatırlayacaqsınız. Mən də öz işimi Allaha həvalə edirəm. Şübhəsiz ki, Allah bəndələri çox yaxşı görəndir". (Mümin surəsi, 44)
Allaha iman gətirən bir insan üçün bu kitabda xatırladılanları unudub-unutmamaq seçim məsələsi deyil. Çünki bu, bir tərəfdə cənnət, digər tərəfdə isə cəhənnəmlə nəticələnə biləcək əbədi həyatdan söhbət gedən seçimdir. Buna görə də, Allahdan qorxan və axirətə tam yəqinliklə iman gətirən insan, əbədi həyatını təhlükə altına sala biləcək hər şeydən şiddətlə çəkinər, axirəti üçün fayda təmin edəcək bütün öyüd və xatırlatmalara da olduqca açıq olar. Bu məsələdə təkəbbürlənmək, lovğalanmaq inkarçılara məxsus davranışdır. Mömin özünə çatan hər xatırlatmanın, özünü oddan qorumaq üçün edildiyini düşünərək tam təslimiyyətlə cavab verər.
Bu mövzuda insanın, Quranda bəhs edilən Əraf təpəsində olduğunu düşünərək hərəkət etməsi, səmimiyyəti baxımından yaxşı meyar olacaq. Allahın ayələrində bildirdiyi Əraf, cənnətlə cəhənnəmin göründüyü, lakin insanın özünün hara gedəcəyinin hökmünü bilmədən gözlədiyi yerdir. Mövzuyla əlaqədar ayələrdə belə buyurulur:
İki tərəf arasında bir sədd və bürclər (Əraf) üstündə hamısını üzlərindən tanıyan insanlar var. Cənnətə girəcəklərə: "Sizə salam olsun" deyərlər ki, bunlar, hələ girməyən lakin (girməyi) “şiddətlə arzulayıb umanlardır”. Gözləri od sakinlərinə tərəf çevrildikdə isə: "Ey Rəbbimiz, bizi zalımlarla birlikdə etmə" deyərlər. (Əraf surəsi, 46-47)
Əraf təpəsində olduğu kimi cənnətlə cəhənnəm arasında bir yerdə qaldığınızı düşünün: tam yaxınlığınızda olan və girməyinizin bəlkə də an məsələsi olduğu cənnət həyatınızı təhlükə altına salacaq, hətta sizi yenə yaxınlığındakı cəhənnəmə sürükləyəcək bir şeyi unutmağıız mümkün ola bilərmi? Yaxud unutduğunuz halda, başqası tərəfindən sizə xatırladılması qürurunuza ağır gələrmi? Əlbəttə ki, yox. Tam əksinə, sizə nəsihət edən insana sanki minnətdarlıq hissi duyarsınız.
Eyni səmimiyyət meyarı, haqq-hesab günündə hər insanın əməllərinin çəkildiyi həssas tərəzilərə də aiddir. İnsan o anda zərrə qədər etdiyi xeyirə möhtacdır və yenə zərrə qədər etdiyi pislikdən də uzaq olmaq istəyər. Çünki tərəzi olduqca həssasdır və bəlkə də onun bir gözü digər gözündən zərrə qədər ağır gələ bilər.
Məhz dünyada edilən, yaxşılığı əmr etmək, pis əməllərin edilməsinə mane omaq, Allaha dəvət etmək və haqq-hesab gününə qarşı insanları xəbərdar etmək kimi, xatırlatmalar unutqanlığa meylli insana edilə biləcək ən böyük yaxşılıqdır. Əraf təpəsi ilə əlaqədar ayələrin davamında cəhənnəm tərəfinə keçməsinə hökm edilən insanların bu vəziyyətə düşmələrinin səbəbi belə açıqlanır:
Onlar, dinlərini əyləncə və oyun (hesab) etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi “inkar etdikləri” kimi, Biz də bu gün onları unudacağıq. (Əraf surəsi, 51)
Bu bir həqiqətdir ki, insan əvəzini dərhal alacağını bildiyi şeylərdə olduqca həssasdır. Məsələn, deyilən bir işi unutmadan gördüyü təqdirdə dərhal həmin günün sonunda özünə yüklü miqdarda pul veriləcəyi deyilsə, bu mövzuda nə qədər şövqlü və diqqətcil davranacağı aydın məsələdir. Yenə eyni şəkildə həmin bu işi unutduğu və görmədiyi təqdirdə də zorakılıqla qarşılıq alacağından əmindirsə, misli görünməmiş diqqət və oyanıqlıq içində olacaq. Deməli, insanın bir mövzunu unudub-unutmamasında ən təsirli şeylərdən biri, insan müsbət və ya mənfi qarşılıq alacağından əmin olması və bunu da yaxın görməsidir.
İşdə möminlərin dünya həyatında qəflətə qarşı göstərdikləri diqqət, sahib olduqları şövq, təkcə axirətə, cənnətin və cəhənnəmin varlığına yəqinliklə iman gətirmələrindən qaynaqlanır. Bunun üçündür ki, möminlər bütün həyatlarını bu həqiqətə görə yaşayar və Quranda ifadə edildiyi kimi "nağd şəkildə təqdim etdiklərinə qarşılıq olaraq" (Haqqə surəsi, 24) cənnətə girərlər.
Elə isə siz də Əraf təpəsindəki insanların qorxu ilə gözləmələrini unutmayın. Təsvir edilən bu mühitin hazırda yaşadığınız mühitdən daha da qəti həqiqət olduğunu və edilən bütün xatırlatmaların sizi qurtuluşa dəvət etdiyini, cənnət həyatına çəkməyə çalışdığını əsla unutmayın.
Şübhəsiz ki, Rəbbin, cəhalət nəticəsində pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənlərin yanındadır. Şübhəsiz ki, Rəbbin bundan sonra bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 119)
Səmimiyyətin Allah dərgahındakı əhəmiyyətini anlayan insan hansı səhvi etsə də, Allaha yönəlib bağışlanma diləmə və tövbə etmə imkanı olduğunu bilər. Bu, Allahın sonsuz mərhəmətinin əks olunmasıdır. Allah sonsuz bağışlayıcılığını ayələrində belə xəbər verir:
Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (Nisa surəsi, 110)
Allah bəndələrinə hər cür səhv üçün geri qayıtma imkanı vermişdir. Allah dərgahında etibarlı olan edilən səhvin kiçik və ya böyük olması deyil, insanın səmimiyyətidir. Bu, şübhəsiz ki, möminlər üçün çox böyük mərhəmətdir.
"Və “çirkin bir həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Allahdan başqa kim günahları bağışlaya bilər? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməzlər". (Ali İmran surəsi, 135)
Bu bilinməlidir ki, edilən səhv hər nə olsa da, hətta insanların zehinlərində böyütdükləri ən böyük günah belə olsa, arxasınca gələn səmimi peşmançılıqla bağışlanma diləyərək Allaha qəlbən yönəlmək insanı bu yükdən xilas edəcək.
Bir insan bu dəqiqəyə qədər dinsiz kimi yaşamış ola bilər, bütün ömrünü Allahın razı olmayacağı şəkildə keçirmiş də ola bilər. Lakin bir anda səmimi və qəti olaraq aldığı bir qərarla tövbə etməsi müqabilində Allahın bağışlamasını və tövbəsini qəbul etməsini ümid edə bilər. Unutmayın ki, Allaha qarşı işlənən günahlardan səmimi tövbə ilə xilas olmaq bir anlıq qərardan asılıdır və tək qurtuluş yoludur. Lakin mühüm məsələ Allaha verilən sözə əməl etmək və Allahın tövsiyə etdiyi səmimiyyətə nail ola bilməkdir. Allah tövbə ilə əlaqədar bir ayədə belə buyurur:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Allah Biləndir, hökm və hikmət Sahibidr. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)
Siz də etdiyiniz səhv hər nə olsa da, dərhal tövbə etməyi və Allahdan bağışlanma diləməyi əsla unutmayın. Hər an ölümün sizə gələ biləcəyini və bunun üçün bəlkə də bir daha fürsətinizin ola bilməyəcəyini düşünərək dərhal indi tövbə edin.
Şübhəsiz ki, bu, Allaha həqiqətən iman gətirənlər istisna olmaqla digərlərinə ağır gələr (Bəqərə surəsi, 45). Lakin bunu da unutmayın ki, bu insanlar cəhənnəmə təslim olmuş kimsələr olaraq (Mümin surəsi, 60), üzüstə sürüklənərək girəcəklər (Qamər surəsi, 48). Ayələrdə xəbər verildiyi kimi, artıq onlar orada Rəbbimizdən məhrumdurlar, Allah onlarla danışmaz və onları təmizləməz də:
Ancaq tövbə edən, iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah, çox bağışlayandır, çox rəhmlidir. Kim tövbə etsə və saleh əməllər işləsə, həqiqətən o, tövbəsi qəbul edilmiş olaraq Allaha qayıdar. (Furqan surəsi, 70-71)
...Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin bilərəkdən etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 5)
Din, Allah qorxusu təməlində qurulmuşdur. Təkcə Allahdan lazımınca qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız vaxt, səmimiyyətin, Allahdan içi titrəyərək qorxan, təkcə Allahın razı qalacağı rəftara yönələn insanın davranışı olduğunu anlayarıq. Heç nə səmimi mömini əsil məqsədindən uzaqlaşdıra bilməz; haqq-hesab günü hesabını verə bilməyəcəyi bir şeyə əsla yaxınlaşdırmaz. Allah ayəsində ən xeyirli rəftarın bu olduğuna belə diqqət çəkir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz! (Tövbə surəsi, 109)
Qurana baxdığımız zaman, möminlərin əsla səhv etməyən insanlar deyil, əksinə səhv edən, lakin dərhal tövbə edərək bağışlanma diləyən insanlar olduqlarını görərik. Allaha qarşı içi titrəyərək qorxan mömin, yaşadığı hər an, hər rəftarın ən gözəlinə nail olmaq üçün səy göstərər. Bu vaxt unudub yanıla bilər və ya səhv edə bilər ki; Quranda möminlərin böyük və ya kiçik bir çox səhvlərindən bəhs edilir. Lakin əsil əhəmiyyətli olan edilən səhvdən səmimiyyətlə və bir daha əsla təkrarlamamağa qərar verərək imtina etməkdir. İnsanın bir kərə iman gətirib, sonra həyatını səhv etmədən keçirməsi kimi vəziyyət onsuz da qeyri-mümkündür; dünya imtahan və təhsil yeridir. Üstəlik, mömin səhv etdikdə hər dəfə Allah qarşısındakı acizliyini görər. Bunun müqabilində Allah Quranda, hər cür səhvi etsə belə peşmançılıqla, səmimi və dürüst şəkildə tövbə edən və davranışlarını düzəldənləri bağışlayacağını vəd etmişdir.
İslam dini insanların ən azad və ən rahat şəkildə yaşamalarını təmin edər. Halbuki hazırkı cəmiyyətlərdə səhvlərə qarşı göstərilən reaksiyalar ucbatından, insanların əksəriyyəti, davranışlarını cəmiyyətin meyarlarına görə tənzimləyərlər. Səhv edən özünü nə qədər dəyişdirsə də, cəmiyyətin ona olan baxış prizması elə də dəyişməz. İnsan etdiyi yanlış rəftarla sanki möhürlənər. Bu da cahil cəmiyyətin insanını tam səmimiyyətsizliyə sövq edər. İnsan saxtakar üsullarla, özünü insanların gözündə ucaltmağa çalışar. Həmişə insanların özü haqqında nə düşünəcəklərini nəzərə alar. Halbuki belə zülmdən qurtulmağın ən əsas şərti Allaha qarşı səmimiyyət və dürüstlükdür. Çünki din "insanlar nə deyər" qorxusunu tamamilə aradan qaldırır və möminləri, səmimiyyəti yox edən, dürüstlüyə mane olan hər cür hərəkətdən uzaqlaşdırır:
"Və “çirkin bir həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Allahdan başqa kim günahları bağışlaya bilər? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməzlər". (Ali İmran surəsi, 135)
Səmimiyyət təkcə vicdanlı düşünmək və Allahın hər an özünü izlədiyinin şüuru ilə hərəkət etməklə ortaya çıxar. İnsanların düşüncə və istəklərinə görə hərəkətlərinizi tənzimləməyinizin sizi səmimiyyətdən uzaqlaşdıracağını əsla unutmayın. Allahı unudaraq insanların rizasına uyğun edilən bütün hərəkətlər səmimiyyəti zədələyəcək. Allahın, bəndələrini onsuz da hər an gördüyünü, bildiyini və şahid olduğunu heç unutmadan Qurana görə hərəkət etmək isə səmimiyyəti gətirəcək.
Edilən yanlış hərəkət nə olsa da, dürüstlükdən güzəştə getməməyi təmin edəcək şeyin, Allahdan başqa heç kimdən qorxmamaq olduğunu əsla unutmayın. Şeytan daha çox, insanlar arasında alçalmaq, ədalətsizliyə uğramaq, zərər çəkmək kimi düşüncələrlə insanları səmimiyyətsizliyə sürükləyər. Halbuki bu vəsvəsədir. Çünki ən mühüm məsələ Allahın razı olması və bağışlamasıdır ki, dünyada da, axirətdə də cəza və mükafat təkcə Allahdandır. Hər kəs səhv edə bilər. Mühüm məsələ xatırladıqdan və ya gördükdən sonra bu səhvdən ötrü Allaha tövbə edib imtina etməkdir. Ziyanı ödəmək və rəftarını düzəltməsindəki ciddiyyət, insanın səmimiyyətini göstərəcəkdir. Heç səhv etməyən bir insan ola bilməyəcəyinə görə Allaha qarşı ən səmimi və dürüst davranan ən üstün olacaq. Allah bir ayəsində belə buyurur:
Rəbbiniz sizin içinizdə olanı daha yaxşı bilir. Əgər siz saleh olsanız, şübhəsiz ki, O da, (Özünə) yönəlib dönənləri bağışlayandır. (İsra surəsi, 25)
Səmimi insan edilən hər səhvdə, Allah qarşısındakı acizliyini bir daha xatırlayaraq Allaha yönəlib qayıdar. Çünki səhvləri təkcə Allah bağışlaya bilər, insanlar deyil. Başqa izahatla; insan səhvi üçün Allaha səmimi şəkildə tövbə etdikdən sonra artıq onun üçün insanların nə düşündüklərinin heç bir əhəmiyyəti yoxdur. İnsanların haqqında nə düşündüklərinə əhəmiyyət verən, onların rizasının arxasına düşən insanlar, səhvlərini gizlətmək naminə yalanlar söyləyərək daha bir çox səhvlərə sürüklənəcəklər. Halbuki əslində insanları aldatmış olsalar da, Allah hər şeyi bilir. Siz, dürüst olmayan səmimiyyətsiz insanların ən çox özlərinə zülm etdiklərini əsla unutmayın.
Allah heç kimə gücünün çatdığından artıq yük yükləməmiş, səmimi insanların unudaraq və ya yanılaraq etdiyi bütün səhvlərini isə bağışlayacağını vəd etmişdir. Bu, iman gətirənlərə Rəbbimizin çox böyük müjdəsidir. Allah bir ayəsində belə buyurur:
Allah heç kimə gücün çatdığından artıq yük yükləməz. (İnsanın nəfsinin) Qazandığı lehinə, qazandırdıqları əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma. Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv et. Bizi bağışla. Bizə rəhm et! Sən bizim Mövlamızsan. Kafirlərə qarşı bizə kömək et". (Bəqərə surəsi, 286)
Həmçinin unutmayın ki, insanın həqiqi səmimiyyətlə bağlanması lazım olan təkcə Allahdır. Bir insan cahil ola bilər, Allahı razı salmaq üçün etməsi lazım olan bəzi şeyləri bilməyə də bilər. Lakin Allah səmimi şəkildə Özünə yönəlmək istəyən bəndələrinə mütləq doğrunu göstərəcək və onları hidayətə yönəldəcək. Mühüm məsələ, insanın səmimi-qəlbdən Rəbbimizə bağlanmasıdır. Allah Özünə təslim olanların əsla ziyana uğramayacaqlarını belə bir nümunə ilə müjdələmişdir:
Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o, artıq həqiqətən qopmayan bir dəstəkdən yapışmışdır. Bütün işlərin sonu Allaha qayıdar! (Loğman surəsi, 22)
Elə isə siz də qarşınıza çıxan bir çox xatırlatmanı qulaqardına vurmayın və Allaha səmimi-qəlbdən yönəlməyin dünyada və axirətdə tək qurtuluş yolunuz olduğunu unutmayın.
Rəbbinizə yalvara yalvara və için-için dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz. Qaydaya salındıqdan (islah olunduqdan) sonra yer üzündə fitnə-fəsad törətməyin; Ona qorxaraq və ümid edərək dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf surəsi, 55-56)
Allahın, bütün insanların Rəbbi olduğu kimi sizin də Rəbbiniz olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Allahdan istəməli olduğunuzu unutmayın.
Dua, insanı Allaha səmimi şəkildə yaxınlaşdıracaq mühüm ibadətlərdən biridir. Bütün insanlar duaya möhtacdır. Lakin möminlər üçün dua, həyatlarının ayrılmaz və təbii hissəsi olduğu halda, digər insanlar üçün təkcə böyük çətinliklərlə üzləşdikdə, mühüm təhlükələrlə üz-üzə qaldıqda xatırlanan bir qurtuluş yoludur. Əlbəttə ki, təkcə mənfəətlərdən söhbət getdikdə edilən dua Allah dərgahında məqbul qarşılanmaya bilər. Çünki əsil gözəl olan həm rahatlıqda, həm də çətinlikdə, bir sözlə, insanın hər anında Allahdan kömək istəməsidir. Çünki dua edən insan, Rəbbimiz qarşısındakı acizliyini, Allah istəmədən heç nəyə gücünün çatmayacağını anlamışdır.
Dua özüylə birlikdə Allaha təslimiyyəti də gətirər. Dua edən insan, qarşısına çıxa biləcək çətin və ya asan hər cür hadisədə, kainatın yaradıcısı və hakimi olan Allahı vəkil qılmışdır. Bir problemi həll etməyin və ya qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha əsaslandığını bilmək, bütün işlərində Allahı vəkil qılmaq və təkcə Ona dua etmək, mömin üçün rahatlıq və etimad mənbəyidir.
Lakin, əlbəttə ki, burada səhv bir anlayışı da vurğulamaq lazımdır. Bir insanın bütün işləri üçün Allaha dua etməsi demək, heç nə etmədən oturub gözləməsi mənasını verməz. İnsan qarşılaşdığı hər şeyin Allahın nəzarəti altında olduğunu bilib bunun rahatlığını yaşamalı, lakin eyni zamanda Allahın özünə çıxış yolu kimi göstərdiyi səbəbləri də ən gözəl şəkildə tətbiq etməlidir. Allaha həqiqətən səmimi dua edən bir insan, Onun qoyduğu qanunlara əsasən feli duasını da etməlidir. Buradakı feli dua, insanın hər hansı arzusuna çatmaq üçün əlindən gələn hər şeyi ən artıqlaması ilə etməsini ifadə edir. Məsələn, xəstə olan bir insanın həkimə getməsi, dərman qəbul etməsi, özünə diqqət yetirməsi şəfa üçün etdiyi feli bir duadır. Bununla yanaşı, insanın bütün bunları edərkən Allahın ona şəfa verməsini istəməsi də şifahi duadır. Buna görə də, feli dua, şifahi dua ilə birlikdə edilməsi lazım olan təməl ibadətlərdəndir.
Duanızda həqiqətən səmimi olmağı və qəlbən ehtiyac duyaraq Allaha yönəlməyi unutmayın. Çünki Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. Həmçinin dua Allaha çatmağın ən asan yoludur. İnsanın içindən keçirdiyi tək bir düşüncə belə Allahdan gizli qalmaz. Lakin insanların əksəriyyəti Allahın bütün dualara, istəklərə şahid olduğundan xəbərsizdir. Onlar Allahın, dua etdikləri zaman, bəzilərini eşidib (Allahı tənzih edirik), bəzilərini də eşitmədiyini və ya eşitsə də cavab vermədiyini zənn edirlər. Bu xeyli yanlış düşüncədir. İnsanın içindən keçən hər düşüncəyə, diliylə ifadə etdiyi hər istəyə Allah şahiddir və cavab verər. Necə ki, Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:
Bəndələrim Məni səndən soruşsalar, şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman gətirsinlər. Ümid edilir ki, doğru yolu tapmış olarlar. (Bəqərə surəsi, 186)
O zaman unutmayın ki, səmimi olaraq Allahdan nəsə istəmək üçün, insanın təkcə düşünməsi kifayətdir. Məhz Rəbbimiz olan Allaha çatmağımız bu qədər asandır.
İnsan fitrətinin tələbi olaraq tələskən varlıqdır. Necə ki, buna görə Allah Quranda; "insan tələskən yaradıldı. Sizə ayələrimi yaxında göstərəcəyəm. İndi dərhal tələsməyin" (Ənbiya surəsi, 37) ayəsi ilə insanın bu cəhətini bildirir. İnsanın bu tələskənliyi hərdənbir dualarına da əks oluna bilər. Yuxarıda da ifadə etdiyimiz kimi, dua etdiyi zaman dərhal duasına cavab verilməsini istəyər.
Halbuki bilməlisiniz ki, sizin üçün nəyin xeyirli olduğunu bilən Allahdır. "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz" (Bəqərə surəsi, 216) ayəsi insana bunu xəbər verir. Buna görə də, insan Allahdan bir şey istədikdə, təqdiri Ona buraxmalı, Ondan istənilən şəraitdə razı qalaraq səbirlə gözləməlidir. Bəlkə dua edərək tələb etdiyiniz şey sizə xeyir verməyəcək, buna görə də, Allah onu sizə vermir. Bəlkə də bu xeyirə nail olmağınız üçün müəyyən yetkinliyə çatmağınız, bunun üçün də müəyyən müddət təhsil almağınız lazımdır. Bəlkə Allah sizə daha da xeyirli digər bir nemət verəcək, lakin səbrinizi və sədaqətinizi sınayır. Duada səbir göstərilməsinin lazım olduğunu Allah Bəqərə surəsində belə xəbər verir:
Səbir və namazla kömək diləyin. Bu, şübhəsiz ki, huşu duyanlardan başqaları üçün ağır (yükdür). (Bəqərə surəsi, 45)
Unutmayın ki, duada səbir göstərmək mömini kamilləşdirər, güclü iradə və xarakter qazandırar; duasının qarşılığını isə, dərin mənəvi hal qazanaraq alar ki, bu hal, istədiyi şeylərin bir çoxunu əldə etməsindən daha dəyərlidir.
Lakin Allahı lazımınca təqdir edə bilməyən insanlar Allahın dualarına cavab verəcəyindən şübhə edərlər. Mömin dua etdiyi zaman Allahın özünü eşitdiyini və hər duasına hansı şəkildə olsa da cavab verəcəyini bilər. Çünki hadisələrin nəzarətsiz və təsadüfən deyil, Allahın təyin etdiyi tale əsasında baş verdiyini bilir. Buna görə də, duasına cavab veriləcəyi barədə şübhə etməz. Siz Allahın köməyindən əsla şübhəyə düşmədən, qəbul olacağına qəti iman edərək Rəbbimizə dua etməyi unutmayın və mütləq surətdə Allaha güvənin. Çünki Allah bəndələrinin Özünə yaxın olmasını istəyər. Sizi təkcə bir su damcısından yaradan, kainatı yoxdan var edən Allah üçün sizin duanıza cavab vermək çox asandır. Elə isə etməli olduğunuz tək şey inancla və səbirlə istəməkdir.
Duanın xüsusiyyəti, Allah ilə bəndəsi arasında xüsusi əlaqə olmasıdır. İnsan bütün dərdini və istəklərini Allaha açıb deyər, Ona yalvarar, Allah isə duanı eşidəndir və duaya cavab verəndir. Buna görə də, Quranda dua heç bir formalı qəlibə daxil edilməmişdir. "Allahı ayaqüstü, oturarkən və uzanarkən zikr edin" (Nisa surəsi, 103) ayəsi, insanın hər vəziyyətdə və hər şəraitdə, hər hansı fiziki qəlibə daxil olmadan Allahı xatırlayıb Ona dua edə biləcəyini göstərir. Mühüm olan forma deyil, insanın səmimiyyətidir çünki...
Dua üçün müəyyən məkan da yoxdur. Bazarda, küçədə, avtomobilin içində, məktəbdə, iş yerində, bir sözlə, hər yerdə dua edə biləcəyinizi unutmayın. Lakin mühüm olan dua vaxtı zehninizi bütün boş düşüncələrdən təmizləməyiniz və Allahın yaxınlığını hiss etməyinizdir.
Duasız bir həyatın Allah dərgahında hər hansı dəyəri olmayacağını da unutmayın. Necə ki, Furqan surəsinin 77-ci ayəsində insanlar; "sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?" ifadəsiylə xəbərdar edilərlər. İnsan qulluq şüurunda olduğu müddətcə Allah dərgahında bir dəyər qazana bilər. Buna görə də, insan Allaha yönəlməli, səhvlərini Allaha etiraf etməli və təkcə Allahdan kömək istəməlidir. Bundan başqa davranış tərzi Allaha qarşı təkəbbürlənməkdir ki, (Allahı tənzih edirik), Allah Quranda bunun cəzasının da əbədi cəhənnəm olduğunu bildirir.
Allahın mərhəmət edənlərin ən mərhəmətlisi olduğunu qətiyyən unutmayın. Allah Quranda səhv edənin Özündən bağışlanmasını dilədiyi təqdirdə, heç bir günah ayrı-seçkiliyi etmədən bu insanı bağışlayacağını söyləyir (Nisa surəsi, 110). Buna görə, siz də, dua edərkən Allahın rəhm edən və bağışlayan sifətlərini düşünün və ümid içində Ona dua edin.
Etdiyiniz səhv və buna görə duyduğunuz vicdan əzabı, nə qədər böyük olsa da, bu Allahın bağışlayıcılığından ümid kəsməyiniz üçün bir səbəb deyil. Bununla yanaşı, insanın səhv etməkdən və günah işləməkdən ötrü içinə girmiş olduğu ruh halı, onun ümid içində dua etməsinə də mane olmamalıdır. Çünki Quranda təkcə kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi deyilir:
...Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz". (Yusif surəsi, 87)
Eyni zamanda heç kimin "cənnətlik olmaq" kimi zəmanəti olmadığını da unutmayın. Heç kim Allahın əzabından əmin ola bilməz. Buna görə də, insan duasında, bir tərəfdən Allahın rəhmətini ümid edərkən, digər tərəfdən də Onun rizasını itirməkdən qorxmalıdır. Cənnətə qovuşmaq üçün nə qədər istəkli şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Allahın böyüklüyünü hiss edən, Onun əzabından qorxan və rizasını qazanmağı istəyən insan qəlbindən gələn səmimi və dürüst ifadələrlə Allaha yönələr. Eynilə özünü Allaha təslim etmiş, dost və köməkçi olaraq Allaha güvənən insan, hər cür sıxıntısını və dərdini Rəbbimizə açıb deyər. "Mən dözülməz dərdimi və kədərimi təkcə Allaha şikayət edirəm" (Yusif surəsi, 86) deyən hz. Yaqub kimi, bütün sıxıntılarını və tələblərini Allaha söyləyər, hər cür kömək və xeyiri Allahdan istəyər.
Həmçinin təkcə dünya nemətləri istənilərək edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu da unutmayın. Möminlərin əsl hədəfi cənnətdir. Allah, təkcə dünya nemətlərini istəyənə dünya nemətlərini verər, lakin axirətdə bu insanlar gözlədikləri qarşılığı almaya bilərlər. Allah bunu ayələrində belə xəbər verir:
...İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 200-202)
Cahil insanların ən nəzərəçarpan xüsusiyyətlərindən biri özlərinə sıxıntı üz verdikdə hər şeyi bir kənara qoyaraq, Allaha dua etmələri, sıxıntıları keçdikdə də sanki dua edən özləri deyilmiş kimi, Allahı unutmalarıdır. Yəni Allaha öz aləmlərində "son çarə" kimi yönəlmələridir. Bu nankor davranış Quranda belə təsvir edilir:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis surəsi, 12)
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dində Ona muhlislər “könüldən bağlı” olaraq belə dua edərlər: “Əgər bizi bundan xilas etsən, mütləq, şükür edənlərdən olacağıq”. Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir; bu dünya həyatının müvəqqəti faydasıdır. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)
Halbuki insanın həyatında Allaha möhtac olmadığı tək bir an belə yoxdur. Buna görə də, siz Allahın bir ayəsində təsvir etdiyi kimi; "səhər-axşam, uca olmayan səslə, öz-özünə, ürpərərək, yalvara-yalvara və için-için" (Əraf surəsi, 205) dua etməyi əsla unutmayın və Allaha dua etməyənlərin aqibətinin (Allahın istəməsi istisna olmaqla) əbədi cəhənnəm əzabı olduğunu da əsla ağlınızdan çıxartmayın. Bu həqiqət bir ayədə belə xəbər verilir:
Rəbbiniz dedi: "Mənə dua edin, sizə cavab verim. Həqiqətən Mənə ibadət etməyib təkəbbürlənənlər; cəhənnəmə təslim olmuş kimsələr olaraq girəcəklər. (Mümin surəsi, 60)
Cənnət də müttəqilər üçün, uzaqda deyil, (o gün) yaxınlaşdırılmışdır. Bu sizə vəd olunandır; (qəlbən Allaha) yönələn (İslamın hökmlərini) qoruyan, görmədiyi halda Rəhmana qarşı “içi titrəyərək qorxan” və “səmimiyyətlə Allaha yönəlmiş” qəlblə gələn kimsələr üçündür. Ona “əmin-amanlıq və sülh (salam) ilə" daxil olun. Bu əbədiyyət günüdür. (Qaf surəsi, 31-34)
Ayələrin ifadəsiylə; "qalınacaq yerlərin ən xeyirlisi" və "Allah dərgahındakı əsil çatılacaq gözəl yer" olan cənnətə layiq olanlar, haqq-hesab günündə həyatları boyu etdikləri bütün əməllərin içində yazılmış olduğu əməl dəftərlərini sağ tərəflərindən alacaqlar və asan sorğu-sual olunacaqlar. Bundan sonra da əbədiyyən böyük məmnuniyyət içində yaşayacaqlar. Allah iman gətirənlərə bunu Quranda bir çox ayə ilə müjdələmişdir:
Artıq kimin kitabı sağ tərəfindən verilsə, o, asan sorğu-sual olunacaq və öz yaxınlarına sevinc içində qayıdacaq. (İnşiqaq surəsi, 7-9)
Artıq kitabı sağ əlinə verilən insan belə deyər: "Alın, kitabımı oxuyun. Çünki mən, həqiqətən hesabıma yetişəcəyimi sanmış (anlamış)dım". Artıq o, məmnun qalınan həyat içindədir. Uca bir cənnətdədir. (Haqqə surəsi, 19-22)
Belə bir həyata layiq olan möminlər orada mələklər tərəfindən; "salam üzərinizə olsun, xoş və təmiz gəlmisiniz. Əbədi qalacaq kimsələr olaraq ona daxil olun!" (Zumər surəsi, 73) deyilərək qarşılanacaqlar. Bundan sonra dəstə-dəstə sövq edilərək, əmin-amanlıq və salamla cənnətə girəcəklər. Bu vəziyyət ayələrdə belə xəbər verilir:
Məhz onlar, səbir etmələri müqabilində (cənnətin ən gözəl yerində) otaqlarla mükafatlandırılar və orda əmin-amanlıq diləyi və salamla qarşılanarlar. Orada əbədi olaraq qalacaqlar; o, nə gözəl qərargah və nə gözəl qonaqlama yeridir. (Furqan surəsi, 75-76)
Unutmayın ki, təkcə axirətə qəti iman gətirən, haqq-hesab günündən ötrü Rəbbimizdən qorxaraq yaxşı işlər görən bir insansınızsa, belə qarşılanmağa layiq ola bilər, həmçinin nur və sevinc yurdu olan cənnətlə mükafatlandırılmağı ümid edə bilər. Allah cənnətdəkilərin sözlərini bizə belə bildirmişdir:
Çünki biz, kəskin və ağır bir gündən ötrü Rəbbimizdən qorxuruq. Artıq Allah, onları belə bir günün şərindən qorumuş və onlara nur və sevinc bəxş etmişdir. (İnsan surəsi, 10-11)
Cənnət dedikdə insanların bir çoxunun ağlına ucsuz-bucaqsız yaşıllıq, çaylar, bir sözlə, yalnız təbii gözəlliklər gəlir. Lakin cənnətin əsli (sizə bu günə qədər öyrədildiyi kimi) bunlarla məhdudlaşmır. Cənnət, Allahın Özünə iman gətirənlər üçün hazırladığı sonsuz gözəlliklərin, insanın istəyib, arzu edə biləcəyi hər şeyin və hətta xeyli üstün nemətlərin olduğu məkandır. Dünyada gördüklərimizlə cənnəti xəyal edərik, lakin Allahın möminlər üçün hazırladığı nemətləri tam qavramaq üçün bunlar kifayət deyil. Cənnətin əslini, təkcə onunla qarşılaşdıqda qəti olaraq anlaya bilərik. Necə ki, bir ayədə bu həqiqətə belə diqqət çəkilmişdir:
Artıq heç bir nəfs, etdiklərinin əvəzi kimi özləri üçün göz aydınlığı olaraq (saysız-hesabsız nemətlərin) saxlandığını bilməz. (Səcdə surəsi, 17)
Dünyada xoşladığınız maddi-mənəvi bütün şeylərin ən gözəli və mükəmməli oradadır. Cənnət, böyük mülk və zənginliklərlə dolu, hər cür gözəlliyin və nemətin həmişə birlikdə olduğu bir yerdir. İnsanın arzuladığı və görmək istəyib də zövq alacağı hər şeyin olduğu cənnətdə, insanların dünyada olarkən xəyal belə edə bilməyəcəkləri gözəllik və nemətlər möminlərə təqdim edilmişdir. Allah bir ayəsində cənnətlə əlaqədar belə xəbər verməkdədir:
Hara baxsan, nemət və böyük mülk görərsən. (İnsan surəsi, 20)
Cənnətdə möminlərə zövq olaraq bir çox gözəl yemək və içki təqdim edilər (Mürsəlat surəsi, 43). Allah cənnətdəki möminlərə; "istəyib arzuladıqları meyvələrdən və ətdən bol-bol" (Tur surəsi, 22), həmçinin ürəklərinin istədiyi quş ətindən (Vaqiə surəsi, 21) də bəxş edəcək. Üstəlik, ruzilər tükənməyəcək (Sad surəsi, 54). Quranda altından çaylar axan, meyvələri və kölgələri daimi olan (Rad surəsi, 35) cənnətdəki yamyaşıl bağçalarda (Rəhman surəsi, 64), budaqları dərilməsi asan olan meyvələrlə dolu (İnsan surəsi, 14), üst-üstə düzülmüş bənzərsiz meyvələri sallanmış ağaclar təsvir edilmişdir (Vaqiə surəsi, 28-29). Allahın cənnətlə əlaqədar ayələrdə ən çox bəhs etdiyi təbii gözəlliklərdən biri də dayanmadan axan sular və bulaqlardır (Rəhman surəsi, 66).
Həmçinin içində xarab olmayan sudan, dadı dəyişməyən süddən və süzülmüş baldan içənlərə ləzzət verən çaylar olacaq (Məhəmməd surəsi, 15). Cənnətdəki nemət və gözəlliklərin bir hissəsi dünyadakını xatırlatdığı halda, bir hissəsi isə daha əvvəl heç bir insanın görüb tanımadığı "növbənöv incəliklərə və gözəlliklərə" sahib olacaq (Rəhman surəsi, 48). Xəyal gücümüzün çox kənarında, Allahın sonsuz elmi ilə hazırlanmış bir çox gözəllik və nemət cənnətdə möminləri gözləyir. Çünki Allah orada istədikləri hər şeyin onların olacağını müjdələyir (Şura surəsi, 22).
Cənnətdəki möminlər çox gözəl məskənlərdə yaşayacaqlar (Tövbə surəsi, 72), bu məskənlərdə diqqətlə işlənmiş ləl-cəvahiratlı taxtlar üzərində yaslanaraq oturacaqlar (Vaqiə surəsi, 15-16). Cənnətdə möminlərə müjdələnən digər nemətlərin bir hissəsi də belədir:
Ətraflarında gümüşdən büllur qablar, qədəhlər dolandırılacaq. (İnsan surəsi, 15)
Və səbir etdiklərinə görə cənnət və ipəklə mükafatlandırmışdır. (İnsan surəsi, 12)
Onların əyinlərində taftadan və atlazdan yaşıl paltarlar var. Gümüş bilərziklərlə bəzənmişlər... (İnsan surəsi, 21)
Əlbəttə ki, dünyada da insan üçün ən böyük nemətlərdən biri, sevdiyi, zövq aldığı insanlarla birlikdə olmaqdır. Möminlər Allaha qəlbən bağlı, təqvalı qardaşlarıyla birlikdə olmaqdan böyük zövq alarlar. Bu fitrətlə yaradılan möminlər üçün cənnətdə də sevdikləri bu insanlarla birlikdə yaşaya biləcək olmaları olduqca böyük şövq mənbəyidir. Üstəlik, bu birgəlik illərlə məhdudlaşmayıb, əbədi birgəlik olacaq. Necə ki, Allah saleh bəndələrinin cənnətdə də sevdikləri insanlarla birlikdə ola biləcəklərini belə müjdələmişdir:
Onlar Ədn cənnətlərinə daxil olarlar. Atalarından, zövcələrindən və nəsillərindən “saleh əməllər” edənlər də (Ədn cənnətlərinə daxil olarlar). Mələklər onların yanına hər bir qapıdan girib (belə deyərlər:) "Səbir etdiyinizə görə sizə salam olsun. (Dünya) Yurdun(un) sonu necə də gözəldir". (Rad surəsi, 23-24)
Allah möminlərə cənnətdə nəfslərinin arzuladığı şəkildə həyat yoldaşları da verəcək. Bu, Quranda; "orada onlar üçün tərtəmiz həyat yoldaşları vardır..." (Nisa surəsi, 57) ayəsi ilə bildirilmişdir. Cənnətdəki həyat yoldaşları; "həqiqət budur ki, Biz onları yeni biçimdə yaratdıq" (Vaqiə surəsi, 35) ayəsində bildirildiyi kimi, dünya həyatının çatışmazlıqlarından xilas olmuş vəziyyətdə yeni biçimdə yaradılacaq. Allah möminlərin və həyat yoldaşlarının kölgəliklərdə və taxtlar üzərində yaslanmış halda; "sevinc və xoşbəxtlik dolu məşğuliyyət" içində olduqlarını bildirir (Yasin surəsi, 55-56).
Cənnətdəki bəndələrinə nemət ardınca nemət lütf edən Allah, hər şeyi insanın ən zövq alacağı şəkildə yaratmışdır. Orada Allah möminlərin istədikləri hər şeyi yaradaraq onları mükafatlandırır. "Orada istədikləri hər şey onlarındır. Dərgahımızda daha artığı da var" (Qaf surəsi, 35) ayəsi ilə insanın istəyə biləcəyindən, xəyal edə biləcəyindən artığını cənnətdə verəcəyini də bildirir.
Allah, cənnət üçün darıxmaq və insanların Öz rizasına görə yaşamasını təmin etmək üçün dünyanı çatışmazlıqlarla dolu yaratmışdır. Cənnətə görə nemətləri az olan bu dünyanın ən mühüm çatışmazlıqlarından biri də, hər şeyin sonunun olmasıdır. Həmçinin inkarçılara Allahın verdiyi bir bəla daha vardır ki, dünyaya bağlanıb axirəti unutduqlarına görə, buradakı ən gözəl şeylərdən belə bir müddət sonra artıq bezərək zövq ala bilməz hala gələrlər. Halbuki cənnət, gözəlliklərlə dolu olan, bezmədən və yorulmadan bütün bu nemətlərin hər birindən ən çox ləzzətin alınacağı bir məkandır. Möminlərə, eynilə dünyada olduğu kimi, cənnətdə bezginlik üz verməyəcək və üstəlik, onlar, qətiyyən yorğunluq da hiss etməyəcəklər (Fatir surəsi, 35).
Lakin unutmayın ki, cənnətdəki bütün nemətlərdən də üstün olan, ən böyük gözəllik, Allahın rizasını qazanmış olmaqdır. Allahın rizasını qazanmış olmaq, heç bir maddi gözəlliklə müqayisə edilə bilməyəcək xoşbəxtlik və rahatlıqdır möminlər üçün... Quranda da bildirildiyi kimi; "...Allahın razılığı isə ən böyükdür..." (Tövbə surəsi, 72).
Cənnətdəki bütün mükafatlar, Allahın razı qalması nəticəsində verildikləri üçün çox dəyərlidirlər. Allah, cənnətə layiq gördüyü insanın həyatı boyu gördüyü işlərdən razı qalmış, səhvlərini bağışlamış və özünü əbədi olan əsil həyatında, razı qalacağı ən gözəl məkana qoymuşdur. Allah iman gətirənləri Quranda belə müjdələyir:
“Ey mutmain (rahatlıq tapmış) olan nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq bəndələrimin cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)
Məhz Allahın rizasını qazananlara vəd edilən cənnət budur. Bu gözəl nəticəyə, yəni cənnətə, təkcə, dünyanın imtahan yeri olaraq yaradıldığını bilən, Allahın xəbərdarlıqlarını dinləyən, vicdanına tabe olan və təkcə Allahın rizasına uyğun hərəkət edənlərin qovuşacaqlarını əsla unutmayın.
...And olsun, cəhənnəmi, cinlərdən və insanlardan inkar edənlərin hamısı ilə dolduracağam. (Səcdə surəsi, 13)
Cəhənnəm; Allahı inkar edərək, laqeydcəsinə ömür sürənlərə əbədi yurd olacaq bir əzab məkanıdır. Həqiqət budur ki, axirətə inanmayanların möhkəmcə bağlandıqları dünya, mütləq yox olacaq, lakin cəhənnəm əbədiyyən var olacaq. Allahın "od sakinləri" kimi adlandırdığı insan qruplarından hər biri cəhənnəmdə əbədi qalacaq. Əsla qaça bilməyəcəkləri bu əzabın heç bir bənzəri olmayacaq:
Artıq o gün heç kim (Allahın) verəcəyi əzab kimi əzab verə bilməz. (Fəcr surəsi, 25)
Sən cəhənnəmin (səqərin) nə olduğunu bilirsənmi? Nə saxlayar, nə də buraxar. Bəşərə dəlicəsinə susamışdır. (Müddəssir surəsi, 27-29)
İnsanlar arasında, cəhənnəmdə bir müddət qalıb sonra cənnətə girəcəklərinə dair batil inanc var. Halbuki cəhənnəmin ən qorxunc xüsusiyyətlərindən biri əzabın əsla bitməyəcək olması, oradan çıxmağın əbədiyyən qətiyyən mümkün olmamasıdır. Quranda belə batil inanca sahib insanların qorxunc bir yanlış fikirdə olduqları belə ifadə edilir:
Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)
Həqiqətən, cəhənnəm müşahidə yeridir. Həddi aşıb azanlar üçün gediləcək son yerdir. Bütün zamanlar ərzində içində qalacaqlar. (Nəbə surəsi, 21-23)
Cəhənnəmdən çıxmaq (Allah istəmədiyi müddətcə) əsla mümkün deyil. Belə ki, bütün günahkarlar cəhənnəmə girdikdən sonra cəhənnəmin qapıları üzlərinə bağlanacaq, od inkarçıların üzərində əbədiyyən qapanmış olacaq:
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir. "Qapıları kilidlənmiş" od onların üzərində olacaq. (Bələd surəsi, 19-20)
Dünyada özünə verilmiş məhdud müddəti boşuna sərf edən hər insanın, bütün zamanlar ərzində içində qalacağı, əbədiyyən qapıları üzünə qapanmış bu əzaba layiq olacağını əsla unutmayın.
Qapanmış qapıların arxasında yaşanacaq əzab isə dünyada əsla təxmin edilə bilməyəcək bir əzabdır. Quranda bizə təsvir edildiyinə görə, cəhənnəm; dar, gurultulu, qaranlıq və dumanlı məkandır. İnsanın hüceyrələrini qovuran istiliyi, iyrənc yemək və içkiləri ilə əzabın ən incə nöqtələriylə göstərildiyi son qayıdış yeridir. Cəhənnəmdə hər anın çoxyönlü işgəncələrlə dolu olduğu bir həyat var. Cəhənnəm əhlinin gözü, ən dəhşətamiz və iyrənc təsvirləri görəcək; qulağı qorxunc və əzab verən səslər, uğultular, səs-küylər, qışqırıqlar, inləmələr, bağırtılar eşidəcək; burnu ola biləcək ən pis və iyrənc qoxularla dolacaq; dili ən iyrənc dadları, ən dözülməz ağrıları hiss edəcək bununla yanaşı bütün vücudu yanıb qovrulacaq.
Cəhənnəm əhlinin üzlərini od bürüyəcək, başları üzərindən qaynar su töküləcək, alınları, böyür və kürəkləri dağlanacaq. Eləcə də, bütün bu əzablar heç bir fasilə və yüngülləşmə olmadan əbədiyyən davam edəcək.
Alovlu od insanları hər tərəfdən əhatə edib bürüyəcək. Allah, cəhənnəm əhli üçün oddan paltar biçildiyini (Həcc surəsi, 19), geyimlərinin qatrandan olduğunu (İbrahim surəsi, 50) ifadə edərək, onların əzabla nə qədər iç-içə olduqlarını xəbər verir. Yanan dərilərinin yerinə yeniləri yaradılar (Nisa surəsi, 56) ki; beləliklə də, odun verdiyi əzab heç yüngülləşmədən davam edər. Bu vəziyyətdə olarkən, zəncirlərə vurular, boyunlarına halqa keçirilər, əlləri boyunlarına bağlı vəziyyətdə odun ən dar yerinə atılarlar (Furqan surəsi, 13). Oddan yataqlara yatızdırılar, üzərlərinə örtdükləri örtüklər belə oddan olar.
Bu əzabdan xilas ola bilmək üçün həmişə fəryad edər və yalvararlar, lakin özlərinə cavab belə verilməz. Ən azı, bir günlük də olsa əzabın yüngülləşdirilməsini istəyərlər, lakin yenə alçaldılar və əzabla qarşılıq alarlar.
Qorxunc xortultu ilə qaynayıb fəvvarə vuran cəhənnəm odunun uğultusu çox uzaqdan belə eşidiləcək qədər şiddətlidir. Cəhənnəm əhli, cəhənnəmdə; "qızğın şəkildə yanan" (Məaric surəsi, 15), "qəzəbli, alovları getdikcə qabaran" (Leyl surəsi, 14) odun içinə atılar və qışqıraraq yanarlar.
Barmağınızın ucu yandıqda belə güclü ağrı hiss etdiyinizi xatırlayın. Həmçinin alovlu əzabın bu qədər şiddətli olduğu bir yerə getmə ehtimalını doğuracaq ən kiçik bir hərəkətdən qaçmalı olduğunuzu bir an belə olsa əsla unutmayın.
Əbədi həyatın davam edəcəyi cəhənnəmdə insanlar təbii ki, acacaqlar, susayacaqlar. Lakin dünyada etdikləri əməllərin və nankorluqlarının əvəzini axirətdə bu şəkildə alan insanlar, yemək olaraq təkcə zəqqum ağacını və dari tikanını tapa biləcəklər (Ğaşiyə surəsi, 6). İçməyə isə irin və qaynar sudan başqa heç nə olmayacaq (Nəbə surəsi, 24-25). Bununla yanaşı, bu yemək və içkiləri boğazlarından keçirməyi bacara bilməyəcəklər (Müzzəmmil surəsi, 13). Üstəlik, boğazı tıxayıb qalan bu yeməklərdən heç biri doyuran, aclıqdan qoruyan yeməklər deyil. (Ğaşiyə surəsi, 7)
Orada oddan çıxmaq istəyəcəklər, lakin ondan çıxa bilməzlər; içinə girdikdən sonra artıq geri dönüş yoxdur. Belə ki, insanlar şiddətinə dözə bilmədikləri bu əzab qarşısında yox olmağı istəyəcəklər. Lakin insan orada nə öləcək, nə də dirilə biləcək, hər tərəfdən ölüm gələcək, lakin ölməyəcək (İbrahim surəsi, 17). Təkcə qazandıqları əməllərin cəzasını alacaq cəhənnəm əhlinin əzabı yüngülləşdirilməyəcək və onlara fikir verilməyəcək.
Cəhənnəmdəki od öldürməz, təkcə əzab çəkdirər. İnsan bunun əbədiyyən davam edəcəyini bilməyin verdiyi dözülməz çarəsizlik, ümidsizlik və ziyan içində olacaq. Əzabın digər tərəfi də, xüsusən insanların dünyada olarkən ən dəyər verdikləri; təkəbbürlərini, lağlağıçılıqlarını və qürurlarını əks etdirdikləri üzlərinin yandırılmasıdır. Üstəlik, üz, bütün duyğu orqanlarının bir yerdə olduğu, ağrının ən şiddətli hiss olunduğu yerlərdən biridir:
Üzlərinin odda oyana-buyana çevriləcəyi gün, belə deyəcəklər: "Vay halımıza! Kaş ki, Allaha itaət edəydik və Rəsula itaət edəydik". (Əhzab surəsi, 66)
Od onların üzünü yalayıb yandırar ki, onlar onun içində, (ətləri sıyrılmış vəziyyətdə) dişləriylə qalarlar. (Muminun surəsi, 104)
Cəhənnəmdə üzünüzün odda oyana-buyana çevrilməsini istəmirsinizsə əsla dünyada mövcudluq məqsədinizi və Allahın rizasını qazanmadığınız təqdirdə mütləq cəhənnəmlə üz-üzə gələcəyinizi unutmayın.
Cəhənnəmdə insanlar bura qədər bəhs etdiyimiz fiziki əzablarla yanaşı, alçaldılmaq, rəzil olmaq, peşmançılıq, çarəsizlik və ümidsizlik kimi mənəvi əzablarla da qıvranacaqlar. Ayələrdə bildirildiyinə görə, Allaha ibadət etməyib təkəbbürlənənlər, cəhənnəmə təslim olmuş kimsələr olaraq girəcəklər (Mümin surəsi, 60). Qiyamət surəsində haqq-hesab günündə insanların Allahın rəhmətindən məhrum qalmalarının bir səbəbinin də “namaz qılmamalarının” olduğu bildirilmişdir:
(Ölüm qorxusundan) Ayaqlar bir-birinə dolaşdığı vaxt; o gün gətiriləcək yer təkcə Rəbbinin hüzurudur. Lakin o, nə təsdiqləmiş, nə də namaz qılmışdı. Lakin o, yalanlamış və üz döndərmişdi. Sonra da lovğalanaraq yaxınlarının yanına getmişdi. Sən buna layiqsən! Artığına layiqsən! Yenə layiqsən! Artığına da layiqsən! (Qiyamət surəsi, 29-35)
Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində 5 vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrə (r.ə)-dən rəvayət edilən mübarək bir hədisində Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"Beş vaxt namaz, növbəti həftəyə qədər cümə, növbəti ilə qədər ramazan, böyük günahlardan çəkinilsə, aralarındakı səhvlər üçün kəffarədir". (Müslim) (Riyazü’s Salihin, İmamı Nevevi, tərcüməçi: Mehmet Emre, Bedir nəşriyyat evi, səh. 698)
Dünyada təkəbbürlə gəzənlər də, axirətdə təslim olmuş vəziyyətdə uca Allaha yalvaracaqlar. Elə ziyana uğramış, alçaldılmış və utanc verici vəziyyətə düşəcəklər ki, başlarını belə qaldıra bilməyəcəklər:
Odun içində üzüstə sürüklənəcəkləri gün onlara, cəhənnəm ilə təması dadın (deyiləcək). (Qamər surəsi, 48)
Onu tutub cəhənnəmin ortasına sürükləyin. Sonra qaynar suyun əzabından başının üstünə tökün; (Əzabı) dad; çünki sən, (öz aləmində) üstün və şərəfli idin. Həqiqətən bu, sizin şübhəyə qapıldığınız şeydir. (Duxan surəsi, 47-50)
Cəhənnəm oduna “alçaldıcı şəkildə” sürüklənəcəkləri gün; (Tur surəsi, 13)
Başqa bir ayədə isə Allah, inkarçıların cəhənnəmə girmələri barədə; "artıq onlar və azğınlar onun içinə atılmışdır" (Şuəra surəsi, 94) deyə buyurur. Bu insanların hər biri o gün günahlarını etiraf edəcəklər. Ayələrdə bildirildiyi kimi; "əgər dinləmiş və anlamış olsaydıq, bu qızğın şəkildə yanan odun sakinləri arasında olmazdıq" (Mülk surəsi, 10), "kaş ki, dünyaya qaytarılaydıq ki, möminlərdən olaydıq" (Ənam surəsi, 27), "kaş ki, Allaha və Rəsula itaət etsəydik" (Əhzab surəsi, 66) deyə cavab verəcəklər. O gün bir-birləriylə mübahisə edəcək, bir-birlərinə lənət oxuyacaq, bir-birlərinin əzab çəkmələri üçün dua edəcəklər. Cənnət əhlindən su və ruzi istəyəcəklər; lakin bunlar onlara haram edilmişdir. Orada kömək istədikləri zaman onlara; "qatı maye kimi üzləri qovurub yandıran bir su" ilə kömək ediləcək (Kəhf surəsi, 29).
Cəhənnəmdə olarkən onlar; "ey Rəbbimiz, bizi çıxart ki, etdiyimiz əməlləri deyil, saleh əməllər edək" (Fatir surəsi, 37) deyə Allaha söz verəcəklər. Lakin bütün bunlar ümidsiz çırpınışlardır. Heç biri fayda verməyəcək və bu insanları gözləyən aqibəti dəyişdirə bilməyəcək.
O zaman, "Allahdan geri çevrilməsi mümkün olmayan o gün gəlmədən əvvəl, Rəbbimizə ibadət edin və o gün sizin üçün nə bir sığınacaq, nə də inkar (etməyə bir imkan olacaq)" (Şura surəsi, 47) ayəsini əsla unutmayın.
Bilin ki, ədalətlə hökm verən Allah, siz də daxil olmaqla, dünyadakı bütün insanlara xəbərdar edən göndərmiş və dünyada öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər ömür vermişdir. Buna görə də, Allahın "zalımlar" kimi xarakterizə etdiyi bu insanlar üçün axirətdə bir köməkçi olmayacaq (Fatir surəsi, 37). Bu mütləq bir həqiqətdir ki, o gün insanlar təkcə dünyada etdikləri əməllərin acı nəticəsi ilə qarşılaşacaqlar:
Sonra zalımlara: "Dadın əbədi əzabı!" deyiləcək. Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?” (Yunis surəsi, 52)
Məhz Allahın bəndələrini, yaşadıqları ömür boyu çox müxtəlif yollarla xəbərdar edib qorxutduğu, bütün təfsilatlarını hələ dünyada olarkən bildirdiyi və özlərini çəkindirdiyi cəhənnəm belə yerdir. Dünyada cəhənnəmlə xəbərdar qorxudulmamış, əbədi əzabdan xəbərsiz olduğunu söyləyə biləcək heç kim yoxdur. Allah o gün insanların yaşayacaqları peşmançılığı bizə bildirmişdir. Ayələrdə belə buyrulur:
O gün cəhənnəm də gətirilmişdir. İnsan o gün düşünüb xatırlayar, lakin (bu) xatırlamağın ona nə faydası var? O belə deyər: “Kaş ki, həyatım üçün, (əvvəlcədən bir şeylər) təqdim edə bilsəydim”. (Fəcr surəsi, 23-24)
Elə isə siz də, o gün gəldikdə, dünyada edilən xəbərdarlıqları xatırlamağın sizə əsla bir fayda verməyəcəyini və cəhənnəmdən bir il deyil, min il deyil, bir milyon, bir milyard il deyil, hətta min trilyon il də deyil, əbədiyyən çıxışın əsla mümkün olmadığını əsla unutmayın.
Həqiqət budur ki, qiyamət saatı yaxınlaşaraq gəlir, onda şübhə yoxdur. Həqiqətən Allah qəbirlərdə olanları dirildəcək. (Həcc surəsi, 7)
Hazırda dayanıb qolunuzdakı saata bir baxın, keçən hər saniyə sizi Allahın hüzuruna çıxıb haqq-hesab verəcəyiniz o günə daha da yaxınlaşdırır. Üstəlik, sizə dünyada qalmağınız üçün nə qədər müddət verildiyini də bilmirsiniz. Lakin sizin üçün təyin olunan o vaxt mütləq gələcək və böyük ehtimal ki, sizin heç gözləmədiyiniz bir anda mələklər canınızı alacaq, sonra isə qiyamət günü ilə qarşılaşacaqsınız. Bir anda dünyaya dair bütün işləriniz mənasını tamamilə itirəcək, əhəmiyyətli olanın yalnız təqva və Allahın rizasını qazanmaq olduğunu mütləq görəcəksiniz.
Elə isə hələ fürsətiniz olarkən; dünyaya aid nə varsa hamısının yox olacağı, bu günə qədər yaradılmış bütün insanların olduqları yerdən qaldırılıb Allaha haqq-hesab vermək üçün bir yerə toplanılacaqları qiyamət günü üçün hazırlıq görməyi unutmayın.
Hər kəsin yaşadığı dünya həyatı boyu etdiyi hər əməlin, əskik heç nə saxlanılmadan ortaya qoyulacağı o gün; yaxşılıq edənlər, etdikləri yaxşılıqların əvəzini tam alacaqları halda; pis əməllər edənlər isə etdikləri pis əməllərlə aralarında uzaq məsafə olmasını istəyəcəklər. İnsanlar tək-tənha və tək başlarına Allahın hüzuruna çıxacaq və ən kiçik haqsızlığa uğradılmadan özləri barəsində hökm veriləcək.
Sorğu-sual günü bu qədər sürətlə yaxınlaşarkən, edilən xatırlatmaları uzaq hesab etdikləri üçün bunlara əhəmiyyət verməyib, nəfsləri üçün yaşayanlar çox böyük qəflətdədirlər. Quranda bu həqiqət belə bildirilmişdir:
İnsanları sorğu-sual etmə (vaxtı) yaxınlaşdı, özləri isə qəflət içində üz döndərirlər. Rəbbindən özlərinə gələn hər yeni xatırlatmanı, mütləq lağ edərək dinləyirlər. (Ənbiya surəsi, 1-2)
Siz də bu böyük sorğu-sual gününün yaxınlaşaraq gəldiyini və Allahın hüzurunda sorğu-sual ediləcəyinizi əsla unutmayın.
O gün insanın etdiyi hər şey tək-tək (heç unutulmadan) tam şəkildə önünə gətiriləcək. Allah sonsuz hafizəsi ilə, insanın özünün belə xatırlamadığı hər hərəkətini, hər düşüncəsini onun qarşısına çıxardacaq. Necə ki, Quranda insanların etdiyi hər şeyin yazılı vəziyyətdə də saxlanıldığı belə bildirilir:
Onların etdikləri hər şey kitablarda (yazılmış)dır. Kiçik-böyük hər şey sətir-sətir (yazılmış)dır. (Qamər surəsi, 52-53)
İnsan unutqandır, lakin Allah əsla unutmaz və yanılmaz, buna görə də, dünyada edilən pis əməllərdən, sahibləri qətiyyən qaça bilməyəcəklər. Bir insan bundan 10 il əvvəl Allahın məmnun olmayacağı bir sözü söylədiyini və ya ağlından üsyankar bir düşüncə keçirdiyini xatırlamaya bilər, lakin haqq-hesab günü Allah bu sözü də, düşüncəni də anbaan qarşısına gətirəcək:
De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir. Hər nəfsin etdiyi xeyir əməlləri hazır gördüyü və hər nə pislik işləyibdirsə onunla özü arasında çox uzaq məsafə olmasını istədiyi o günü (düşünün). Allah sizi Özündən çəkindirir. Allah, qullarına Şəfqətlidir. (Ali İmran surəsi, 29-30)
Allah hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcək. Allah onları (etdikləriylə bir-bir) saymış; onlar isə onu unutmuşlar. Allah, hər şeyə şahid olandır. (Mücadilə surəsi, 6)
Hər şeyin şahidi olan, əsla unutmayan və yanılmayan Allahın; o gün bütün etdiklərinizi və düşüncələrinizi bir-bir ortaya qoyacağını əsla unutmayın.
Əlbəttə ki, insanın həyatı boyu Allaha haqq-hesab verəcəyini unudaraq etdiyi hər hərəkət özünə ziyan və əbədi peşmançılıq gətirəcək. Şübhəsiz ki, unudulan heç nəyin əvəzi bu qədər ağır və təhlükəli ola bilməz. İnsanın sonsuz həyatını təhlükə altına salacaq bu həqiqəti siz də əsla unutmayın. Çünki bu, insanın Rəbbimizə qarşı etdiyi böyük səhvdir. Allah bir ayəsində belə buyurur:
...Şübhəsiz ki, Allah yolundan azanlara, haqq-hesab gününü unutduqları üçün şiddətli əzab var. (Sad surəsi, 26)
Quranda insanları çəkindirmək üçün qiyamət gününü xatırladan və bu çətin günü təsvir edən çox ətraflı təriflər var. Qiyamət günü, bütün maddi varlıqların korlanacaqları, yox olacaqları bir gündür. Allahın bildirdiyinə görə; "o gün, çətin bir gündür; kafirlər üçün isə heç asan deyil" (Müddəssir surəsi, 9-10).
Sura ilk dəfə üfürülməsi ilə qiyamət anı başlayacaq. Ən kiçik zəlzələ nəticəsində belə səhərədək küçədə qalan, o gün sarsılmaz dağların parça-parça olacağı şiddətdə sarsıntılarla üzləşəcəklər. Allah həmin günü Qamər surəsinin 6-cı ayəsində; "o carçının “nə tanınmış, nə də görülmüş” bir şeyə çağıracağı gün..." kimi təsvir edir.
O gün; hər yeri və hər şeyi bürüyən, bənzəri nə görülmüş, nə də eşidilmiş bir dəhşət yaşanacaq. Dənizlər alovlandırılacaq (Təkvir surəsi, 6), səma ərimiş metal kimi olacaq (Məaric surəsi, 8), ulduzlar sönəcək (Mürsəlat surəsi, 8), ay qaralacaq, Günəş və Ay birləşdiriləcək (Qiyamət surəsi, 8-9), göy yarılıb açılacaq və onda qapılar peyda olacaq (Nəbə surəsi, 19), dağlar kökündən sökülüb sovrulacaq (Mürsəlat surəsi, 10), “ətrafa saçılmış” rəngli yun parçaları kimi olacaq (Qariə surəsi, 5) və bütün yer üzü, tamamilə dümdüz olacağı vəziyyətə düşəcək (Taha surəsi, 107).
Sura ikinci dəfə üfürülməsiylə birlikdə, insanlar dirildilməyə və haqq-hesaba çəkilmək üçün bir yerə gətirilməyə başlanacaq. Ayələr belədir:
Sur üfürüldü, beləliklə də, Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öldü. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxmağa başladılar. Yer Rəbbinin nuru ilə işıqlandı, (orta yerə) kitab qoyuldu; peyğəmbərlər və şahidlər gətirildi və aralarında ədalətlə hökm verildi, onlara haqsızlıq edilməz. (Zumər surəsi, 68-69)
İnkarçılar həmin gün gözləri “zillət və dəhşətdən düşmüş vəziyyətdə”, sanki “yayılan çəyirtkələr” kimi qəbirlərindən çıxıb, boyunlarını önə doğru uzatmış vəziyyətdə qaçarlarkən, "bu, çətin bir gündür" deyəcəklər (Qamər surəsi, 7-8). Allahın onları haqq-hesaba çəkmək üçün bir vaxt təyin etmədiyini zənn edənlər (Kəhf surəsi, 48) həmin gün qaçmağa hər hansı yer tapa bilməyəcəklər. Çünki artıq onlar sonunda çatılacaq tək yer olan Rəbbimizin hüzurundadırlar (Qiyamət surəsi, 10-12).
Əsla dirildilməyəcəklərini və ölümün əbədiyyən davam edəcək dərin yuxu olduğunu düşünənlər, Qiyamət saatı gəldikdə özlərinə edilən xatırlatmaların həqiqət olduğunu anlayacaqlar:
Deyərlər ki; "Biz çuxurda olarkən, həqiqətən biz mi yenidən (dirildilib) qaytarılacağıq?" "Çürüyüb dağılmış sümüklər olduğumuz zamanmı?" (Naziat surəsi, 10-11)
Onlar demişdilər: "Vay halımıza! Yuxuya verildiyimiz yerdən bizi kim dirildib qaldırdı? Bu, Rəhman (olan Allah)ın vəd etdiyidir, (deməli) göndərilən (elçi)lər doğru söyləyib". (Yasin surəsi, 52)
O məhşər günü, möminlər və kafirlər tamamilə bir-birlərindən ayırd ediləcəklər. Möminlərin içlərindəki coşğunun əks olunması olaraq üzlərinin parıldayıb "par-par" baxmalarına qarşılıq, inkarçıların üzlərinin qaraldığı ayələrlə belə xəbər verilmişdir:
O gün elə üzlər vardır ki, par-par parıldayar və Rəbbinə baxar. O gün, elə üzlər də vardır ki, qaralmış turşumuş olar. Özünə beli bükən şeylərin ediləcəyini başa düşər. (Qiyamət surəsi, 22-25)
O gün, hələ dünyada olarkən haqq-hesaba çəkiləcəyini anlayıb, dünya həyatı müqabilində, axirət həyatını satın alanların kitabı sağ əllərinə veriləcək. Hər hərəkətini Allaha yönələrək edənlərin, o gün ətraflarındakılara; "alın, kitabımı oxuyun" deyə biləcək qədər içləri rahat olacaq və bunun müqabilində məmnun olacaqları həyata, yəni cənnətə girəcəklər.
Kitabı sol əlinə verilən isə; haqq-hesab gününü unudaraq yaşadığı üçün, təsviredilməz peşmanlıq və məyusluq içində olacaq; "...kaş ki, kitabım mənə verilməyəydi, haqq-hesabımı heç bilməsəydim" (Haqqə surəsi, 25-26) deyəcək. Ayələrdə bildirildiyinə görə, artıq onlar üçün; "sıxıntılı həyat" var, üzləri "zillət içində alçaldılmış", "üstlərini toz bürümüş", "qaraltı sarmışdır". Allah belə insanları "üzüqoylu korlar, lallar və karlar kimi" toplayacaq (İsra surəsi, 97).
Taha surəsində Allahın zikrindən üz döndərdikləri üçün qiyamət günü gözləri kor olaraq həşr ediləcək olanların belə deyəcəkləri xəbər verilmişdir:
Mən görən biri olduğum halda, Məni niyə gözləri kor olaraq həşr elədin ey Rəbbim?" seyə soruşmaları müqabilində; (Allah da) deyər ki; "məhz belə, sənə ayələrimiz gəlmişdi, lakin sən onları unutdun, bu gün də sən məhz belə unudulursan". (Taha surəsi, 125-126)
Məhz siz də haqq-hesab günü bu vəziyyətə düşmək istəmirsinizsə, həyatınız boyu Allahı razı salmalı olduğunuzu unutmayın.
Bilin ki, o gün, Allahın istədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə olan hər kəsin qorxuya qapılacağı, günahkarların bir-birlərini günahlandıracaqları və imansızların bədbəxt olacaqları bir gündür. Təkcə dünya həyatı boyu Allahın əmrlərinə qəlbən itaət edənlər; o günün qorxusuna qarşı əmin-amanlıq içində olacaqlar. İnsan dünya həyatında qiyamətin varlığından nə qədər qəflətdə və ona qarşı nə qədər hazırlıqsızdırsa, o gün qapılacağı dəhşət də o qədər böyük olacaq. Allah ayələrdə o günün qorxusunu insanlara belə xatırladır:
Ey insanlar! Rəbbinizdən qorxun! Çünki Qiyamət saatının sarsıntısı böyük şey olacaq. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. (Həcc surəsi, 1-2)
Unutmayın ki, belə bir gündə, iki yaxın dostdan biri digərinin halını soruşmayacaq və heç kim bir-birinə dostcasına davranıb, kömək etməyəcək. İnsanlar əzabdan qurtulmaq üçün ən yaxınlarını belə qurban verməyə razı olacaqlar, lakin bunların heç biri onlardan əvəz kimi qəbul edilməyəcək:
Onlar bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün əvəz olaraq, oğullarını qurban olaraq vermək istəyər; öz həyat yoldaşını və bacı-qardaşını, həmçinin özünə sığınacaq verən əşirətini də; yer üzündə olanların hamısını (versə də); sonra xilas olsa. Xeyr; (heç biri qəbul edilməz). Həqiqətən, o (cəhənnəm) qızğın şəkildə yanan oddur". (Məaric surəsi, 11-15)
Bir sözlə, insanların o gün başlarına gələcək hadisələrə qarşı ala biləcəkləri heç bir tədbir, qaçıb sığına biləcəkləri heç bir yer yoxdur. O gün insan düşünüb özünə edilən bütün xəbərdarlıqları xatırlayacaq, lakin bu xatırlamağın ona heç bir faydası olmayacaq:
Çünki o, (dünyada) öz yaxınları arasında sevinc içində idi. Həqiqətən o, (Rəbbinə) bir daha qayıtmayacağını güman etmişdi. Xeyr; həqiqətən Rəbbi, özünü çox yaxşı görürdü. (İnşiqaq surəsi, 13-15)
Qiyamət günündə həssas tərəzilər qurular və heç bir kəsə heç bir mövzuda haqsızlıq edilməz. Bir xardal dənəsi qədər yaxşılıq belə olsa tərəziyə gətirilər (Ənbiya surəsi, 47). Kimin tərəziləri ağır gəlsə artıq onlar, məmnun qalacaqları bir həyat yaşayar. Tərəziləri yüngül gələnlərin yeri isə cəhənnəmdir (Qariə surəsi, 6-11). Bu həqiqətə ayələrdə belə diqqət çəkilmişdir:
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə atılıb çıxarlar. Artıq kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görər. Artıq kim də zərrə qədər pislik etmşdirsə, onu görər". (Zəlzələ surəsi, 6-8)
O günün dünyadakı mövqelərin, ad-sanın, mal-dövlətin və övladların heç bir mənasının qalmayacağı bir gün olduğunu da unutmayın. O gün insanlar yalnız və yalnız etdikləri yaxşı və pis işlərə görə ayırd ediləcəklər. Bütün insanlardan, özlərini yaradan Allaha qulluq edib-etmədikləri soruşulacaq. Gizli heç nəyin qalmadığı o gün, heç kimin hər hansı səhvini düzəltməyə gücü olmayacaq:
Sirlərin orta yerə çıxarılacağı gün; artıq onun nə gücü olacaq, nə də köməkçisi. (Tariq surəsi, 9-10)
İnkarçıların bütün günahları, pis əməlləri, ağıllarından və qəlblərindən keçirdikləri bütün şeylər bir-bir, hər kəsin içində ortaya çıxardılacaq. Özlərini yaradan və yaşadan Allahı inkar etməklə ola biləcək ən böyük günahı işləyənlər, haqq-hesab günü alçaldılmış və zavallı vəziyyətdə haqqlarında hökm verilməsini gözləyəcəklər:
O gün yalan sayanların vay halına. Bu, onların danışa bilməyəcəyi bir gündür. Həmçinin onlara üzr istəmələri üçün icazə verilməz. O gün yalan sayanların vay halına. Bu, hökm günüdür; sizi və əvvəlkiləri “bir yerə topladıq”. Əgər qura biləcəyiniz hiylə varsa, dayanmadan mənə qarşı qurun. O gün haqqı sayanların vay halına". (Mürsəlat surəsi, 34-40)
Möminlərin haqq-hesabı isə asan olacaq. Qiyamətin və haqq-hesab gününün qorxusuna qarşı əmin-amanlıq içində olacaqlar və əbədi cəhənnəm əzabından uzaq tutulub, sonsuz nemətlərlə dolu cənnətə qovuşacaqlar.
Bilin ki, dinsiz bir insanın belə yuxarıda bəhs edilən günlə qarşılaşmağa ehtimal verməlidir. Bir insanın; "mən inanmıram, buna görə də, bu günlə qarşılaşmayacağam" deməsi olduqca məntiqsizdir. Çünki bu insan heç inanmasa belə öz məntiqinə görə qiyamət günü ilə qarşılaşmağa 50% ehtimal verməlidir. Qiyamət gününün xüsusiyyətləri və cəhənnəmdəki əzab düşünüldüyü zaman, bu günlə qarşılaşma ehtimalı 1% belə olsa insanın təşvişə qapılaraq o gündən xilas olmağa səy göstərməsi lazımdır.
Üstəlik, hər keçən saat, bizi ölümə və yuxarıda bəhs edilən dünyanın sonuna və haqq-hesaba çəkiləcəyimiz ana bir az daha yaxınlaşdırır. Bu hər insan üçün qaçılmaz aqibətdir. "O inkarçılar müsəlman olmağı dəfələrlə istəyəcəklər" (Hicr surəsi, 2) ayəsində bildirildiyi kimi inkarçıların həsrətlə, peşmançılıqla müsəlmanlardan olmağı istəyəcəkləri o günü əsla unutmayın. Allah bu insanlar üçün belə hökm edir:
Elə isə bu (əzab) gününüzlə qarşılaşmağı unutduğunuza görə əzabı dadın. Biz də sizi həqiqətən unutduq; əməllərinizin əvəzi olaraq əbədi əzabı dadın. (Səcdə surəsi, 14)
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)
Ətrafınıza bir baxın; gördüyünüz bütün insanlar, dostlarınız, qohumlarınız, bir sözlə, dünyada mövcud olan hər insan, daha əvvəl yaşamış milyardlarla insan kimi mütləq öləcək. Allah bu həqiqəti; "hər nəfs ölümü dadacaq..." (Ənbiya surəsi, 35) ayəsi ilə bildirmişdir. Bu labüd həqiqəti unutmaq insanın düşə biləcəyi ən böyük qəflətlərdən biridir. Halbuki ölümü uzaqlaşdırmağa əsla gücü çatmayacaq insan, bilməyəcəyi bir vaxtda və yerdə və hər hansı səbəbdən ötrü mütləq öləcək.
Peyğəmbərimiz (s.ə.v) ölümlə əlaqədar bir hədisində belə buyurmuşdur:
Ölümü ən çox yada salan və özlərinə gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlığı görənlərdir. Məhz ağıllılar bunlardır". (Hz. Enes r.a.: Ibnu Mace, Zuhd 31, Kütüb-i Sitte, 16-cı cild, səh. 330)
Bunu unutmayın ki; nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə də kasıb olmaları, həmçinin nə ad-sanları, nə də mövqeləri bu günə qədər yaşayan insanları ölümdən qoruya bilməmişdir.
Bütün bunları çox yaxşı bilmələrinə baxmayaraq, insanların əksəriyyəti ölümü çox düşünməməyə hətta mümkün qədər unutmağa çalışaraq bu həqiqəti görməzlikdən gələrlər. Halbuki bu, insanın özünü aldatmasından başqa şey deyil. O düşünsə də, düşünməsə də, bu qaçılmaz hadisələri, heç bir mərhələsi əskik qalmadan bilavasitə yaşayacaq:
O, ölüm sərxoşluğu, bir həqiqət olaraq gəlib də, (insana:) "məhz bu, sənin qaçdığın şeydir" (deyildiyi zaman da). (Qaf surəsi, 19)
Siz bu an bu sətirləri oxuyarkən ölümün yaxın olduğunu düşünə bilərsiniz. Lakin mütləq gerçəkləşəcək olan bu həqiqəti bir qədər də dərin düşünün; kim bilər, bəlkə də əlinizdəki kitabı oxuyub qurtara bilmədən ölüm sizi haqlayacaq. O zaman, əsla, ölümün sizə də, digər bütün insanlara da çox yaxın olduğunu unutmayın.
Ölümlə qarşılaşmağınız üçün bəzi təfsilatlı hadisələrin ardıcıl baş verməsi lazım deyil. Allah, ölüm vaxtı çatan insana gözləmədiyi bir vaxtda ölüm mələyini göndərər və bir anda canını alar. Bu, hazırda əyləşdiyiniz kreslodan qalxa bilmədən də baş verə bilər. Olduğunuz otaqda anən ölüm mələyini qarşınızda görə bilərsiniz. Yanınızda yoldaşlarınızın, ailənizin olması da heç nəyi dəyişdirməz, onlar sizi ölümdən qoruya bilməzlər. Elə isə hər insanın Allahın vəzifə təyin etdiyi ölüm mələyi tərəfindən həyatına son veriləcəyini və beləliklə Allaha qaytarılacağını əsla unutmayın.
Bəlkə də siz bu sətirləri oxuduqdan çox qısa müddət sonra ölə biləcəyinizə ehtimal verməyə bilərsiniz. Daha görüləcək, bitiriləcək işlərin olduğunu düşünməyiniz, sizə, bəlkə də ölümün sizin üçün hələ erkən və vaxtsız olduğu hissini verir. Halbuki ölümün vaxtını təyin edən Allahdır və əcəli gələn insan özü üçün taleyində müəyyən edilmiş ən xeyirli vaxtda, tək bir saniyə belə təxirə salınmadan bu sonla qarşılaşar:
Halbuki Allah əcəli çatan heç kəsi qətiyyən təxirə salmaz. Allah nə etdiklərinizdən xəbərdardır. (Münafiqun surəsi, 11)
Bəs öldükdən sonra vücudunuzun hansı vəziyyətə düşəcəyini heç düşündünüzmü?
Nə gözəlliyinizə, nə də zənginliyinizə baxılmadan, çox sərt haldakı vücudunuz evin bir otağında və ya bir meyitxanada saxladılacaq, sonra da kəfənə bükülərək dar bir tabutun içində cənazə avtomobilinə yerləşdirilib məzara aparılacaq. Sonra vücudunuz sizin üçün açılmış bir çuxurun dibinə qoyulacaq, üstünüz yaxşı şəkildə torpaqla örtüləcək. Ət və sümük yığınından ibarət olan vücudunuz qısa müddət ərzində çürüməyə, qoxmağa başlayacaq, geridə yalnız sümük yığınından ibarət skeletiniz qalacaq. Eləcə də, unutmayın ki, bu günlə mütləq qarşılaşacaqsınız; tez və ya gez bir gün vücudunuz torpağın altında tək-tənha qalacaq.
İnsan vücudunun ölümdən sonra düşdüyü hal, şübhəsiz ki, ibrətamizdir. Belə bir görünüşlə bir neçə dəqiqə, hətta saniyələr ərzində təmasda olmaq belə insan üçün dözülməzdir. Bəs həyatı boyu olduqca düzgün görünüşü olan insan vücudunun, ölümün ardınca niyə bu hala düşdüyünü heç düşündünüzmü? Əlbəttə ki, bu, üzərində düşünməli olduğunuz məsələdir. Çünki öz vücudunuzun da, dəyər verdiyiniz bütün insanların vücudunun da bir gün çürüyüb qoxacağı həqiqəti, dünyaya bağlanmağınıza və axirəti unutmağınıza qəti şəkildə mane olacaq.
Bütün bu həqiqətlərə baxmayaraq, insanların əksəriyyəti dünya ilə əlaqədar hər mövzuda öz mənfəətlərini ən incə nöqtələrinə nəzərə alarkən, özləriylə əlaqədar ən böyük həqiqət olan ölümü nəzərə almazlar. Lakin bu böyük aldanmadır; bu aldanmadan ötrü ölümdən sonrakı həyat üçün hazırlıq görməmələri onlar üçün əbədi əzaba səbəb olar. O zaman insan öləcəyini əsla unutmamalı və dünyada Allahı razı salacaq işlər görməlidir. Sonsuz ədalətli və şəfqətli olan Rəbbimiz; hər kəsə, öyüd ala biləcəyi qədər möhlət vermişdir. Lakin bu möhlət dünya həyatı ilə məhdudlaşır. Yəni səhvlərin düzəldilməsi, səmimiyyətlə edildiyi təqdirdə təkcə dünyada mümkündür. Ölümlə birlikdə isə artıq düzəldilmə imkanı aradan qalxacaq, sonsuz peşmançılıq başlayacaq:
İçində onlar (belə) qışqırıb deyəcəklər: "Ey Rəbbimiz, bizi çıxart ki, etdiyimiz əməlləri deyil, saleh əməllər edək". Sizə orda (dünyada), öyüd ala biləcək kimsənin, öyüd ala biləcəyi qədər ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə (əzabı) dadın; artıq zalımlar üçün bir köməkçi yoxdur. (Fatir surəsi, 37)
Unutmayın ki, ölüm əsla yox olmaq deyil, güman edildiyi kimi ölümlə hər şey bitməz. Cahil insanların bir çoxunun düşündüyü kimi, əbədiyyən davam edəcək şirin yuxu isə heç deyil. Ölümlə insanın əsil və sonsuz həyatı başlayar ki, bu, dünyadakı həyatını necə keçirdiyinə görə formalaşan və əsla dəyişdirilə bilməyəcək bir həyatdır. Ölüm, həyatını Allahın rizasına uyğun şəkildə qiymətləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz döndərənlər üçünsə, qəti fəlakətin başlanğıcıdır.
Allah, insanın qarşısına dünyada olarkən ölümü və axirəti düşündürəcək bir çox hadisə çıxardar. Öyüd ala biləcək insan üçün bu xatırlatmalar, həyatını, ətrafındakı hadisələri ciddi düşünməsinə, baxış prizmasını təkrar-təkrar nəzərdən keçirməsinə səbəb olacaq. Lakin Allahın bu xəbərdarlıqlarına məhəl qoymayan insan böyük ziyan içərisindədir. Unutmamalıdır ki, özündən əvvəl ölənlər də; eynilə indi bütün insanların etdiyi kimi, bəlkə bir qədər sonra yeyəcəyi yeməyi və ya ertəsi gün gedəcəyi yeri planlaşdırarkən heç gözləmədikləri bir vaxtda ölümlə qarşılaşmışlar.
Elə isə siz, dünyada tək bir yaxşı işi belə görmək imkanınızın qalmayacağı ölüm anına çatmadan əvvəl, gücünüzün çatdığının ən artıqlaması ilə axirətiniz üçün səy göstərməyi unutmayın.
Allah Quranda ölümün təxirə salınmayacağını və ölüm vaxtı çatan bir insanın duyduğu peşmançılığı bizə belə bildirir:
Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib salehlərdən olum!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Halbuki Allah əcəli çatan bir kəsi qətiyyən təxirə salmaz. Allah nə etdiklərinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11)
Bu dünya həyatı yalnız bir oyun və (əyləncə növündən) ehtiraslı yayındırmadır. Həqiqətən, axirət yurdu isə əsil həyatdır. Kaş biləydilər. (Ənkəbut surəsi, 64)
Dünyadakı hər şeyin müəyyən məqsəd üçün yaradıldığını unutmayın. Ətrafınızda gördüyünüz hər şeyin müəyyən yaranma səbəbi olduğu qəti həqiqətdir. Hər şey kimi sizin və sizlə birlikdə bütün insanların da yer üzündə olmasının bir məqsədi var:
O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah insanları sınamaq üçün həyatı yaratmış və insanları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır; inkarçıların ortaya çıxması, iman gətirənlərin pisliklərdən təmizlənməsi və cənnət əxlaqına nail olması üçün həyatı davam etdirir. Yəni dünya təkcə Allahın məmnuniyyətini qazana bilməyiniz üçün sınanma və təhsil yeridir.
Allah, insanlara qorumaları lazım olan hüdudları, məmnun olacağı davranışları və Özünü razı salmayacaq hər şeyi açıqca bildirmişdir. Buna görə də, insan dünyada göstərdiyi rəftarlarla əbədi həyatında cəza və ya mükafat alacaq. Belə olan halda, yaşadığımız hər saniyə, bizi ya cənnətə ya da cəhənnəmə yaxınlaşdırır. Elə isə siz də bu an sınanıldığınızı və bu sınağın nəticəsinin əbədi həyatınızı müəyyənləşdirəcəyini və bu nəticənin çox yaxın olduğunu əsla unutmayın. Allah bu həqiqəti qullarına bir çox ayədə xatırladır və o günə qarşı onları belə xəbərdar edir:
Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)
Allah dünyanın müvəqqəti və aldadıcı bəzəklərinə ehtirasla bağlanmaqdan insanları çəkindirir. Çünki insanın nə malı, nə gözəlliyi, nə də məqamı, bir sözlə, dünyada sahib olduğu hər hansı şey (bunları Allah rizasına uyğun şəkildə istifadə etmədiyi müddətcə) özünə axirətdə fayda verməyəcək. İnsan, vücudu da daxil olmaqla, sahib olduğu hər şeyi dünyada qoyub axirətə gedəcək. Torpağa qoyulan vücudu çürüyüb gedəcək, dünyada hərisliklə sahibləndiyi malı və mülkü zamanla məhv olacaq. Lakin özü tək-tənha, eynilə digər bütün insanlar kimi sorğu-sual olunmaq üçün Rəbbimizin hüzuruna gələcək. Lakin bu açıq həqiqətə baxmayaraq, insanların böyük əksəriyyəti gündəlik işlərinə dalaraq ölümü və axirəti unudarlar; bütün həyatlarının bu dünyadakı həyat olduğunu zənn edərlər. Quranda insanların bu psixologiyası belə açıqlanmışdır:
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 24)
Halbuki insanların görməzlikdın gəldiyi çox mühüm bir həqiqət var; dünyadakı həyat çox qısadır. Hazırda 30 yaşında olan bir insan üçün düşünək. Özündən 30 ilin necə keçdiyini soruşsanız yəqin ki; "o qədər sürətlə keçdi ki, anlaya bilmədim" deyəcək. Etdiklərini söyləməsini istəsəniz ən çoxu bir neçə saatda, keçən 30 ilin xülasəsini verəcək. Həmçinin bu insanın qarşısında ən çoxu 30 il qədər ömrü daha var. Önündəki zaman da keçmişdəki zaman qədər sürətlə keçib gedəcək. Allah dünyada yaşanan bu müddətin qısalığına bir çox ayədə diqqət çəkmiş, insanların axirətdə bunu açıqca etiraf edəcəklərini bildirmişdir. Bu ayələrdən bəziləri belədir:
Gündüzün bir saatından başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerə toplayacağımız gün... (Yunis surəsi, 45)
Qiyamət saatının qopacağı gün günahkarlar, təkcə bir saatdan başqa (dünya həyatı) yaşamadıqlarına and içəcəklər. Məhz onlar belə döndərilirdilər. (Rum surəsi, 55)
Allah insanların dünyaya ehtirasla bağlanmamaları üçün yer üzündə gözəl nemətlərlə yanaşı bir çox çatışmazlıq, çirkinlik də yaratmış və dünyanın müvəqqəti olduğunu da təkrar-təkrar göstərmişdir. Lakin bu, üzərində ətraflı düşünülməsi lazım olan mövzulardan biridir. Belə düşünün; ən dəyər verdiyiniz, ən gözəl gördüyünüz şeylər qısa müddətdə köhnəlir, sevdikləriniz bir-bir ölür, ətrafınızdakı ən gözəl insanlar yaşlanır, xəstəliklərin biri bitib digəri başlayır. İndiyə qədər yaşadığınız ən xoşbəxt anlarınız da, gəlməsini səbirsizliklə gözlədiyiniz anlar da, çox sıxıntılı olduğunuz anların da hamısı keçdi, tarixə qarışdı. Məhz bundan sonra da belə olacaq və siz bu əsnada, göz açıb yumana qədər keçən müddət ərzində həmişə sınanılacaqsınız. Bu da ta ki, ölüm gəlib sizə çatanadək davam edəcək... Sonra isə yer üzündə tarix boyu gəlib-keçmiş bütün insanlar kimi əməllərinizin qarşılığını tam alacaq və buna əsasən də, sonsuz həyatınız başlayacaq.
Halbuki insan heç bir gözəlliyin, heç bir xoşbəxt anının müvəqqəti olmasını istəməz. Lakin çox tez keçən dünyada nə qədər çalışsa da bu qeyri-mümkündür. O zaman bu arzulara necə nail olacaq? Məhz cənnət, insanın bütün bu arzularına təxmin ediləndən də çox nail olacağı tək yerdir.
Siz də içinizdəki bütün bu arzuları yaşaya biləcəyiniz yerin dünya olmadığını; əgər həqiqətən sonsuz nemətləri istəyirsinizsə dünya həyatının arxasına düşməməyiniz, əksinə axirət üçün hazırlıq görməyinizin lazım olduğunu unutmayın.
Bu həqiqətlərdən qəflət içində olan inkarçılar isə, həyatın ölümlə bitdiyinə dair azğın inanclarından ötrü hədəflədikləri hər şeyi dünyadakı qısa müddətə sığışdırmağa çalışarlar. Bütün gözəlliklərə və zövqlərə dünyada nail olmağa çalışarlar. Ölümlə birlikdə hər şeydən məhrum qalacaqları narahatlığı ilə, bu dünyadan mümkün qədər faydalanmağa çalışarlar. Halbuki bu boş səydir, dünya olduqca əskikdir. Hər şeyin daha gözəli və tükənməyəni axirətdədir; lakin, bu nemətlər təkcə Allaha qulluq edən saleh möminlər üçündür. İnkarçıların isə görəcəkləri nemətlər təkcə bu dünyadakı qədərdir. Bu insanların axirətdə oda təqdim ediləcəklərini Allah belə bildirir:
İnkarçılar oda təqdim ediləcəkləri gün, (onlara belə deyiləcək:) "Siz dünya həyatınızda bütün gözəllikləriniz və zövqlərinizi tükədib yox etdiniz, onlarla yaşayıb zövq sürdünüz. Məhz yer üzündə haqsız yerə təkəbbürlənməyiniz və fasiqlik etməyinizə görə bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız. (Əhqaf surəsi, 20)
Göründüyü kimi dünyadakı heç bir iş, cəhənnəmdən xilas olmaq üçün görüləcək işlərdən əhəmiyyətli ola bilməz. Bir tələbə təhsilini başa vura bilmək, digəri pul qazanıb sərvət toplaya bilmək, digəri isə yaxşı mövqeyə gələ bilmək üçün var gücüylə çalışar. Lakin heç unutmamalıdır ki, insan məktəbini bitirəcəyi günü görməyə və ya qazandığı pulu xərcləyəcək qədər yaşamaya bilər. Lakin mütləq yaşayacağı bir həqiqət vardır ki, bu da haqq-hesab günü Allaha hesab verəcəyidir.
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı olanlar və buna qane olanlar və Bizim ayələrimizdən xəbərsiz olanlar; məhz bunların qazandıqları günahlara görə sığınacaqları yer oddur. (Yunis surəsi, 7-8)
Əslində Allahın insanları, tez-tez tövbə etmələrinə, öyüd alıb düşünmələrinə səbəb olacaq xəstəlik, qəza, yaşlanma kimi hadisələrlə üzləşdirməsi, düşünənlər üçün dünyanın əskik yaradılmış və bağlanılacaq yer olmadığını açıqca göstərər:
Məgər onlar görmürlər ki, həqiqətən onlar hər il, bir və ya iki dəfə bəlaya düçar edilir, lakin tövbə etmir və öyüd alıb (dərs çıxardıb) düşünmürlər. (Tövbə surəsi, 126)
"...Siz dünya müvəqqəti faydasını istəyirsiniz. Halbuki Allah (sizin) axirəti qazanmağınızı istəyir..." (Ənfal surəsi, 67) ayəsində də bildirildiyi kimi, Allah bəndələrinin axirətdə ən gözəl məqama nail olamaları üçün dünyanın çatışmazlıqlarla dolu olduğunu həmişə xatırladır.
Siz də bu xatırlatmaları əsla qulaq ardına vurmayın və əbədi xoşbəxtlik üçün dünyada Allahı razı salmağınızın lazım olduğunu unutmayın. Allah ayəsində qısa olan dünya həyatına bağlananların sonsuz həyatı itirdiklərini tam açıq şəkildə belə bildirmişdir:
Kim axirət qazancını istəyərsə Biz ona öz qazancında artırmalar edərik. Kim dünya qazancını istəsə ona da ondan verərik; ancaq onun axirətdə heç bir payı yoxdur. (Şura surəsi, 20)
Allah ayələrində insanlara axirət nemətlərindən istəməyi nəsihət edər. Çünki onlar daha xeyirli və daha baqidirlər. (Taha surəsi, 131)
Lakin bütün bunlarla yanaşı, Allahın, Özündən axirəti istəyən saleh iman sahiblərini dünyada da ən gözəl həyatla yaşadacağını unutmayın. Möminlər həm dünya nemətlərinin, həm də axirət nemətlərinin ən gözəlinə qovuşanlardır:
Müjdə dünya həyatında və axirətdə onlarındır... (Yunis surəsi, 64)
"Ey Adəmoğulları, Mən sizə and içdirmədim ki; şeytana qulluq etməyin, o sizin açıq-aydın düşməninizdir, Mənə qulluq edin? Doğru yol budur! And olsun, o, sizdən bir çox insan nəslini azdırmış idi. Yenə də ağlınızı işlətmirdiniz? (Yasin surəsi, 60-62)
Sizi Allahdan, Onun dinindən və Qurandan uzaq tutmaqdan başqa hədəfi olmayan bir düşməniniz olduğunu əsla unutmayın. Çünki o, sizi bir an belə unutmur; vəzifəsini yerinə yetirmək üçün hər an fürsət gözləyir, pusquda dayanır. Sizi, sizin onu görmədiyiniz yerdən görür və yenə sizi tələyə salmağın min bir yolunu axtarır. Ən mühüm xüsusiyyətlərindən biri hiyləgərlikdir. Üsulları və oyunları insandan-insan dəyişdiyi kimi; zamana, məkana və şərtlərə görə də dəyişə bilir. Məhz bu düşmən, Allah dərgahından qovulan şeytandır.
Şeytan əksər insanın zənn etdiyi kimi, xəyali varlıq deyil. Dünyada imtahanın bir tələbi olaraq mövcud olan şeytanın fəaliyyətlərinə qarşı diqqət həmişə açıq olmalıdır. Çünki şeytan Allaha asi olaraq, Onun qullarını azdıracağı barədə and içmişdir. Şeytanın bu asiliyi Quranda belə bildirilmişdir:
"And olsun, Biz sizi yaratdıq, sonra sizə surət (biçim-forma) verdik, sonra da mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı. (Allah) dedi: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha xeyirliyəm; məni oddan, onu isə palçıqdan yaratdın". (Allah:) "O zaman ordan en, orda təkəbbürlənmək sənin (haqqın) olmaz. Dərhal çıx. Həqiqətən sən alçaldılanlardansan. O da: "(insanların) diriləcəkləri günə qədər mənə möhlət ver" dedi. (Allah:) "Sən möhlət verilənlərdənsən!" dedi. O da belə dedi: "Madam ki, elədir, məni azdırdığına görə onlar(ı insanları azdırmaq) üçün mən də Sənin dosdoğru yolunda (pusqu qurub) oturacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından soxulacağam. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Allah) dedi: "Oradan qınanıb alçaldılmış və qovulmuş halda çıx. And olsun, onlardan kim sənin ardınca getsə, cəhənnəmi sizinlə dolduracağam". (Əraf surəsi, 11-18)
Yuxarıdakı ayələrdən də açıqca aydın olduğu kimi, şeytan insanın açıq-aydın düşmənidir. Bütün insanlara düşmən olan bu varlıq, sizə də həmişə aldanma və vəsvəsə verməyə, sizi doğru yoldan azdırmağa çalışacaq. Lakin burada mühüm bir xüsus var; şeytanın ən böyük məqsədi yuxarıdakı ayələrdə də ifadə edildiyi kimi, sizi və bütün insanları öz yoluna tabe etməkdir. Qovulmuş şeytan, sizi cəhənnəmə salana qədər rahat durmayacaq. O zaman ona qarşı hər an ayıq-sayıq olmağınız və heç bir dəvətini bir anlıq belə olsun qəbul etməməyinizin lazım olduğunu əsla unutmayın.
Lakin burada unudulmaması lazım olan çox mühüm bir həqiqət var: şeytan Allahdan müstəqil güc deyil. Şeytanı yaradan və nəzarəti altında saxlayan Allahdır. O da Allahın yaratdığı bir varlıqdır və təkcə Allahın icazəsi ilə fəaliyyətini davam etdirir. Dünyadakı imtahan müddətində həqiqi iman gətirənlərlə, iman gətirməyənlərin ayırd edilməsi üçün ona vəzifə təyin edilmişdir. Şeytan təkcə Allahın iradə və təqdiri içində fəaliyyət göstərə bilər. Özünə verilən möhlət bitdikdə, cəzasını çəkmək üçün o da azdırdığı insanlarla birlikdə cəhənnəmə atılacaq:
And olsun ki, Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam! (Sad surəsi, 85)
Siz şeytanın möminlər üzərində güc sahibi olmadığını unutmayın. Ayədə bildirildiyi kimi, şeytan təkcə səmimi iman gətirməmiş insanlar üzərində güc sahibidir.
Dedi: "Rəbbim! Məni azdırmağına qarşılıq and olsun ki, mən də yer üzündə onlara (Sənə qarşı çıxmağı və dünya ehtiraslarını) bəzəyib cəlbedici göstərəcək və onların hamısını mütləq azdıracağam! Lakin səmimi bəndələrin müstəsnadır". (Hicr surəsi, 39-40)
Şeytan, Allahın mömin kimi yaratdığı bir qulu azdıra bilməz. Təbii ki, möminlər səhv edə bilərlər. Lakin heç vaxt Allahın rəhmətindən ümid kəsməzlər. Şeytanın təsirini gördüklərindən ötrü dərhal Allaha sığınıb tövbə edərlər. Şeytanın azdırıcı təsirinin kimlər üzərində hakim olacağı Quranda belə bildirilir:
Həqiqət budur ki, iman gətirənlər və yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində, onun (şeytanın) heç bir məcburedici gücü yoxdur! Onun məcburedici gücü təkcə onu vəli tutanlarla, onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)
Unutmayın ki, şeytan özü kimi, sizin də Allaha qarşı asi olmağınızı istəyər (Allahı tənzih edirik). Pis əxlaq göstərməyinizi, Allahın məmnun olmayacağı hər cür rəftarı tətbiq etməyinizi və Allaha qarşı bəzi zənlər bəsləməyinizi əmr edər, Onun gücünü və böyüklüyünü lazımınca təqdir etmənizə əngəl törətməyə çalışar. Allah Quranda bu təhlükəyə xüsusi diqqət çəkmişdir:
Ey insanlar! Yer üzündəki qidaları təmiz və halal şəkildə yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizin açıq-aydın düşməninizdir. O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allaha qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər. (Bəqərə surəsi, 168-169)
Axirəti unutdurmağı bacardığı insanları həyatları boyu gələcək narahatlığı içində yaşatmağa çalışar. Bu cür yaşayan insanlar hər şeyin Allahın nəzarəti altında olduğundan xəbərsiz, Allahın özləri barədə yaxşılıq istədiyi təqdirdə, heç kimin buna mane ola bilməyəcəyindən isə tamamilə xəbərsizdirlər. İçində olduqları qəflət onları Allaha qarşı hər cür günahı işləməyə sövq edər:
Şeytan sizi yoxsulluqla qorxudur və sizə çirkin həyasızlığı əmr edir. Allah isə sizə bağışlanma və bol lütf vəd edir. Allah (mərhəməti ilə) genişdir, biləndir. (Bəqərə surəsi, 268)
Üstəlik, şeytanın ən mühüm üsulu bütün bunları edərkən insanlara hiyləgərcə yaxınlaşmasıdır. Allah Quranda şeytan barədə; “hiyləgərcəsinə qəlblərə vəsvəsə və şübhə salan vəsvəsəçinin şərindən. Ki, o, insanların qəlbinə vəsvəsə verər (içlərinə şübhə, xülya pıçıldayar)” (Nas surəsi, 4-5) deyə bildirmişdir. Ayədə də açıqca bildirildiyi kimi, insanlara hiyləgərcə yaxınlaşan şeytan onları boş və məqsədsiz işlərlə məşğul edərkən, etdikləri pis əməlləri də özlərinə cəlbedici və bəzəkli göstərər:
Onlara çətin əzabımız gəldiyi zaman yalvarmalı deyildilər? Lakin onların qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri cəlbedici (bəzəkli) göstərdi. (Ənam surəsi, 43)
Həmçinin ən əhəmiyyətlisi də qəlbləri sərtləşən, azğınlıq yolunda olduqları halda, yaxşı iş gördüklərini zənn edən bu insanlar, Allahın ayələrindən getdikcə uzaqlaşarlar. Rəbbimizi unudub şeytanı dost tutarlar və onun arxasınca gedib azarlar. Allah buna qarşı da insanları belə xəbərdar etmişdir:
Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən uzaqlaşmış, şeytan da onu arxasınca aparmışdı. O da sonunda azanlardan olmuşdu. (Əraf surəsi, 175)
Şeytanın fərqli insanlar üçün fərqli üsullardan istifadə edəcəyini, sizi də zəif yerinizdən tutmağa çalışacağını unutmayın.
Şeytan bütün bəşəriyyət tarixi boyu yaşayan hər kəsə fərqli yönlərdən yaxınlaşmışdır. Məsələn, din əxlaqından uzaq yaşayan birinin, daha da uzaqlaşmasını təmin edəcək üsullardan istifadə edərək, onu tamamilə dünya həyatına yönəldər, Allaha haqq-hesab verəcəyi günü unutdurar və beləliklə də, ömür boyu dindən uzaq saxlayar.
Bu vaxt möminlərə qarşı da fəaliyyətlərini davam etdirməyə davam edər. Möminlərin səmimi ibadət etməsinə əngəl törətmək üçün doğru bilərək, səmimiyyətlə etdikləri hər işə mütləq mane olmağa çalışar. Var gücüylə insanın dinin tələblərindən kiçik-kiçik də olsa güzəştə getməsi üçün çalışar. Məsələn, insanı qəflətə sürükləyərək namaz, oruc kimi ibadətlərini yerinə yetirməsinə əngəl törətməyə çalışa bilər. Gündə 5 vaxt fərz qılınan namaz, şeytandan insana gələ biləcək bu qəflət halına əngəl törədəcək ibadətdir. Möminin həmişə ən səmimi şəkildə Rəbbimizə yönəlməsini, gördüyü hər işdə səmimi olmasını, vicdanından ən çox istifadə etməsini və Allah (c.c)-ın bəyəndiyi əxlaqı yaşamaqda qətiyyət göstərə bilməsini təmin edər. Rəsulullah (s.ə.v), namaz qılmamağın nə qədər təhlükəli olduğunu mübarək hədislərində belə bildirmişdir:
İmam Şafii və Beyhəqiyə görə Peyğəmbərimiz (s.ə.v): "hər hansı vaxt namazı qılmadan vaxtlarını keçirənlər yuvası dağılmış, malını,mülkünü itirmişkimidirlər" deyə buyurub. (Imam Gazali - Mükasefetü΄l Kulub - Kalplerin Keşfi)
Şeytan həmçinin təkəbbür, eqoistlik, unutqanlıq, diqqətsizlik, özünü kafi hesab etmək, qəzəb və qürur kimi nəfsin meylli olduğu şeylərə, müxtəlif donlar geydirərək möminə tətbiq etdirməyə çalışar. İnsanlara uzunmüddətli planlar qurdurub, bunlarla zehinlərini məşğul etməyə çalışar. Başlarını gündəlik işlərə qataraq və bəhanələr uydurdaraq həm düşüncələrinə, həm də faktiki cəhətdən Allahı zikr etmələrinə mane olmağa çalışar.
Allaha təslim olmuş, səhər-axşam Onu zikr edən, yer üzündəki hər hadisənin Allahın nəzarəti altında olduğunu bilən və səmimi şəkildə Rəbbimizə yönələn möminlər, şeytanın təsirinə qarşı güclüdürlər. Bunu bilən şeytan insana xüsusən Allahı unutdurmağa çalışar. Həmçinin Allahdan qorxub çəkinməyənlər üzərində də mütləq təsiri olar:
Şeytan onları əhatə etmiş və beləliklə onlara Allahın zikrini unutdurmuşdur. Məhz onlar, şeytanın firqəsindəndirlər. Diqqət yetirin, şübhəsiz ki, şeytanın firqəsindən olanlar ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)
İnsanların arasına kin və düşmənçilik salan və aralarını vuranın həmişə şeytan olduğunu unutmayın. Dünya yaranandan bəri davam edən bütün müharibələrdən, döyüşlərdən ən adi kimi görünən mübahisələrə qədər hər cür düşmənçiliyin arxasında "şeytanın təhrikləri" var. Allah şeytanın insanları təhrik etdiyini ayədə belə bildirmişdir:
Görmədinmi ki, Biz həqiqətən şeytanları kafirlərin üzərinə göndərdik, onları təhrik edirlər. (Məryəm surəsi, 83)
Əlbəttə ki, inkarçılar şeytanı dost tutan, onun sistemini mənimsəyən kəslərdir. Dolayısilə ona tabe olmaları, bir-birlərinə qarşı kin və düşmənçilik bəsləmələri olduqca normaldır. Lakin şeytanın bir xüsusiyyəti daha var ki, bu da Allaha iman gətirənlər arasına kin və nifrət salmağa çalışmasıdır. Bu yolla onları zəiflədə biləcəyini, Allaha olan itaətlərinə mane ola biləcəyini zənn edər. Allah bu təhlükəyə qarşı da qullarını xəbərdar etmiş və çıxış yollarını göstərmişdir. Bir ayədə belə buyurulur:
Qullarıma, ən gözəl sözləri demələrini söylə. Çünki şeytan aralarını vurmaqdadır. Şübhəsiz ki, Şeytan insanın açıq-aydın düşmənidir! (İsra surəsi, 53)
Şeytanın sizə hər an hiyləgərcə vəsvəsə verməyə çalışacağını da unutmayın. Şeytan zənn edildiyi kimi, hərdənbir ortaya çıxan varlıq deyil. Onun hiyləgər mübarizəsi hara getsəniz də, nə etsəniz də, yaşadığınız müddətcə davam edər.
Şeytanın varlığını unudan bir insan, onun təlqinlərinin öz ağlından keçən düşüncələr olduğunu zənn edə bilər. İçində həmişə asiliyi və pis əməlləri pıçıldayan səsin, şeytana aid olduğunu qavramaya bilər. Lakin Allahın saleh bəndələri, bu səsin, şeytana yaxud öz vicdanlarına aid olduğunu asanlıqla müəyyənləşdirə biləcək ağla və qavrayışa sahibdirlər. Allah şeytanın vəsvəsələrindən və hiyləgər pıçıltılarından qorunmağın yolunu onlara belə bildirmişdir:
Əgər şeytan səni təhrik etsə (vəsvəsə versə və ya yoldan çıxartmaq istəsə) dərhal Allah sığın. Çünki O, Eşidəndir, Biləndir. (Allahdan) qorxanlara şeytandan vəsvəsə gəldiyi zaman (əvvəlcə) yaxşı şəkildə düşünərlər (Allahı yada salarlar), sonra dərhal görərsən ki, görüb bilmişlər. (Əraf surəsi, 200-201)
Şeytanın sizə əsla unutmamalı olduğunuz həqiqətləri unutdurmağa çalışacağını əsla unutmayın. Şeytanın insanlara təsir göstərə bilmək üçün istifadə etdiyi və tez-tez əl atdığı üsullardan biri, başda da bəhs etdiyimiz “unutdurmaq”dır. Buna görə də, şeytan insana, Allaha qarşı məsul olduğu hər mövzunu unutdurmaq üçün çalışar. Allahın bizi hər tərəfimizdən əhatə etdiyini, taleyə tabe olduğumuzu, öləcəyimizi, Allaha haqq-hesab verəcəyimizi unutduraraq edəcəyimiz xeyirlərin qarşısını almaq istəyər.
Məsələn, şeytan insanların Allaha şükr etməsini istəməz. Buna görə də, ətrafdakı hər şeyin Allahın neməti olduğunu unutdurmağa çalışar. Axirəti unutdurub, dünya həyatını bəzəkli və cəlbedici göstərərək insanları aldatmağa çalışar. Hər işdə bir xeyir olduğunu, xüsusən də ani hadisələrdə, təvəkkül etməyi və taleyi unutdurmağa səy göstərər.
Allah şeytanın insan zehninə təsir edərək müxtəlif şeyləri unutturduğuna Quranda bir çox dəfə diqqət çəkmişdir:
Ayələrimizi lağa qoyaraq mübahisə edənləri gördüyün zaman, (onlar başqa söhbətə keçənə qədər) onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)
...Onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. O da qəribə şəkildə dənizdə yol tutub getdi. (Kəhf surəsi, 63)
...Lakin şeytan ona Yusifi ağasının yadına salmağı unutdurdu və o, zindanda neçə illər qaldı. (Yusif surəsi, 42)
Bütün bu təsirlərinə baxmayaraq, şeytanın tamamilə Allahın nəzarəti altında olan bir varlıq olduğunu və səmimi qullar üzərində heç bir təsirinin ola bilməyəcəyini unutmamalısınız.
Nəticə etibarilə şeytan Allahın yaratdığı, istəsə də, istəməsə də Ona təslim olmuş bir varlıqdır. Bütün fəaliyyətlərini təkcə Onun icazəsi ilə həyata keçirə bilər. Allah icazə vermədiyi müddətcə insana heç nə etməyə gücü çata bilməz. Şeytan nə etsə də, təkcə inkarçıları azdıra bilər, Allaha qəlbən iman gətirənlərin isə onun etdiklərinə görə təkcə imanları artar. Quranda bu həqiqət açıq şəkildə bildirilmişdir. Ayələr belədir:
Şeytanın (bu cür) təlqinləri, qəlbində xəstəlik olanlar və qəlbi (hər cür) həssaslıqdan məhrum olanları (Allahın) sınaması üçündür. Şübhəsiz ki, zalımlar, (haqqdan) uzaq olan ixtilaf içindədirlər. (Bir də) özlərinə elm verilənlərin, bunun (Quranın) heç mübahisəsiz Rəbbindən olan bir həqiqət olduğunu bilmələri üçün; beləliklə ona iman gətirsinlər və qəlbləri ona arxayın olaraq bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri düzgün yola yönəldər. (Həcc surəsi, 53-54)
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)
İman gətirənlər isə; "əgər şeytan səni təhrik etsə, dərhal Allaha sığın..." (Fussilət surəsi, 36) ayəsində əmr edildiyi kimi şeytana qulaq asmaz və dərhal Allaha sığınarlar. Çünki bilirlər ki, əgər bu təhriklərdən Allaha sığınıb şeytanın yolu bağlanılmazsa, insan onun hər təlqininə açıq hala gələ bilər. Beləliklə də, şeytan özünə tabe olanların dostu olar və insanı Allahdan, Onun zikrindən tamamilə uzaqlaşdırar:
Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlsə, Biz bir şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur. (Zuxruf surəsi, 36)
Lakin başda da ifadə etdiyimiz kimi, Allaha qəti imanla bağlananların şeytanın təsirindən qorxmalarına ehtiyac yoxdur. Əlbəttə ki, onun təsirlərinə qarşı oyanıq olmaq lazımdır, lakin Allah bizə çox mühüm bir sirri də müjdələmişdir: şeytanın iman gətirənlər və Allaha təvəkkül edənlər üzərində heç bir məcburedici gücü yoxdur.
Mənim bəndələrim; sənin onlar üzərində heç bir məcburedici gücün (hakimiyyətin) yoxdur. Vəkil olaraq Rəbbin yetər. (İsra surəsi, 65)
Peyğəmbərimiz (s.ə.v) də Allahın tək İlah olduğunu, Ondan başqa güc sahibinin olmadığını xatırlatmış və möminlərin şeytandan Allaha sığınmalarının lazım olduğunu belə nəsihət etmişdir:
Allahdan başqa İlah yoxdur, o təkdir, şəriksizdir. Ərz və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O hər şeyə qadirdir" de... daşlanmış şeytandan Allaha sığın. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, səh. 311)
Şeytanın çox dönük xarakterli olduğunu, özünə tabe olanları haqq-hesab günündə tək-tənha qoyacağını unutmayın.
Dünya həyatı bitdikdə şeytanın özünə tabe olanları necə tənha qoyacağı, onları necə aldatdığını açıqlayacağı Quranda bildirilmişdir:
İş bitdikdə şeytan deyəcək: "Həqiqətən, Allah sizə həqiqi vədi verdi, mən də sizə vəd verdim, lakin sizə yalan söylədim. Mənim sizə qarşı məcburedici gücüm yox idi, təkcə sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Elə isə məni qınamayın, özünüzü qınayın. Mən sizi qurtaracaq deyiləm, siz də məni qurtaracaq deyilsiniz. Doğrusu daha əvvəl məni şərik qoşmağınızı da rədd etmişdim. Həqiqət budur ki, zalımlar üçün ağrılı əzab var". (İbrahim surəsi, 22)
Həmçinin, şübhəsiz ki, dönük xarakterli şeytana tabe olanlar haqq-hesab günü necə aldandıqlarını anlayacaqlar. Dünyadakı həyatları boyu Allahı unudub, Onun göstərdiyi doğru yola tabe olmadıqları üçün böyük peşmançılıq çəkəcəklər. Lakin artıq iş işdən keçmişdir və şeytan onları tək-tənha qoymuşdur:
O gün, zülm edən, əllərini (qəzəblə) dişləyərək (belə) deyər: "Kaş ki, elçinin yolunu tutub gedəydim, vah yazıq olsun mənə, kaş ki, filankəsi dost tutmasaydım. Çünki o, həqiqətən mənə gəldikdən sonra məni zikrdən (Qurandan) döndərdi. Şeytan da insanı “tək-tənha və köməksiz" qoyandır". (Furqan surəsi, 27-29)
Qətiyyən unutmayın ki, dünyada şeytanın arxasına düşənlərin yeri axirətdə mütləq cəhənnəmdir.
Şeytana tabe olanlar haqq-hesab günü Allahın hüzuruna çıxanda; "kaş ki, mənimlə sənin aranda iki şərq (şərqlə qərb arasındakı uzaqlıq) qədər məsafə olaydı" (Zuxruf surəsi, 38) deyərək bir-birlərinə lənət edəcəklər. İnsan o gün şeytanın özü üçün açıq-aydın düşmən olduğunu anlayacaq. Lakin yuxarıda da ifadə etdiyimiz kimi, artıq çox gec olacaq və bunu anlamaq onu əbədi əzab çəkəcəyi cəhənnəmə girməkdən qurtarmayacaq. O və tərəfdarları mütləq etdikləri əməllərin hesabını ayrı-ayrılıqda verəcəklər:
And olsun Rəbbinə, Biz onları da, şeytanları da mütləq toplayacaq, sonra onları cəhənnəmin ətrafında dizüstü çökmüş vəziyyətdə yerləşdirəcəyik. (Məryəm surəsi, 68)
Həqiqət budur ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını təkcə qızğın şəkildə yanan od sakinlərindən olmağa çağırır. (Fatir surəsi, 6)
Nəticə etibarilə siz də; sizin üçün ola biləcək hər cür əzabı, sıxıntını, üstəlik, sonsuz həyatınızı cəhənnəmdə keçirməyinizi istəyən bir düşməninizin olduğunu, sizi bu anda bu kitabı oxuyarkən belə müşahidə etdiyini unutmayın. Həmçinin əgər səmimi iman gətirmisinizsə onun təsirindən xilas olmaq üçün Allaha sığınmağın lazım olduğunu da...
Şübhəsiz ki, Biz hər şeyi müəyyən tale əsasında yaratdıq. (Qamər surəsi, 49)
Yuxarıdakı ayədə bildirildiyi kimi, mövcud olan hər şey sonsuz ağıl və elm sahibi olan Allahın təyin etdiyi taleyə tabedir. “Ol” sözü ilə hər şeyi bir anda yaradan Allah, təkcə insanların deyil, bütün varlıqların taleyini təyin etmişdir. Bu qəti həqiqətə iman gətirənlər, Allahın sonsuz ağlı ilə təqdir etdiyi taleyə qəlbən təslim olub yaşayarlar. Unutmayın ki, hər şey Onun nəzarəti altındadır və istəsə də, istəməsə də hər şey Allaha təslim olmuşdur.
Lakin xalq arasında xüsusən tale ilə əlaqədar bir çox yanlış qənaət var. Cahil baxış prizmalarından ötrü bu mövzuda bir çox insan düşünmədən danışa bilir. Üstəlik, bunun Allahın məmnun olmayacağı bir rəftar olduğunu da görməzlikdən gələrək. Mahnılarda, şeirlərdə, gündəlik söhbətlərdə bilərək və ya bilməyərək taleyə üsyan mənasına gələcək ifadələr işlədilə bilir. Yanlış məntiqdən qaynaqlanan "taleyinə qalib gəlmək", "taleyini dəyişdirmək" kimi bəzi yanlış ifadələr də cəmiyyətdə olduqca geniş yayılmışdır. Bu məntiqə sahib insanlar bəzi gözlənti və təxminlərinə "tale" adını qoyub, bunların reallaşmadığını gördükdə isə taleyin təyin olunduğu kimi getmədiyini, dəyişdiyini zənn edərlər. Bu cür əsassız məntiqlər taleyin mənasının tam qavrana bilməmiş olmasından qaynaqlanar.
Mübarək Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) bir hədisində taleyə təvəkkül etməyin mömin xüsusiyyəti olduğunu belə bildirmişdir:
Hz. Cabir (r.ə) söyləyir: "Rəsulullah (s.ə.v) buyurdular ki; "qul, xeyiri vəşəri ilə birlikdətaleyə inanmadıqca, özünə (xeyir və şər olaraq) üzverəcək şeydən xilas ola bilməyəcəyini, (xeyir və şər olaraq) qaçacaq şeyə də nail ola bilməyəcəyini bilmədikcə iman gətirmiş olmaz". (Tirmizi, Kader 10, 2145)
Tale; zaman və məkan anlayışlarını yoxdan yaradan və bunları tamamilə nəzarət və hakimiyyəti altında saxlayan, zaman və məkana tabe olmayan Allahın, keçmiş və gələcəkdəki bütün hadisələri zamansızlıq ölçüsündə bilməsi və yaratmasıdır. Yaşanmış və yaşanacaq bütün hadisələr zənciri anbaan, təfərrüatı ilə Allah dərgahında planlanaraq yaradılmışdır.
Zamanı Allahın yaratdığını, buna görə də, Rəbbimizin zamana asılı olmadığını, dolayısilə Onun yaratdığı hadisələri, yaratdıqlarıyla birlikdə izləməsi və bunların nəticələrini gözləməsi kimi bir şeyin mümkün ola bilməyəcəyini unutmayın.
Allahın dərgahında hər şeyin əvvəli də axırı da, sonsuzluq zolağındakı yeri də bəllidir. Hər şey olub bitmişdir. Buna görə də, insanların, tale üzərində dəyişiklik etməyə güc və imkanları yoxdur. Tam əksinə tale insanlar üzərində təyinedici və təsiredici ünsürdür. Hər şeyi ilə taleyin bir parçası olan insan, bu taledən müstəqil şəkildə hərəkət edə bilməz. Taledən kənara çıxa bilməz ki, taleyini dəyişdirə bilsin. Bu bir video kasetteki filmdə iştirak edən oyunçunun, kasetdən çölə çıxıb maddi ölçü qazanaraq videonun izləməsi və öz olduğu kasetdə bəzi hissələri silməsi, əlavələr və dəyişikliklər etməsinə bənzəyir ki, əlbəttə ki, belə şeyin olması qeyri-mümkündür.
Dolayısilə "taleyə qalib gəlmək", "taleyin axarını dəyişdirmək" kimi bir şey qeyri-mümkündür. Bu cür ifadələr tam mənasıyla cəfəngiyatdır. "Mən taleyimi dəyişdirdim" deyən bir insanın da əslində taleyində yazılmış bir cümləni söylədiyini əsla unutmayın.
Məsələn, bir insan günlərlə komada qala bilər, yenidən həyata qayıtması qeyri-mümkün kimi görünə bilər. Lakin eyni insanın gözlənilənin əksinə təkrar əvvəlki sağlamlığına qovuşması, onun "taleyə qalib gəldiyi" və ya həkimlərin onun "taleyini dəyişdirdiyi" mənasını verməz. Bu qurtuluş, yalnız həmin insanın taleyində özü üçün təyin edilmiş müddəti hələ də başa vurmadığını göstərir. Bu da eyni taleyin bir parçasından başqa şey deyil. Hər şey kimi komadan çıxmaq da, Allah dərgahında yazılıb müəyyən edilmişdir:
...Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da mütləq bir kitabda (yazılmış)dır. Həqiqətən, bu, Allah üçün asandır. (Fatir surəsi, 11)
Hər bir kəs ancaq Allahın icazəsi ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür... (Ali İmran surəsi, 145)
Əlbəttə ki, zaman və məkandan asılı olduğumuz üçün bizi Yaradan və hər şeydən müstəqil olan Allahın yaratdığı taleyi əvvəlcədən bilməyimiz də qeyri-mümkündür. Biz təkcə Allahın zamandan və məkandan tamamilə uzaq olduğuna iman etməliyik.
Bunu da unutmayın ki; Allah bütün hadisələri dinin mənfəətinə və möminlərin axirət həyatına faydalı olacaq şəkildə planlamışdır. Belə vəziyyətdə iman gətirən bir insanın hadisələr qarşısında təslim olmaması qeyri-mümkündür. Hər vəziyyətin bir tale əsasında və Allahın əmri ilə yaradıldığının unudulması və ya görməzlikdən gəlinməsi insanın özünə edə biləcəyi ən böyük zülmlərdən biridir; çünki insan bunu unutduğu təqdirdə amansız sıxıntıya düçar ola bilər. Həmçinin insanın bu həqiqəti qəbul etməməsi, yaşanacaq hadisələri dəyişdirməz. İman gətirib təslim olsa və ya təslim olmasa da, hər iş, Allahın hər kəs üçün ayrı-ayrılıqda təyin etdiyi tale daxilində gedir. Allah bu həqiqəti aşağıdakı ayəsiylə vurğulayır:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, kitabda (yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)
Bu ayədə də göründüyü kimi, insan inansa da inanmasa da, başına gələn hər şeyi Allah əvvəlcədən qəti olaraq təyin etmişdir. Dünya yaranandan bəri yaşayan bütün insanların doğumları da, ölümləri də daxil olmaqla, hər iş Rəbbimizin icazəsi ilə (bir an əvvəl və ya bir an sonra baş verməyib) tam Allahın təyin etdiyi vaxtda baş verir.
Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Təyin edilmiş əcəl onun yanındadır... (Ənam surəsi, 2)
Yer üzündə və insanların nəfslərində yaranan hər vəziyyət, Allahın istəmədikdən sonra yaranmayacağına görə həmişə Ona təvəkkül etmək, Allahın qullarından istədiyi və insanın fitrətinə də ən uyğun davranışdır. Necə ki, ayədə möminlərin belə söylədikləri xəbər verilmişdir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç nə üz verməz. O bizim Mövlamızdır. Eləcə də, möminlər təkcə Allaha təvəkkül etməlidirlər!” (Tövbə surəsi, 51)
Allah: "...Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik və siz Bizə qaytarılacaqsınız" (Ənbiya surəsi, 35) ayəsində bildirdiyi kimi, möminləri müxtəlif şəkillərdə sınayar. Buna görə də, möminlər yaxşı hadisələrlə yanaşı bəzən pis kimi görünən hadisələrlə da qarşılaşa bilərlər. Lakin unutmayın ki, hər şey Allah istədiyi üçün yaradıldığından möminlər üçün ən xeyirli şəkildə nəticə verər:
...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)
Peyğəmbərimiz (s.ə.v) də möminlərə Allahın yaratdığı hər şeydən razı olmalarının lazım olduğunu bir hədisində belə nəsihət etmişdir:
Səd ibn Əbu Vəqqas (r.ə) söyləyir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki; "Adəmoğlunun səadət (səbəbləri)ndən biri də Allahın hökm etdiyinə razı olmasıdır. Sıxıntı içində olmağın (səbəbləri)ndən biri də Allahla məsləhətləşməyi tərk etməsidir. Həmçinin sıxıntı içində olmağın digər səbəbi də Allahın hökm etdiyinə razı olmamasıdır". (Tirmizî, Kader 15, (2152))
Allaha iman gətirib, Onun doğru yolunda gedənlər həmişə taleyə tabe olmağın rahatlığını və hüzurunu yaşayarlar. Çünki taleyə tam təslim olmuş insan üçün onu qorxudacaq və ya kədərləndirəcək heç nə yoxdur. Allah, iman gətirən qullarına həm dünyada, həm də axirətdə ən gözəl həyatı yaşadacaq və rizasına uyğun hərəkət etdikləri müddətcə himayəsi altında saxlayacaq. Həmçinin Allah bir hadisədəki xeyiri mütləq dünyada göstərməyə bilər. Lakin dünyada mömin üçün şər kimi görünən bir hadisə onun axirətdə daha yuxarı mövqelərə çatmasına da vəsilə ola bilər. Məsələn, müalicəsi çətin bir xəstəliyə tutulan mömin üsyan etməz; tam əksinə xəstəliyini özünü Allaha yaxınlaşdıracaq bir fürsət hesab edər. Nəticədə unudulmaması lazım olan ən mühüm şey Allahın bütün hadisələri, saleh bəndələrini qoruyacaq və onlara axirətlərini qazandıracaq şəkildə planlanlaşdırdığıdır.
Şübhəsiz ki, mənim vəlim Kitabı nazil edən Allahdır və O salehləri qoruyur (onlara vəlilik edir). (Əraf surəsi, 196)
Başlarına gələ biləcək hər hadisədə hikmət olduğunu unutmadan hərəkət edənlər, atdıqları hər addımda Allahın özlərini qoruduğunu hiss edərlər. Buna görə də, necə və harada olsalar, hansı işi görsələr də, Allahın bütün etdiklərini çox yaxşı bildiyini əsla unutmazlar.
Nəticədə hər şeyin, əvvəli və sonrası ilə Allah dərgahında yazılmış olduğunu, Allahın yazdığından başqa heç kimə heç nəyin üz verməyəcəyini, necə, harada və hansı iş üzərində olmağımızdan asılı olmayaraq, Allahın bütün etdiklərimizi çox yaxşı bildiyini, sonsuz ağılla planlaşdırılmış bir taleyə tabe olduğumuzu əsla unutmayın.
Əlif, Ləm, Ra. Bu bir Kitabdır ki, Rəbbinin icazəsi ilə insanları qaranlıqdan nura, O güclü və tərifəlayiq Olanın yoluna çıxartmaq üçün sənə nazil etdik. (İbrahim surəsi, 1)
Quran, insanların Allahı tanımaları, Onun tək İlah olduğunu bilmələri, Rəbbimizə necə qulluq edəcəklərini öyrənmələri və ağıl sahiblərinin yaxşı öyüd alıb düşünmələri üçün Allah dərgahından göndərilmiş haqq kitabımızdır. Yolgöstərənimiz olan Quranda Allah bizə ehtiyac duyacağımız şeyləri bildirir, Özünün razı olacağı yolları göstərir və Özünə qulluq etməyin nəticəsini müjdələyir:
Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, müsəlmanlar üçün də hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Peyğəmbərimiz (s.ə.v) də Qurana və sünnəyə tabe olmağın əhəmiyyəti ilə əlaqədar möminlərə belə səslənmişdir:
Sizə iki şey qoyub gedirəm. Bunlara tabe olduğunuz müddətcə əsla azmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi. (Kütüb-i Sitte, Muhtasarıı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ nəşriyyatı, Ankara, səh. 328)
Quran inananlar üçün Allahdan öyüd, şəfa və rəhmətdir. Bu mühüm həqiqəti qavraya bilən möminlər, Quranın hər ayəsini çox dərindən düşünüb bütün həyatlarını buna uyğun yaşayarlar. Allah, möminlərin vicdanlarında cavabını axtardıqları hər sualın cavabını Quranda bildirmişdir:
And olsun ki, Biz onlara bir Kitab gətirdik; iman gətirəcək camaata hidayət və mərhəmət olmaqla, müəyyən məlumata istinadən onu müxtəlif formalarda izah etdik. (Əraf surəsi, 52)
Allah razı qalacağı əxlaqı Quranda təsvir etmişdir. Dolayısilə, hər insan Quranı yaşamaqla, yəni hökmlərinə tabe olmaqla məsuldur. İnsanlar, dünya həyatında etdiklərinin hesabını verəcəkləri gün, Qurandan sorğu-sual olunacaqlar. Buna görə də, bütün hərəkətlərinizin, düşüncənizin, aldığınız qərarların, bir sözlə, həyat tərzinizin cəmiyyətin əksəriyyətinə deyil, təkcə Qurana uyğun olmasının lazım olduğunu unutmayın. Qurana görə yaşamaq insanı qurtuluşa aparan yeganə yoldur.
Lakin dini Qurana görə yaşaya bilmək üçün, əlbəttə, onu oxuyub anlamaq lazımdır. Ətrafınızdakı insanlar bunu etməyə bilərlər. İnsanların çoxu Quran ayələrini bilməyə, bilənlər də mənalarını düşünmədən yalnız ərəbcə oxunuşunu əzbərləyə bilərlər. Hətta Quranı öz batil inancları ilə qiymətləndirə (Allahı tənzih edirik), bir növ həmail hesab edə və evlərində təkcə şkafların üstündə saxlaya bilərlər. Əgər qurtuluşa çatmaq istəyirsinizsə, çoxluğa deyil, Rəbbimizin əmrinə tabe olun və Allahdan öyüd-nəsihət olaraq endirilən Quranı oxuyub hökmlərini öyrənin. Çünki Allah ayələrində Quranın insanlara göndərilmə səbəblərini bizə belə bildirir:
Məhz bu (Quran) xəbərdar edilib qorxudulsunlar, həqiqətən Onun yalnız tək İlah olduğunu bilsinlər, həmçinin ağıl sahibləri yaxşı öyüd alıb düşünsünlər deyə bir bildirişdir. (İbrahim surəsi, 52)
(Bu Quran) ayələrini çox yaxşı düşünsünlər və təmiz ağıl sahibləri öyüd alsınlar deyə, sənə nazil etdiyimiz mübarək Kİtabdır! (Sad surəsi, 29)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah təkcə Qurana görə iman gətirən təmiz ağıl sahiblərinin öyüd ala biləcəklərini bildirmişdir. Həmçinin unutmayın ki, Quran öyüd alıb düşünə bilməyimiz üçün asanlaşdırılmışdır. Ayələrdə belə bildirilir:
Məgər mən Allahdan başqa hakim axtarım? Halbuki O, sizə Kitabı açıqlanmış şəkildə nazil etmişdir. Özlərinə Kitab verdiyimiz kəslər bunun həqiqətən Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. O zaman, əsla şübhə edənlərdən olma. (Ənam surəsi, 114)
Məhz Biz onu (Quranı) açıq-aydın ayələr şəklində nazil etdik; şübhəsiz ki, Allah istədiyini doğru yola yönəldər. (Həcc surəsi, 16)
Qurani Kərimlə əlaqədar Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
Quran Allah Əzzə və Cəllənin kəlamıdır. Elə isə Quran sahibi Rəbbinin qadağan etdiklərini etməmək üçün ona təzim (hörmət) etsin. (G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1-ci cild, Gonca nəşriyyat evi, İstanbul, 1997, 227/10)
Bütün bunlarla yanaşı unudulmaması lazım olan çox mühüm bir həqiqət daha var: Quran iman gətirənlər üçün doğru yol göstərən olduğu kimi, inkarçıları da zəlalətə sala bilir. Haqq-hesab günü Alalhın hüzuruna çıxacağına inanmayan, Quranın Rəbbimizdən bütün insanlara endirilən haqq kitab olduğunu qavraya bilməyən bəzi insanlar ayələrdəki hikmətləri də anlaya bilməzlər. Ayələrlə qarşılaşdıqları zaman, kor və kar kimi davranarlar. Bu insanların vəziyyəti Quran belə xəbər verilir:
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda sadəcə Rəbbini “bir və tək” (ilah olaraq) andığın zaman, “nifrətlə qaçan vəziyyətdə” arxalarını dönüb gedərlər. (İsra surəsi, 45-46)
Şübhəsiz ki, kafirlərin düşdükləri bu vəziyyət səmimiyyətsiz olmalarından və Allahın əmrlərini unudub öz istək və həvəslərinə görə hərəkət etmələrindən qaynaqlanır. Kafirlər qavrama çatışmazlıqlarından ötrü belə məsəllər çəkərlər:
Biz o odun gözətçilərini yalnız mələklərdən etdik və onların sayını inkarçılar üçün fitnə (məsələsi) etdik ki, özlərinə Kitab verilənlər yəqinliklə inansın, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və iman gətirənlər (beləliklə) şübhə qapılmasınlar. Qəlblərində xəstəlik olanlar və kafirlər isə belə desin: “Allah bu məsəllə nə demək istədi?” desinlər. Məhz Allah istədiyi kimsəni belə azdırır, istədiyini də belə doğru yola yönəldir. Rəbbinin orduları barədə Özündən başqa (heç kəs) bilməz. Bu isə, bəşər (insan) üçün yalnız öyüd-nəsihətdir. (Müddəssir surəsi, 31)
İman gətirənlər isə tam fərqli ruh halı içindədirlər. Onlar Allahdan özlərinə nazil edilən ayələri dinlədikləri zaman, dərhal sözün ən gözəlinə əməl edər, eləcə də, dünya və axirətdə nicat taparlar. Onların ayələrə qarşı bu nümunəvi davranışları da Quranda belə xəbər verilir.
Allah sözün ən gözəlini – bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Rəbbindən içləri titrəyərək qorxanların ondan dəriləri ürpərər. Sonra isə onların dəriləri və qəlbi Allahın zikrinə qarşı yumşalar. Məhz bu, Allahın hidayətidir. Bununla istədiyini doğru yola yönəldər. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. (Zumər surəsi, 23)
Unutmayın ki, Allahdan qorxub çəkinirsinizsə, sizin də qəlbiniz Onun ayələrini dinlədiyiniz zaman yumşalmalıdır. Çünki Allah səmimi iman gətirənlərin Quranın haqq olduğunu anlaya biləcəyini bizə bildirmişdir. Quranın haqq olduğuna şübhə edənlər isə yalnız inkarçılardır. Allah ayələrində belə buyurur:
(Bir də) özlərinə elm verilənlərin, bunun (Quranın) heç mübahisəsiz Rəbbindən olan bir həqiqət olduğunu bilmələri üçün; beləliklə ona iman gətirsinlər və qəlbləri ona arxayın olaraq bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri dosdoğru yola yönəldər. İnkarçılar isə, qiyamət saatı onlara qəflətən gələnə və ya kəsilməyə düçar olmuş (səmərəsiz) günün əzabı onlara yetişənə qədər ona (Qurana) şübhə edəcəklər. (Həcc surəsi, 54-55)
Siz də haqq-hesab günü Qurandan sorğu-sual ediləcəyinizi unutmayın. Allah bu həqiqətə; "o zaman, sənə vəhy olunana möhkəm yapış; çünki sən dosdoğru yoldasan. Şübhəsiz ki, o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız" (Zuxruf surəsi, 43-44) ayələriylə diqqət çəkmişdir. İnsanların əksəriyyətinin Qurandan uzaqlaşmış, sanki onu tərk etmiş olması əsla sizi aldatmasın. Çünki bir çox insan, sanki 60-70 yaşına qədər yaşayacaqlarına zəmanət verilmiş kimi, Quranı oxuyub öyrənməyi qocalıq illərinə saxlamağı məqsədəuyğun hesab edərlər. Gənclik illərində dinə uyğun yaşamağın, özlərini bir çox şeydən məhrum qoyacağını düşünərlər. Halbuki bu səmimiyyətsiz məntiqləriylə özlərinə pis bir aqibət hazırlayarlar.
Allaha necə ibadət edəcəyinizi sizə açıqlayan və yeganə rəhbəriniz olan kitab Qurandır. Bütün həyatınızı Quranın hökmlərinə və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun şəkildə qaydaya salmağınız vacibdir. Çünki iman edib-etməməyindən asılı olmayaraq, hər kəs haqq-hesab günü Qurandan sorğu-sual olunacaq. Unutmayın ki, təkcə səmimi olaraq Quranın hökmlərini əməl etdiyiniz təqdirdə, əbədi əzabdan xilas olmağı və cənnətə qovuşmağı ümid edə bilərsiniz.
...Onlar Allahı unutdular, Allah da onları unutdu... (Tövbə surəsi, 67)
Məlum məntiqə görə, əgər insan çimərlikdə qumdan düzəldilmiş bir heykəl görsə bunu mütləq birisinin düzəltdiyini düşünər. Bu heykəlin dalğa və küləyin təsiri ilə təsadüfən əmələ gəldiyini, təkcə əqli çatışmazlığı olan müdafiə edər. Kainatda mövcud olan hər şeydə də açıq-aşkar görünə bilən nizam var. Üstəlik, bu nizam çimərlikdə qumdan düzəldilən heykəllə müqayisə olunmayacaq qədər mükəmməl, üstün və təfsilatlıdır. Bu halda, qarşımıza açıq-aydın həqiqət çıxır: kainatın üstün Yaradıcısı var və bu Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.
Bütün kainatda mükəmməl nizamın olduğu, görməzlikdən gəlinə bilməyəcək qədər açıq-aydın həqiqətdir. Üzərində yaşadığımız Yer kürəsi də, ən əlverişli şərtlərin bir yerə cəmlənməsi ilə yaranmışdır. Yerdən Günəşə olan məsafə, atmosferdəki oksigen nisbəti, Yerin cazibə qüvvəsinin qəyməti və daha yüzlərlə həssas tarazlığın heç biri özlüyündən, yaxud təsadüflər nəticəsində var olmamışdır. Bunlar, şübhəsiz ki, ən kiçik mikroorqanizmdən Günəş sisteminin nəhəng planetlərinə qədər hər şeyi idarə edən Allahın yaratmasıdır. Allah kainatı sonsuz ağlı və gücü ilə yaratmış, yer üzünü də yaşamağımız üçün xüsusi dizayn etmişdir. Çünki Allah yaradıb nizama salandır. Bir ayədə belə keçir:
(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən müddətədək dövr eddər. Məhz bunları (yaradıb nizama salan) Allah sizin Rəbbinizdir, mülk Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz “bir hüceyrə nüvəsinin çox nazik membranına” belə sahib deyillər. (Fatir surəsi, 13)
İndi bir az daha yaxına gələk və insan vücudunu araşdıraq. Qarşımıza ağlasığmaz mükəmməlliklərlə dolu bir quruluşun çıxdığını görərik. İnsan beyni müasir texnologiyanın ən üstün məhsulu kimi qəbul edilən kompyuterlərlə əsla müqayisə edilməyəcək qədər mükəmməl işləyir. Bununla yanaşı, vücudun hər orqanı həm öz daxilində, həm də digər orqanlarla tam uyğunluq içindədir. Məsələn, insanın nəfəs ala bilməsi üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək və bütün damarlar eyni anda fəaliyyət göstərir. Bunlardan biri belə bir dəqiqə dincəlməz və bir an belə yorulmaz. Hər biri böyük itaətkarlıq və təslimiyyətlə özünü yaradan Allaha təslim olar və Rəbbimizin özü üçün təqdir edib planladığı əmri yerinə yetirər. Nəfəs alarkən burunda təmizlənib isinərək keçən hava, nəfəs borusundan da keçərək ağciyərə daxil çatar. Ürəyimizdə, damarlarımızda, bir sözlə, vücudumuzdakı hər bir hüceyrədə bu oksigen istifadə edilər. Bir-iki dəqiqə belə işləmədikdə insanın ölümünə səbəb olacaq orqanlar, vücudu canlı saxlamaq üçün eyni anda başqa işlər də görərlər. Bir çox prosesi bir-birinə qarışdırmadan, səhv etmədən və ləngitmədən böyük məharət və ağılla icra edərlər. Bu nizamlı prosesdə hər hansı çatışmazlıq olsa, nəfəs almağımız və yaşamağımız qeyri-mümkün olar.
Eyni şey gözlərə də aiddir. Göz, canlıların yaradıldığının ən aydın dəlillərindən biridir. İstər insan gözü, istərsə də heyvan gözləri olsun, canlıların sahib olduqları bütün görmə orqanları mükəmməl nizamın çox təsiredici nümunələridir. Gözümüz bizə elə keyfiyyətli təsvir bəxş edir ki, bu heç XXI əsr texnologiyası ilə də əldə olunmayıb. Lakin unutmayın ki, gözün görməsi üçün onun bütün hissələri eyni anda mövcud olmalı və uyğunluq içində işləməlidir. Məsələn buynuz qişa, konyunktiva, qüzehli qişa, göz bəbəyi, göz bülluru, torlu qişa, xoroideya, göz əzələləri, göz yaşı vəziləri kimi bütün hissələr olsa və işləsə, lakin təkcə göz qapağı olmasa, göz qısa müddətdə xeyli korlanar və görmə funksiyasını itirər. Yenə eyni şəkildə, gözü təşkil edən bütün orqanoidlər olsa, lakin göz yaşı ifrazı dayansa, göz qısa müddətdə quruyar və kor olar. Belə vəziyyətdə qarşımıza mühüm bir sual çıxır: bəs bu qədər uyğun orqanoidləri bir anda kim yaratmışdır? Görməyimizə imkan verən gözü kim əmələ gətirmişdir?
Əlbəttə, gözün əmələ gəlməsinə qərar verən, gözün sahibi olan canlı deyil. Çünki görməyin nə demək olduğunu belə bilməyən bir canlının, görmək üçün görmə orqanına ehtiyac duyub öz vücudunda bunu əmələ gətirməsi qeyri-mümkündür. Bu vəziyyət bizə, canlıları görmə, eşitmə və s. kimi duyğu orqanları ilə yaradan üstün ağıl sahibinin varlığını açıq şəkildə göstərir. Əks təqdirdə şüursuz hüceyrələrin görmək, eşitmək kimi şüur tələb edən funksiyaları, öz istəkləri və bacarıqları sayəsində qazandıqları iddia edilmiş olar. Bunun isə qətiyyən mümkün ola bilməyəcəyi aydındır. Quranda bu mövzu haqqında belə bildirilir:
De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Ayədə də xəbər verildiyi kimi, insan vücudundakı bu sistemlərin hamısını uyğunluq içində yaradan Allahdır. İstər öz vücudumuzda, istərsə də xarici aləmdə gördüyümüz saysız-hesabsız incəliklər Allahın gücünü, böyüklüyünü və elmi ilə hər şeyi əhatə etdiyini açıq şəkildə göstərir. Lakin bir çoxlarına həqiqətləri düşünmək deyil, bunlara arxasını çevirib qaçmaq asan gəlir. Buna görə də, Allah Quranda insanları ətrafa baxıb Öz sonsuz gücü və böyüklüyü haqqında düşünməyə dəvət edir:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Əmr onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Allahın sizə çox yaxın olduğunu və hər şeyi əhatə etdiyini əsla unutmayın. Allah sizin kitab oxuduğunuz bu anı, hər hansı anda ağlınızdan keçənləri, uşaq vaxtı yaşadığınız bir hadisəni, bir neçə il sonra etmədiyi planlaşdırdığınız şeylər də daxil olmaqla hər şeyi bilir. Bu, hakimiyyət gecə-gündüz durmadan bütün varlıqlar üzərində davam edər. Necə ki, Allah Quranda belə bildirmişdir:
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (Qaf surəsi, 16)
Allah hər şeyin iç üzündən, gizli yönlərindən, insanın ağlından keçən və kiminsə bilməsinin mümkün olmayacağı düşüncələrdən və insanın gizlədib heç kimə demədiyi bütün sirlərindən də xəbərdardır. İnsanları hər yöndən əhatə edən Allah, gördüyümüz işdən və olduğumuz mühitin hansı, həmçinin necə mühit olmasından asılı olmayaraq bizə şahiddir. Bu həqiqət bir ayədə belə xəbər verilir:
Sənin içində olduğun hər hansı vəziyyət, onun barəsində Qurandan oxuduğun hər hansı şey və sizin gördüyünüz hər hansı iş yoxdur ki, ona (xeyli) daldığınız zaman, Biz sizin üstünüzdə şahidlər olmayaq. Yerdə və göydə olan zərrə qədər bir şey Rəbbindən uzaqda (gizli) qalmaz. Bunun daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Kitabda (yazılmış) olmasın. (Yunis surəsi, 61)
Bu həqiqətə baxmayaraq, bəzi insanlar Allahın özlərindən çox uzaq olduğunu zənn edərlər. Şüur altlarındakı düşüncəyə görə Allah, çox uzaqdakı bir planetin arxasında oturur və çox nadir hallarda dünya işlərinə qarışır. Yaxud heç qarışmır və kainatı bir dəfə yaratmış və nəzarətsiz buraxmışdır. Halbuki bu, açıq-aydın yanlış fikirdir. Allah hər yerdədir və varlığı hər şeyi əhatə edir. Varlığı ilə şərqdən qərbə, şimaldan cənuba qədər hər yeri əhatə etmişdir.
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edəndir. (Nisa surəsi, 126)
Siz hara getsəniz də, hətta dünyanın ən uzaq guşəsinə getsəniz də, Allah oranı da əhatə etmişdir. Bu anda da sizi hər tərəfdən əhatə edir və sizə şah damarınızdan daha yaxındır. Vücudunuza, otağınıza, olduğunuz şəhərə, kainatın hər guşəsinə, gözünüzlə görə bilmədiyiniz bütün aləmlərə hakimdir; hamısının keçmiş və gələcəkləri ilə bərabər. Bu qəti həqiqəti görməzlikdən gələn bəzi insanlar, ağıllarından keçirdikləri düşüncələri və Allaha qarşı səmimiyyətsiz şəkildə işlədikləri günahları insanlardan gizlədər, lakin bunları Allahdan gizlədə bilmədiklərini düşünməzlər. Halbuki Allah, onlar edəcəklərini planlaşdırarkən belə onların yanlarındadır. Bir ayədə belə buyurulur:
(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu əhatə edib qavraya bilməz! (Taha surəsi, 110)
Növbəti anda nə edəcəyinizi bilmirsiniz, lakin Allah bilir. Buna görə də, bilsəniz də, bilməsəniz də, Allaha təslim olmuş vəziyyətdəsiniz.
Siz ağlınızdan keçənləri desəniz də, deməsəniz də, Allah üçün birdir. Çünki Allah hər şeydən xəbərdardır. Pıçıltı ilə dediyiniz sözlər də Allahdan gizli qalmaz. Çünki Allah üçün sirr yoxdur, O, gizlinin gizlisini də bilir.
Unutmayın ki, yer üzündəki hər varlıq Allaha möhtacdır. Allah isə insanın sahib olduğu bütün nöqsanlardan münəzzəhdir, heç nəyə ehtiyacı yoxdur. Yuxu, aclıq, susuzluq, yorğunluq kimi ağla gələ biləcək bütün insani acizliklərdən uzaqdır. Kimliyindən asılı olmayaraq, hər kəs mütləq öləcək, lakin Allah əzəli və əbədidir, həmişə diri olandır:
Allah... Ondan başqa İlah yoxdur. Diridir, Qaimdir. O mürgü və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. Allahın icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Ona çətin gəlməz. Ən çox Ucadır, Uludur! (Bəqərə surəsi, 255)
Hər hadisənin Allahın nəzarəti altında baş verdiyini unutmayın. Allah sonsuz güc sahibidir. Quranda bildirildiyi kimi, bir yarpaq belə Allahın nəzarəti olmadan düşməz (Ənam surəsi, 59). Hər şey Allahın məlumatı daxilində və əmri ilə hərəkət edər. Yerdən göyə bütün işlər Allahın əmri ilə gerçəkləşir. Bütün işlər deyildikdə, bir çox insan bunu təkcə təbiət hadisələri və ya ölüm, doğum kimi hadisələr olaraq düşünər. Lakin təkcə bunlar deyil, ağla gələ biləcək hər iş, hər hadisə, yaşanan hər sistem Allahın əmri ilə baş verir.
Texnoloji kəşflər, bütün dünya dövlətlərinin idarə olunması, hər birinin iqtisadi və sosial vəziyyəti, yaradıcılıq fəaliyyətləri, kiçik-böyük bütün şirkətlər və onlarda görülən hər iş, dünyaya gələn hər yeni insan və bu insanların həyatlarındakı hər saniyə üstün Yaradıcı olan Allahın nəzarəti altında və məlumatı daxilindədir. Ən kiçiyindən ən böyüyünə qədər alınan hər qərar, icra edilən hər fəaliyyət Allahın icazəsi ilə həyata keçər. Eyni şəkildə vücudunuzdakı trilyonlarla hüceyrənin fəaliyyəti, bunların hər birinin içindəki orqanoidlərin ayrı-ayrılıqda gördüyü bütün işlər, bu hüceyrələri bəsləyən sistemlər və daha saya bilməyəcəyimiz müxtəlif incəliklər Allahın nəzarəti altındadır. Bununla yanaşı, boşluqda dövr edən Yer kürəsi və onun üzərindəki tək bir qarışqanın qidalanmasından nəsil verməsinə qədər bütün işlər yenə Allahın icazəsi ilə gerçəkləşər. Bu həqiqət Quranda belə bildirilir:
Mən, həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha təvəkkül etdim. Onun, alnından tutub nəzarət etmədiyi heç bir canlı yoxdur. Mənim Rəbbim mütləq dosdoğru bir yol üzərinəddir (doğru yolda olanı qorumaqdadır). (Hud surəsi, 56)
Allah, hər kəsin təslim olduğu, elmi ilə hər yeri əhatə edən və bütün biliyin sahibi olan Rəbbimizdir. Allah, kiçik uşaqdan alimə qədər hər kəsə bildiklərini öyrədən və görə bildiklərimizi və qeybi, yəni görə bilmədiyimiz aləmləri də biləndir. Göydə və yerdə olan hər şeyin - ulduzların, ağacların, insanların, heyvanların və yağan yağışın miqdarını da təyin edən təkcə Allahdır.
Göylərdə və yerdə olan (hər kəsin və hər şeyin) hamısı Rəhman (olan Allahın hüzurun)a, təkcə qul kimi gələcək. And olsun ki, onların hamısını əhatə etmiş və onları saymışdır. (Məryəm surəsi, 93-94)
Kainatın hər guşəsində baş verən hər hadisəyə nəzarət edən Allahdır. O, bütün işlərin gizli və açıq yönlərinin hamısından xəbərdardır. Təkcə bizdən deyil, göylərdə, yerdə və bu ikisinin arasında nə varsa, hamısından xəbərdardır. Çünki Allah bütün aləmlərin sahibidir. O zaman, ən kiçik şeyin belə Ondan əsla gizli qala bilməyəcəyini, siz də daxil olmaqla, bütün insanların ağlından keçənlərin və ya gördüyü işlərin hamısının Allahın nəzarəti altında olduğunu əsla unutmayın. Çünki Allah hər insanın həyatı boyu yaşadıqlarını incəliyinə kimi bilir. Allah əsla səhv etməz və qətiyyən heç nəyi unutmaz.
Peyğəmbərimiz (s.ə.v) tale ilə əlaqədar, bir hədisində belə buyurub:
“Bir nəfsə təqdir edilən şey mütləq olar”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşriyyatı, Ankara, 1992, səh. 499)
Sizə sahib olduğunuz hər şeyi Allahın verdiyini unutmayın. Ətrafınıza baxın. Mövcud olan hər şey ehtiyaclarınızı ödəyəcək şəkildə diqqətlə hazırlanmış və ayrı-ayrılıqda istifadənizə verilmişdir. Başınızı qaldırıb bir də göyə baxın və ətrafınızda olanları düşünün. Məhz bu zaman, Allahın, şükr etməyə layiq olduğunu, həmçinin bizi gördüyümüz və görmədiyimiz neçə-neçə nemətlərlə təmin etdiyini daha yaxşı qavrayarsınız. Elmin, çatdığı səviyyəyə baxmayaraq, hələ də müəmma kimi xarakterizə etdiyi insan vücudunu yaradan və bütün orqanların mükəmməl uyğunluqla işləməsini təmin edən, bəzi heyvanları əhlilləşən heyvan kimi yaradıb insanların xidmətinə verən, onlarla yemək, geyim və gediş-gəliş ehtiyaclarını ödəmələrini təmin edən; göydən endirdiyi su ilə eyni torpaqda müxtəlif dadlarda əkin və meyvələr yetişdirən, sayı yüz milyardlara çatan qalaktikaları çox böyük tarazlıq içində hərəkət etdirən, gündüzü işləmək və gecəni dincəlmək üçün əlverişli edən, Günəşi orbitində dövr etdirən, dənizləri insanların qida tapmasına və səyahət etməsinə ən uyğun şəkildə yaradan təkcə Allahdır. Allah bu həqiqəti ayələrində belə xəbər verir:
İnsanı bir damla sudan yaratdı, buna baxmayaraq o, açıq-aşkar bir düşməndir. Həmçinin heyvanları da O yaratdı; onlarda sizin üçün istilik və faydalar vardır, həmçinin onlardan yeyirsiniz. Axşamları gətirib, səhərlər apararkən onlarda sizin üçün gözəllik var. Onlar, özünə çatmadan canlarınızın yarısının tələf olacağı şəhərlərə yüklərinizi daşıyırlar. Şübhəsiz ki, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Onlara minməyiniz və zinət olması üçün atları, qatırları və eşşəkləri (yaratdı). Eləcə də, daha bilmədiyiniz nələri yaradır? Yolu düzəltmək Allaha aiddir, bəzi (yollar) isə əyridir. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. Sizin üçün göydən su endirən Odur; içki ondan, ağac ondandır (ki) heyvanlarınızı onda otladırsınız. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Şübhəsiz ki, bunda düşünənlər üçün ayələr var. O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Şübhəsiz ki, bunda ağlını işlədə bilənlər üçün ayələr var. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda öyüd alıb düşünənlər üçün ayələr var. Dənizi də sizə ram edən Odur, ondan təzə ət yeyir və geyiminizdə istifadə etmək üçün ondan zinət əşyaları çıxardırsınız. Gəmilərin onda (suları) yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü axtarmağınız və şükür etməyiniz üçündür. Sizi silkələyər deyə yerdə sarsılmaz dağlar yaratdı, çaylar və yollar da (yaratdı). Ümid edilir ki, doğru yolu taparsınız. Həmçinin (başqa) işarələr də (yaratdı); onlar ulduz (lar)la da doğru yolu tapa bilərlər. Yaradan, heç yaratmayan kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymağa cəhd etsəniz, onu ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 4-18)
İnsanın saymağa ömrünün kifayət etməyəcəyi nemətlərin hər biri, bütün işləri qaydaya salan Rəbbimizin istəyi ilə yaranmış və insanın xidmətinə verilmişdir. Allah bir ayəsində bunu belə bir məsəllə xatırladır:
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Şübhəsiz ki, Allah, üstün və güclüdür, hökm və hikmət sahibidir! (Loğman surəsi, 27)
Sahib olduğunuz bütün mal-mülkü sizə Allahın verdiyini və Onun, bütün bunların hamısının əsil sahibi olduğunu da əsla unutmayın. Çünki göylərin, yerin və ikisinin arasında olanların mülkü Allahındır. Lakin Allah istədiyinə istədiyi qədər verər. Vaxt çatıb insanların həyatına son qoyduqda tək varis yenə Odur. Bütün evlərin, avtomobillərin, malların, əşyaların, ərazilərin, qidaların, bir sözlə, hər şeyin tək və həqiqi sahibi Allahdır.
Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! (Maidə surəsi, 120)
Siz Allahın təyin etdiyi vaxt gələndə bütün var-dövlətinizi, mövqeyinizi, şəxsi əşyalarınıza qədər hər şeyi arxada qoyacaqsınız. Çılpaq vücudunuz təkcə bir neçə metr bezə sarılıb bir çuxura atılacaq. Ruhunuz isə tək-tənha Allaha qayıdacaq. Dünyada sahib olduğunuz məqam, ad və zənginlik orada etibarlı olmayacaq. Siz bu dünyada onlarla sadəcə imtahan olunursunuz. Həqiqi sahibi deyilsiniz. Sahib olduğunuzu zənn etdiyiniz hər şey təkcə Allah sizə lütf etdiyi üçün var. Əgər Allah bunları bir səbəblə alsa, sizin bunları geri almağa qətiyyən gücünüz çatmaz.
Allahın sizin üçün istədiyindən başqa başınıza heç nəyin gələ bilməyəcəyini unutmayın. Başınıza gələn və sizin yaxşı və ya pis hesab etdiyiniz bütün hadisələr Allahın məlumatı daxilində, yəni taleyin axarında baş verir. Heç kim o gün özünü hansı hadisələrin gözlədiyini bilə bilməz. İnsan hər nə qədər öz-özünə plan qururmuş kimi düşünsə də, əslində, hadisələr onun istədiyi kimi getməz, hətta heç ağla gəlməyəcək hadisələrlə də qarşılaşa bilər. İnsanı bu qeyri-müəyyənlik içində rahat edən yeganə şey qarşılaşdığı hər hadisənin Allahın istəyi ilə özü üçün xüsusi olaraq yaradıldığını bilmək və Rəbbimizin yaratdığı taleyə tam güvənib təslim olmaqdır. Lakin burada bir xüsusa daha diqqət yetirmək lazımdır: planlaşdırmadan yaşadığınız hadisələr Allahın məlumatı və nəzarəti altındadır. Lakin eynilə planlaşdırdığınız hadisələr də Allahın nəzarəti altındadır. Çünki kainatda Allahdan müstəqil, Rəbbimizin hakimiyyətindən kənar bir an belə yaşanmaz (Allahı tənzih edirik). Bir ayədə möminlərin belə söylədiklərindən bəhs edilir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç nə üz verməz. O bizim Mövlamızdır. Eləcə də, möminlər təkcə Allaha təvəkkül etməlidirlər!” (Tövbə surəsi, 51)
Unutmayın, başınıza hər nə gəlsə də, Allahdandır və bir hikməti var. Bilin ki, insanın Allahdan gələcək şeylərə qarşı yenə Allaha sığınmaqdan başqa yolu yoxdur, başqa vəli və yardımçısı yoxdur:
(Yenə) Bilmirsən ki, həqiqətən göylərin və yerin mülkü Allaha məxsusdur. Sizin Allahdan başqa vəliniz və yardımçınız yoxdur. (Bəqərə surəsi, 107)
Gün ərzində hər hansı məsələdə müvəffəqiyyət qazanmaq istədiyimiz zaman və ya hər hansı işlə məşğul olanda bizə Allah kömək edər. Hətta bu işi asanlaşdırdığı kimi, onu yaradan, bizə istədiyimiz şeyi istədiyimiz anda etdirən də təkcə Rəbbimizdir. Allahın böyüklüyünü görməzlikdən gələn bir insanın zənninə görə, ona kömək edən ya iş yoldaşıdır, ya ailəsidir, ya da başqa insandır...
Əlbəttə ki, bu insanlar məlumat və həyat təcrübəsi ilə insan kömək edə bilərlər. Lakin bütün bunların bir səbəb olduğunu unutmayın. Çünki Allah dünyada nəticələri müəyyən səbəblərə bağlamışdır. Məsələn, almanı yeməli hala gətirə bilmək üçün tingi əkib onu sulamaq və gübrələmək lazımdır. Məhz bunlar Allahın qoyduğu səbəblərdir. İnsan təkcə bu tələbləri lazımınca yerinə yetirdikdən sonra Allahdan yüksək məhsuldarlıq gözləyə bilər.
Baş verən hər hadisədə nəticənin Allaha aid olduğunu və Allahın təqdirinə qəlbən razı olmalı olduğunuzu əsla unutmayın.
Unutmayın ki, sizi bütün təhlükə, xəstəlik, sıxıntı və bəlalardan qoruyan təkcə Allahdır. Yoxsa bunlardan hər hansı biri insana hər an üz verə bilər. Xəstələnən zaman sizi həkimin, yaxud qəbul etdiyiniz dərmanın sağaltdığını düşünə bilərsiniz. Əlbəttə ki, insan Allahın səbəb olaraq yaratdığı bu yollara əl atmalıdır, lakin sonda özünü bu xəstəlikdən yalnız və yalnız Allahın xilas edəcəyini mütləq bilməlidir. O istəmədikdən sonra nə ən mütəxəssis həkimlərin, nə ən bahalı dərmanların, nə də ən yaxşı xəstəxanaların insana hər hansı faydası toxunar. Allah istədiyi şəxsə imtahan olaraq səbəbsiz xəstəlik verə biləcəyi kimi istədiyini də səbəbsiz sağalda bilər. Allah bu ilahi həqiqəti Quranda hz. İbrahimin sözləri ilə belə bildirmişdir:
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. (Şuəra surəsi, 80)
Bütün güc təkcə Allaha məxsusdur. Bu həqiqəti unudub, nə özünə, nə də başqasına (Allahın istəməsi istisna olmaqla) ən kiçik kömək etməyə belə gücü çatmayacaq varlıqlardan mədət ummaq, insana həm dünyada, həm də axirətdə çox böyük ziyan gətirər. Mədət umulan insanlar da eyni dərəcədə acizdirlər. Nəinki başqasına, heç özlərinə də (Allahın istəməsi istisna olmaqla) kömək edə bilməzlər. Allah “Əraf” surəsində belə buyurur:
Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə köməklik edə bilər!” (Əraf surəsi, 197)
Təkcə Allahdan qorxmalı və təkcə Onun rizasını axtarmalı olduğunuzu unutmayın. Həyatınızda əhəmiyyətli olduğunu düşündüyünüz və ya güc sahibi hesab etdiyiniz, buna görə də, öz-özünüzə gözünüzdə böyütdüyünüz hər hansı insanın, həqiqətdə özünə məxsus ən kiçik gücü yoxdur. Belə olduğu halda, insandan Allahdan qorxurmuş kimi qorxmaq, çəkinmək və ya Allahı sevirmiş kimi sevmək Qurana görə “bu insanı Allaha şərik qoşmaqdır” ki, Quranda Allah bunun böyük günah olan şirk olduğunu bildirmişdir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Ayədə də xəbər verildiyi kimi, iman gətirənlər Allahın rizasını hər şeydən üstün tutarlar. Əgər insan bu təməl əsasında yaşayarsa, həmişə Allahdan başqa qorxacaq, çəkinəcək, möhtac olunacaq, təslim olunacaq bir varlığın olmadığı düşüncəsi ilə hərəkət edər. Bu şüurla həqiqi mənada azadlığa sahib olmaqla yanaşı, sonsuz güc sahibini özünə vəli tutmuş, məğlub edilə bilməz bir şəxs olar. Beləliklə, mövcud olan hər şeyin bütün ehtiyaclarını təmin edən, rahatlıq bəxş edən, sıxıntı və ehtiyac içində olana yardım edən, hər kəsin etdiklərinin əvəzini tam verən və bəndələrini qoruyan Allahın rizasını qazanmağı ümid edər. Quranda Allah rizasının əhəmiyyətinə belə bir nümunə ilə diqqət çəkilir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz! (Tövbə surəsi, 109)
İnsanların əksəriyyətinin sahib olduğu ən böyük yanlış fikirlərdən biri budur: bütün həyatını insanların razılığı üzərinə qurmaq. Halbuki özünü yaradanı və yaşadanı unudaraq insanları razı etmək üçün sərf edilən hər saniyə, görülən hər iş, sonda həmin insana əzab kimi qayıdar. Allah bununla əlaqədar Quranda düşünə bilənlər üçün çox hikmətli nümunə vermişdir:
Allah (şirk qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onların vəziyyəti eyni ola bilərmi?... (Zumər surəsi, 29)
Allah Öz istədiyi şəkildə yaşayan bəndələrini həm dünyada, həm də axirətdə ən gözəl şəkildə yaşadar. Lakin Allahın rizasından uzaqlaşıb, özü kimi aciz qul olan insanlardan və ya başqa varlıqlardan mədət umanlar, həmişə xeyli çıxılmaz vəziyyətdə olub zülm edirlər. Allah bunu bir ayəsində belə bildirir:
Şübhəsiz ki, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunis surəsi, 44)
Üstəlik, Allahla yanaşı başqa ilahlar qəbul edənlər ayədə bildirildiyi kimi, qınanmış halda yalqız, tək-tənha və köməksiz qalarlar:
Allahla yanaşı başqa ilahlar qəbul etmə, yoxsa qınanmış və yalqız (tək-tənha və köməksiz) qalarsan. (İsra surəsi, 22)
Dünyada Allahı unudub qəflətə düşənlər bütün işlərində çətinliyin, qəlblərində isə sıxıntının əskik olmayacağı, hüzur və xoşbəxtliyi əsla yaşaya bilməyəcəkləri şəkildə ömür sürərlər. Əslində, bu, yer üzündəki mükəmməl sistemlərin təsadüflər nəticəsində meydana gəldiyini düşünən zehniyyətə verilən ədalətli qarşılıqdır. Axirətdə isə onlar üçün nankorluqlarının əvəzi olaraq qızğın şəkildə yanan od gözləyir.
Unutmayın ki, “Allah qorxusu” dinin əsasıdır. Allah təkcə Özündən qorxub çəkinənə doğrunu yanlışdan ayırma qabiliyyətini verir ki, bu da insan üçün ən böyük nemətlərdən biridir. Çünki həm qısa və müvəqqəti olan dünya həyatı, həm də öldükdən sonra başlayan əsil olan, əbədi həyat təkcə bu anlayışla ən gözəl şəkildə formalaşır:
Ey iman gətirənlər, Allahdan qorxsanız, O sizə doğrunu yanlışdan ayırd edən bir nur və anlama qabiliyyəti (furqan) verər, pis əməllərinizin üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Digər tərəfdən Quranda Allahın varlığını bildiyi halda, Onu lazımınca təqdir edə bilməyən və Allahdan qorxub çəkinməyən insanların varlığına da diqqət çəkilir. Ayələrdən bəziləri belədir:
De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Eləcə də işləri qaydaya salan kimdir? Onlar: “Allahdır!” deyəcəklər. De: “Bəs yenə də qorxmayacaqsınız?” Məhz O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Elə isə haqdan sonra zəlalətdən başqa nə var?! Bəs hələ də necə döndərilirsiniz?” (Yunis surəsi, 31-32)
Ayələrdə haqqında bəhs edilən insan, Allahın varlığını bilir və bu həqiqəti təsdiqləyir, lakin buna baxmayaraq, Allahdan qorxmur. Həqiqi möminlər isə, həm Rəbbimizdən xeyli qorxurlar, həm də, Qiyamət saatından və haqq-hesab günündən qorxduqları üçün, başqa bir ayədə xəbər verildiyi kimi, Allahdan “içləri titrəyərək” qorxanlardır. Nəticədə insan nə etsə də, belə ki, istər özünə xatırladılanları yadda saxlayıb qulluq etsə, istərsə də bütün öyüd-nəsihətləri unutsa da, Allaha qaytarılacağı o günə doğru sürətlə irəliləyir. İnsanlar bu həqiqətlə bir ayədə belə xəbərdar edilib:
Ey insan, həqiqətən sən, heç dayanmadan Rəbbinə doğru səy göstərirsən; sonunda Ona qovuşacaqsan. (İnşiqaq surəsi, 6)
Elə isə əsla Allahdan başqa güc sahibi olmadığını unutmayın. Allah ən böyük güc sahibidir. Bu həqiqətdən xəbərsiz olanlar Allahdan başqalarını Allaha şərik qoşar, üstəlik, bunlardan Allahdan qorxan kimi qorxarlar. Halbuki heç bir insan və ya camaat Allahdan müstəqil gücə sahib deyil. Bütün varlıqlar Allaha təslim olmuşdur. Peyğəmbərimiz (s.ə.v) də bu mövzu barədə, bir hədisində belə buyurub:
“Bir şey istəyəndə Allahdan istə. Kömək istəyəcəksənsə, Allahdan istə. Çünki qullar Allahın yazmadığı bir xüsusda sənə faydalı olmaq üçün toplansalar, bu faydanı verməyə qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün toplansalar, buna da qadir ola bilməzlər”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşriyyatı, Ankara, 1992, səh. 314)
Belə ki, göylərdə və yerdə nə varsa, istəsə də, istəməsə də, Allaha təslim olmuşdur və Onun nəzarəti altındadır. Tək bir hüceyrədən milyardlarla qalaktikaya, insanlardan heyvanlara, dağlardan küləklərə qədər bütün varlıq aləmi Allaha təslimdir. Elə isə Allaha aşağıdakı ayədə bildirildiyi şəkildə şükür etməyi unutmayın:
Buna görə ki, onlara minib dikələsiniz və dikəldiyiniz zaman, Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunları bizə ram edən (Allah) çox Ucadır! Yoxsa biz bunları (öz xidmətimizə) tabe edə bilməzdik. (Zuxruf surəsi, 13)
Heç kim Allahın diləməsi xaricində hərəkət edə bilməz, bir söz belə deyə bilməz. Buna görə də, sizə deyilən hər söz, başınıza gələn hər hadisə Allahdandır; yəni Vəlinizdən, həqiqi, yeganə Dostunuzdan... Əgər möminsinizsə, şər kimi görünən hadisələrdə belə mütləq sizin üçün xeyir və gözəllik var. Allah bunu bilir, siz isə bilməyə bilərsiniz. Qarşılaşdığınız vəziyyətdən asılı olmayaraq, bu həqiqəti düşünərək hərəkət etməyi unutmayın.
Allahın çox bağışlayan olduğunu və tövbə imkanın sizin üçün həmişə olduğunu unutmayın. Hansı səhvi etsəniz də, səmimi peşmançılıq və təkrarlamamaq niyyəti ilə Allaha yönəldiyiniz təqdirdə, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərsiniz. Səmimiyyətlə imtina edilən hər səhvi, günahı bağışlayacağını Allah qullarına belə bildirir:
(Məndən onlara) De: "Ey Mənim öz əleyhlərinə qarşı həddi aşmış bəndələrim. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O bağışlayandır, rəhmlidir". (Zumər surəsi, 53)
Dünyada hər səhvdən, günahdan imtina etmə, eləcə də, tövbə etmə imkanı və bağışlanma ümidi var. Allahın dininə görə insan keçmişdə etdiklərinin yükünü daşımaq məcburiyyətində deyil. Allahdan bağışlanma diləməsi və səmimi şəkildə Ona yönəlməsi, onu bu yükdən xilas edəcək və artıq bu insanın son vəziyyəti əhəmiyyətli olacaq. Lakin unutmayın ki, Allah təkcə səmimi olduğunuz təqdirdə tövbənizi qəbul edər, yoxsa ölüm sizə gələndə etdiyiniz tövbəni deyil...
Quranda azğınlığı və Allaha qarşı təkəbbürü ilə tanıdılan Firon belə boğulacağını başa düşdükdə tövbə etməyə çalışmışdı. Allah ölüm anında edilən tövbə barədəki hökmü ayələrində belə xəbər verir:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Allah Biləndir, hökm və hikmət Sahibidr. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)
Allahın sonsuz səbirli olduğunu unutmayın. Allah etdikləri səhvlərə görə insanlara müəyyən möhlət verər. Bu vəziyyət işlədiyi bir günahdan dərhal sonra əvəzini almayan insanları qətiyyən aldatmamalıdır. Çünki Allah qullarının zülmünə qarşı onlara möhlət verəndir. Əgər insan bunu görüb bağışlanma diləyərsə, Allah onu əfv edər. Tam əksinə, etdiklərində israr etsə və Allahın əmrlərindən üz döndərsə, etdiyi pis əməllərin nəticəsini mütləq alacaq:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)
Allaha qulluq etməkdən başqa yolunuz olmadığını unutmayın. Çünki Allah insanları Özünə qulluq etmələri üçün yaratdığını bir ayəsində belə bildirir:
Mən, cinləri və insanları, təkcə Mənə ibadət etmələri üçün yaratdım. (Zəriyət surəsi, 56)
Sahib olduğumuz hər şeyi verən, bizi yaradan, yaşadan, sonra istədiyi zaman həyatımıza son qoyacaq Rəbbimizə təslim olub, Onun istədiyi həyatı yaşamaq, heç qopmayan bir dəstəkdən yapışmaq kimidir:
Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o, artıq həqiqətən qopmayan bir dəstəkdən yapışmışdır. Bütün işlərin sonu Allaha qayıdar! (Loğman surəsi, 22)
Elə isə “RƏBBİMİZ OLAN ALLAH”ı əsla unutmayın...
Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyi yaradandır, elə isə Ona qulluq edin. O, hər şeyə vəkildir. Gözlər Onu dərk edə bilməz; O isə bütün gözləri dərk edər. O, Lətifdir, Xəbərdardır. (Ənam surəsi, 102-103)
Düşünün, bütün həyatınız boyu unutmamalı olduğunuz nə qədər çox hadisə var. Hələ səhər oyandığınız andan etibarən, gün boyu: "bunu qətiyyən unutmamalıyam" deyə, özünüzə təlqin etdiyiniz bir çox mövzu olur. Hətta bəzən bunları unutmamaq üçün bir yerə qeyd edib tədbir alırsınız. Bəzən də mühüm olduğuna inandığınız mövzularla əlaqədar bir şeyi unutma ehtimalını düşünmək belə istəmirsiniz...
Bəs sizə bunlarla müqayisə edilə bilməyəcək qədər mühüm mövzunu unutduğunuzu desək, nə edərdiniz?
Bu kitab, sizə həyatınızın ən mühüm mövzularını xatırlatmaq üçün yazılmışdır. Bunu unutmayın ki, gündəlik həyatda unutmamağa cəhd etdiyiniz mövzular hər nə olsa da, bunların hər birini unutmağın əvəzi, sizə bu kitabda xatırladacağımız şeyləri unutmağın əvəzi qədər ağır deyil.
Bu kitabın məqsədi sizə dünya həyatınızdakı mövcudluğunuzun məqsədini xatırlatmaqdır. Çünki insan unutqandır. Başı hadisələrə qarışıb iradəsindən istifadə etməzsə, əsil diqqət yetirməli olduğu mövzulardan uzaqlaşar. Həmçinin, Allahın hər tərəfdən onu əhatə etdiyini, hər an izlədiyini, dinlədiyini, etdiyi bütün əməllərə görə Allaha hesab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin varlığını, taledə olandan başqa heç bir hadisənin baş verə bilməyəcəyini və qarşılaşdığı hər şeydə bir xeyir olduğunu unudar.
Həmçinin insan qəflətə düşməyə də meyilli varlıqdır. Qəflətə düşüb, həyatının məqsədini və həmin an göstərməli olduğu düzgün rəftarları unudub xəta edə bilər. Lakin səmimi insanlarda bu unutqanlıq ani olar, xatırladıqları anda dərhal tövbə edib təkrar Allaha yönələr və Onun əmrləri əsasında yaşamağa davam edərlər. Quranda möminlərin Allaha duası belə xəbər verilir:
...Ey Rəbbimiz, unutduğumuz və ya səhv etdiyimizdən ötrü bizi məsul tutma... (Bəqərə surəsi, 286)
Əlbəttə ki, burada nəzərdə tutulan unutqanlıq, gündəlik həyatda başınıza gələ biləcək adi unutqanlıq deyil. Hər insan xarakterindən ötrü bəzi şeyləri unuda bilər və səhv edə bilər. Lakin nəzərdə burada nəzərdə tutulan unutqanlıq, insanın bəzi həqiqətləri qavrama gücünə malik olmasına baxmayaraq düşünməməsi, diqqət yetirməməsi və görməzlikdən gəlməsi nəticəsində yaşanan unutqanlıqdır.
Bəs insan nələri görməzlikdən gəlib unudar?
Şübhəsiz ki, insanın unuda bildiyi ən mühüm məsələ hər şeyin bir Yaradıcısının olmasıdır. Hər insan istisnasız Yaradıcımız olan Allaha qarşı məsuliyyət daşıyır. İnsan bu məsuliyyətin nəticəsi olaraq hesab verəcəyini, cənnət və ya cəhənnəmdə keçirəcəyi sonsuz həyatın onu gözlədiyini də unudar. Cəhənnəm odunun və ya cənnət nemətlərinin mövcudluğu, yaşadığımız bu an qədər həqiqətdir. Lakin insanların əksəriyyəti bu həqiqətləri bilmələrinə baxmayaraq, bunları, özlərini elə də maraqlandırmayan mövzular hesab edər və düşünməyərək həqiqətlərdən qaça biləcəklərini zənn edərlər.
Bəs unutmaq insanı məsuliyyətdən uzaqlaşdırarmı? Əlbəttə ki, xeyr. İnsan özünü yaradan Allaha qarşı məsuliyyət daşıyır; tez və ya gec öləcək, tək-tənha Rəbbimizin hüzuruna çıxıb hesab verəcək və bunun nəticəsində əbədiyyən cənnət və ya cəhənnəmdə yaşayacaq. “Biz göyü, yeri və onlar arasında olanları oyun və əyləncə üçün yaratmadıq” (Ənbiya surəsi, 16) ayəsində xəbər verildiyi kimi, insan da daxil olmaqla, var olan hər şey bir məqsədlə yaradılmışdır. Dolayısilə, insan nəzarətsiz varlıq olmayıb, təkcə “Allaha qulluq etmək” üçün yaradılmışdır (Zəriyət surəsi, 56). Lakin insanın başı gündəlik işlərə qarışıb, ağlını işlətməzsə, bu böyük həqiqəti unuda bilər. Təkcə ətraflarındakı hadisələr və varlıqlar üzərində çox dərin düşünən insanlar bu mühüm nəticəyə gələ bilərlər.
İnsan təkcə öz yaradılışını düşünsə belə, Allahın ona bağışladığı nemətləri görəcək və bunun qarşılığında Rəbbimizə olan bağlılığını göstərmək üçün cəhd etməli olduğunu anlayacaq. Belə ki, insan hələ heç nə olmadığı bir vaxtda, gözlə görülməyəcək qədər kiçik bir hüceyrə halında həyata gəlmiş, ardınca bu hüceyrənin bölünüb milyard dəfələrlə çoxalması nəticəsində bütün orqanları ilə birlikdə mükəmməl insan olmuşdur. Lakin əhəmiyyətlisi isə, bu varlıq heç nə olmadığı bir vaxtda, can, yəni ruh qazanmışdır. Bir damcı su, ət parçasına, ardınca da düşünə bilən, danışa bilən varlığa çevrilmiş, yəni Allah insanı yoxdan yaratmışdır. Lakin belə olduğu halda, bəzi insanlar öz yaradılışını unudub Allaha qarşı məsəllər çəkməyə, Rəbbimizi inkar etməyə təşəbbüs edər (Allahı tənzih edirik). Allah ayələrində bunu belə bildirir:
O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O hər cür yaratmağı bilir”. (Yasin surəsi, 78-79)
Əgər siz də bu vəziyyətə düşmək, Rəbbimizə qarşı nankor olmaq istəmirsinizsə, o zaman həyatın axarına dalıb “düşünməyi” tərk etməyin. Çünki insan təkcə düşünməklə Allahı xatırlayar, Ona qarşı məsuliyyət daşıdığını anlayar və təkcə düşünməklə bu dünyanın özü üçün çox qısamüddətli iqamətgah olduğunu, burada etdiyi hər şeyin hesabını verəcəyini xatırlayar. Eləcə də, təkcə düşünməklə unutmaz...
Bir xüsusu qeyd etməkdə fayda var: bu kitabda sizə xatırladacaqlarımızdan heç biri: “unutmasam yaxşı olar” deyib keçə biləcəyiniz şeylər deyil. Bunların birini belə unutmamalısınız. Çünki bunları xatırladığınız müddət boyu Allaha layiqincə qulluq edə bilər və Onu rizasını qazana bilərsiniz. Həmçinin unutmayın ki, təkcə bu yolla dünya və axirətdə xilas ola bilərsiniz.
Allah sizi qarşınıza iki yol çıxardıb imtahan edir. Bunlardan hər hansı birini seçməkdə sərbəstsiniz, lakin unutmayın ki, bu yollardan biri əbədi əzaba, digəri isə əbədi xoşbəxtliyə aparır.
Biz ona "iki yol-iki məqsəd" göstərdik. Lakin o, sərt yoxuşu aşmağa can atmadı. Sərt yoxuşun nə olduğunu sənə öyrədən nədir? Bir boynu xilas etmək (bir köləyə azadlıq vermək)dir. Yaxud aclıq günündə doyurmaqdır; yaxın olan bir yetimi və ya sürünən bir yoxsulu. Sonra da iman gətirən, bir-birinə səbri tövsiyə edən və bir-birinə mərhəməti tövsiyə edənlərdən olmaq. Məhz bunlar sağ tərəf sahibləridir (Əshabı-Məymənə)! Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir (Əshabı-Məşəmə)! "Qapıları kilidlənmiş" od onların üzərində olacaq. (Bələd surəsi, 10-20)
© 2017 2017 Design Studio 313 | Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.